şənbə 7 fevral 2026 - 13:43
Trampın bəşəriyyətin oyanmasına səbəb olan yaramaz siyasəti

Hövzə / Fitri olaraq haqq axtaran insanlar bu gün həqiqəti əvvəlkindən daha yaxşı dərk edirlər. Çünki Tramp Qərbin əsl simasını üzə çıxararaq həmin mədəniyyətin ağıl və əxlaqa zidd mahiyyətinin olduğunu bir daha göstərdi.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, mərhum Əllamə Misbah Yəzdi çıxışlarının birində «Trampın bəşəriyyətin oyanmasına səbəb olan yaramaz siyasətinə» işarə etmişdir. Həmin çıxış siz dəyərli oxuculara təqdim olunur.

Fitrəti ilə haqq axtaran insanlar artıq anlayırlar ki, insanlığa yaraşmayan belə bir vəziyyət və xaos çıxış yolu deyil, xüsusilə də Donald Tramp öz yaramaz siyasətilə artıq hər şeyi açıq şəkildə ortaya qoyaraq bu məsələni ictimaiyyət üçün ifşa etdi.

O, böyük bir iş gördü, yəni Qərb və Avropanın mədəniyyətini bütün gerçəkliyi ilə insanlara göstərdi. Bu mədəniyyət nə ağla, nə məntiqə, nə əxlaqa, nə də hər hansı bir vədə və öhdəliyə uyğun deyil. Bunun əsası pula bağlıdır. Öz ifadəsi ilə desək, “varlıların sərvətini mənimsəyək!”

Nəhayət, pak bir fitrətə sahib olan insan anlayacaq ki, bu tarixdə bənzəri olmayan misilsiz bir vəhşilikdir. Ümid edirik ki, elə məhz bu, həmin mədəniyyətin tənəzzülünə və süqutuna səbəb olsun.

İnşallah, Allah özü nə edəcəyini çox gözəl bilir. Biz isə üzərimizə düşən vəzifəni yerinə yetirməliyik. Belə bir şəraitdə nə edə biləcəyimizi müəyyənləşdirməli və əlimizdən gələni əsirgəməməliyik.

İnandığımız, haqq bildiyimiz və yaymaq istədiyimiz bu dinə… əvvəlcə özümüz inanmalıyıq.

Allahın dininin təbliği və haqqın yardımına dair edə biləcəyimiz hər bir işdə gücümüz çatdığı qədər səhlənkarlıq etməməyə çalışmalıyıq. Allah Quranda buyurur:

وَلَا نُکَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَا»

《Biz heç kəsi gücünün çatmadığı bir şeydən məsul tutmarıq》 (Muminun: 62) 

Allah bizdən çətin bir iş tələb etmir. Gücünüz çatan qədər səy göstərin, əgər səy göstərsəniz, mən sizə kömək edəcəm.

Mənbə: Mərhum Əllamə Misbah Yəzdi, 27 mart 2018-ci il tarixli çıxışından

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha