Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin Qədir-Xum bayramı, İmam Xomeyninin vəfatının 37-ci ildönümü və İslam İnqilabının rəhbərliyinin başlanması münasibətilə ünvanladığı məktub bu gün səhər İmam Xomeyninin (r) məqbərəsində Höccətül-İslam Məhəmməd Cavad Əliəkbəri tərəfindən oxunub.
Məktubun tam mətni aşağıdakı kimidir:
Bağışlayan və mehriban Allahın adı ilə
Həmd olsun Allaha ki, dininin kamilliyini və nemətinin tamamını Əmirəl-möminin Əli ibn Əbi Talibin (ə) vilayəti ilə qərar vermişdir.
Qədir-Xum bayramını bütün müsəlmanlara və İslam ümmətinin atası olan Əmirəl-möminin Əli (ə) aşiqlərinə təbrik edirəm. Allahdan İmam Xomeyninin (r)in pak ruhuna rəhmət diləyirəm. Bu il İmam Xomeyninin vəfatının 37-ci ildönümüdir və həmçinin şəhid Ayətullah Seyid Əli Xameneinin rəhbərliyə başladığı dövrün ildönümüdür. Bu gün o artıq şəhid olmuş və onun səsi İmam Xomeyninin məqbərəsində eşidilmir. Lakin onun onillik bəyanatları və otuz altı illik yazıları bizim üçün dəyərli və misilsiz bir xəzinədir və gələcək yol üçün bir nurdur.
Əvvəlcə qeyd edirəm ki, bu gün Qədir-Xum bayramıdır və İslam dünyasının ən böyük bayramıdır. Bu gün ilahi əhd və peyman günüdür ki, Allah-Taala bu gündə İslam cəmiyyətinin idarəçiliyini müəyyən etmiş və dini kamilliyi və nemətin tamamını Məsum İmamların (ə) davam edən vilayət və imaməti ilə həyata keçirmişdir.
Qədir-Xum hadisəsi bizə xatırladır ki, həmin şəxsiyyət həyatının hər anını Allah yolunda keçirmişdir. Kəbədə doğulduğu andan şəhadətə qədər bütün ömrü Allah üçün olmuşdur. Buna görə də o, Peyğəmbərdən (s) sonra bütün müsəlmanlar və möminlər üçün ən kamil nümunədir və kiçikdən böyüyə, adi insanlardan alimlərə və rəhbərlərə qədər hər kəsin ona tabe olması zəruridir. Eyni ilə, İslam İnqilabının liderləriin həyatının əsas yolu da məhz bu böyük şəxsiyyətə tabeçilik olmuşdur.
İkincisi, bu gün İmam Xomeyninin (r) vəfatının ildönümüdir və bu, həmin məşhur, lakin kifayət qədər tanınmayan şəxsiyyət haqqında düşünmək və müzakirə aparmaq üçün qiymətli bir fürsətdir. O, çox cəlbedici bir şəxsiyyətdir və onun nurani yolunu və məqsədini dərindən anlamaq, İran İslam Respublikasının gələcəyi üçün bir yolgöstərici çıraqdır. Lakin xalqın böyük bir hissəsi, xüsusilə gənc nəsil, onu birbaşa görmək səadətindən məhrum olmuşdur və hətta onun həyat dövrünü görənlərin bir çoxu belə “İmam Xomeyni məktəbinin ” və onun şəxsiyyətinin dərinliyini tam şəkildə dərk etməmişlər.
Uca Allah buyurur: “قُل اِنَّما اَعِظُکُم بِواحِدَة اَن تَقوموا لله مَثنی و فُرادی” (De: Mən sizə yalnız bir şeylə öyüd verirəm ki, Allah üçün iki-iki və ya tək-tək ayağa qalxasınız). Uca Allah bu nurlu ayədə Peyğəmbərə (s) xitab edərək buyurur ki, ümmətə de: mən sizi yalnız bir məsələyə çağırıram — Allah üçün iki nəfər-iki nəfər və ya tək-tək ayağa qalxın. Bu mübarək ayə, dövrümüzün böyük və bənzərsiz bəndəsi, böyük inqilab rəhbəri və İslam Respublikasının banisi olan həmin saleh şəxsiyyətin ilk çağırışının və ən qədim sənədlərindən birinin başlanğıcıdır. Orada İran xalqı Allah üçün qiyama dəvət olunur. Bəli, “qiyam lillah” İmam Xomeyni (r) məktəbinin əsasını təşkil edir və onun ən mühüm təsirlərindən biri, məhz bu əsas üzərində cəmiyyətin tərbiyə edilməsi və istiqamətləndirilməsidir. Bu ilahi hərəkət Allahın rəhmət və bərəkətlərinin nazil olmasına, İlahi sünnənin (Allahın qanununun) haqq yola yönəlməsinə səbəb olur: “وَالَّذینَ جاهَدوا فینا لَنَهدِیَنَّهُم سُبُلَنا.”.
İran xalqının ən geniş və ümumxalq oyanışları, İmam Xomeyninin (r) və şəhid Ayətullah Seyid Əli Xamenei dövründə, onların birbaşa və ya dolayı rəhbərliyi ilə baş vermişdirmi? Hansı böyük güc İran xalqı kimi yuxuya verilmiş, istismar və müstəmləkəçilikdən təsirlənmiş bir xalqı, bütün qapanma, təzyiq və Qərbdən asılılıq şəraitində 1342-ci il 15 Xordadda (5 iyun 1963) oyada bilərdi? Hansı cazibə gücü milyonlarla insanı 1357-ci il 12 (1 fevral 1979 Bəhməndə) İmam Xomeyninin qarşılanmasına, 1368-ci il 14 Xordadda (4 iyun 1989) isə onun vida mərasiminə küçələrə çıxara bilərdi? Son olaraq, hansı güclü iradə və möhkəm əzm 1404-cü il 10 Esfənd (1 mart 2026) səhərindən İran xalqını elə bir şəkildə səfərbər etdi ki, üç aydan çox müddət keçməsinə baxmayaraq, onlar hələ də yüksək motivasiya ilə öz şəhid rəhbərlərinin və digər şəhidlərin qanının intiqamı, İslam dövlətinin və vətənin qorunması üçün meydanda qalırlar və on milyonlarla fədakar insanın sıralarını möhkəmləndirirlər?
Bəli, məhz İmam Xomeyni (r) və şəhid Ayətullah Seyid Əli Xamenei İran xalqının bu potensialını və hazırlığını üzə çıxarıb dirçəltdilər və ona hər zaman xüsusi dəyər verdilər. Ayətullah İmam Xomeyni, şübhəsiz ki, təqvası ilə qələmindən çıxan hər kəlməni nəzarətdə saxlayan bir şəxs olaraq, vəsiyyətnaməsində böyük bir iddia irəli sürdü və belə yazdı: “Mən cəsarətlə iddia edirəm ki, İran xalqı və onun milyonluq kütləsi müasir dövrdə, Hicaz xalqından Peyğəmbər (s) dövründə, eləcə də Kufə və İraq əhalisindən Əmirəl-möminin və İmam Hüseyn (ə) dövrlərində daha üstündür.”
Bu gün bütün əziz xalq, yeni bir oyanış və dirçəlişlə müqavimət cəbhəsinin yanında olmaqla, dünya azad xalqları qarşısında fəxr mənbəyinə çevrilmişdir və İmam Xomeyninin vəsiyyətinin bu hissəsinin doğruluğunu yenidən nümayiş etdirmişdir. Şəhid Ayətullah Seyid Əli Xamenei (Allah ona rəhmət eləsin) ifadəsi ilə desək, xalq kütləsini hərəkətə gətirən qüvvə, böyük İmam Xomeyninin (r) qüdrətli şəxsiyyəti, arxayın qəlbi və qılınc kimi kəskin dili olmuşdur ki, milyonlarla insanı meydana gətirmiş, onları meydanda saxlamış və istiqamət vermişdir.
Əlbəttə, bu cür təsirin digər nümunəsi məhz böyük şəxsiyyət İmam Xameneiyə məxsusdur. O, öz Əhli-Beytinin (ə) yolunu davam etdirdi və təxminən qırx il ərzində İslam İnqilabına və İslam dövlətinə rəhbərlik edərək, gənclərə etimad göstərməklə, xalqın baxış və düşüncə səviyyəsini yüksəltməklə cəmiyyəti elə bir hazırlıq və yetkinlik mərhələsinə çatdırdı ki, onun möhtəşəm şəhadətindən sonra İran xalqının yeni bir oyanış və dirçəliş mərhələsi formalaşdı.
Bəli, İmam Xameneinin məktəbi, Məhəmməd Peyğəmbərin gətirdiyi İslam dininin davamı olaraq İmam Xomeyninin (r) məktəbinin özüdür. Bu məktəbin təməli “Allah üçün qiyam etmək”dir və onun yetirmələri haqqı bərqərar etmək, batili aradan qaldırmaq və bu nurani yolda mübarizə aparmaq üçün sıra-sıra hazırdırlar.
İmam Xomeyni (r) İran, İslam ümməti və dünya miqyasında böyük və tarixi bir dönüş yaratdı. Şəhid Ayətullah Seyid Əli Xamenei isə bu dönüşü dərinləşdirərək genişləndirdi, onun davamlılığını təmin etdi və kamilləşməsi üçün dövlət quruculuğu və cəmiyyət quruculuğu istiqamətində fəaliyyət göstərdi.
Bu istiqamətdə o həzrət yalnız İmam Xomeyninin məktəbini öz sözü, qələmi və əməli ilə yaşatmaqla kifayətlənmirdi, həm də müxtəlif görüşlərində 14 Xordadı (4 iyun) xalqın İmam Xomeyni ilə hər il yenilənən əhd-peyman günü kimi təqdim edir, İmam Xomeyni məktəbinin prinsip və siyasətlərini, əsas istiqamətlərini izah və təhlil edirdi.
Onun tez-tez təkrarladığı mühüm fikirlərdən biri bu idi ki, İran xalqı imanlı, ağıllı və cəsur bir xalqdır. Digər mühüm fikir isə xalqın ölkənin həqiqi sahibi və gücünün əsas mənbəyi olması idi. O vurğulayırdı ki, xalq düzgün bir məqsədi qarşısına qoyduqda onu həyata keçirməyə qadirdir və “Biz bacararıq” şüarını müxtəlif sahələrdə gerçəkliyə çevirə bilər.
Onun digər mühüm tövsiyələrindən biri məzlumların müdafiəsinin İslam, insanlıq və İran kimliyindən doğan bir vəzifə olması idi. Həmçinin o qeyd edirdi ki, hegemonluq sistemi və onun başında duran Amerika bu xalqın fərqli kimliyi və təslimolmaz ruhu ilə problem yaşayır.
Bəli, İsrail adlı hərbi bazanı təxminən səksən il əvvəl yaradan hegemonluq sistemi, Fəratın şərqində yerləşən və “Böyük İsrail” adlandırılan saxta coğrafiyanın sərhədində güclü, müstəqil və müxtəlif üstünlüklərə malik İranın mövcudluğunu qəbul etmir və onun inkişafının qarşısını almaq üçün heç bir vasitədən çəkinmir.
Bu məqamda qüdrətli İran xalqına bildirmək istəyirəm ki, mənfur düşmən sizin igid övladlarınız qarşısında silahlı qüvvələrdə məğlubiyyətə uğradıqdan və xüsusilə hərbi meydanda, eləcə də küçə və meydanlarda qəti zərbə aldıqdan sonra dərin və mənalı bir təhqir yaşamışdır. Bu vəziyyət nəticəsində müxtəlif ölkələrin ondan uzaqlaşması açıq şəkildə müşahidə olunur.
Bu səbəbdən düşmən öz hiylələrini hibrid müharibədə iki əsas nöqtəyə yönəltmişdir:
Xalqın dözümlülüyünü zəiflətmək;
Ölkə rəhbərliyinin və məsul şəxslərin hesablamalarında yanlışlıqlar yaratmaq.
Onun hər iki sahədə əsas vasitəsi şübhə, ümidsizlik, qorxu, bədbinlik və ixtilaf toxumları səpməkdir.
Buna görə də bu düşmənçiliklərlə mübarizə aparmaq üçün hamı ayıq-sayıq olmalı, birlik və həmrəyliyi qorumalı, qarşılıqlı etimadı möhkəmləndirməli və düşmənin səsi ilə səsləşməməlidir ki, onun məkrli planları puça çıxsın.
Bu sahədə məsul şəxslərin rolu olduqca mühümdür. Xalq arasında bədbinlik və məyusluq yaradan hər bir addım, əslində bu ölkənin və onun xalqının düşmənlərinə yardım etmək deməkdir.
Hazırda İslam İnqilabının məzlum, lakin qüdrətli və qalib rəhbərləri olan İmam Xomeyni (r) və şəhid Ayətullah Seyid Əli Xameneinin məktəbini bütün dünyaya tanıtmaq və həyata keçirmək üçün yeni bir fürsət yaranmışdır.
Bu mühüm vəzifə xalqın bütün təbəqələrinin, xüsusilə gənclərin, ziyalıların, fikir, elm və incəsənət adamlarının üzərinə düşür ki, onlar bu məktəbə əsaslanaraq, Allahın vədlərinə güvənməklə, Mövlamız həzrət Sahibəz-Zamanın (ə.f) inayəti sayəsində və həqiqi İslam dinin yolu ilə, yəni məsum imamların (ə) iki yüz əlli illik nurani həyatında qoyduğu yol üzrə qüdrətli İranın parlaq gələcəyini qursunlar.
Uca Allahdan diləyirəm ki, rəşadətli İran xalqını son qələbəyə, tərəqqi və əzəmətin uca zirvələrinə çatdırsın, İslam İnqilabının iki rəhbərinin və bütün şəhidlərin, xüsusilə ikinci və üçüncü Müqəddəs Müdafiə şəhidlərinin pak ruhlarını mövlamız Əmirəl-möminin Əli (ə) ilə məhşur etsin, sahibimiz həzrət İmam Zamanın (ə.f) mübarək qəlbini İran xalqından razı etsin və bu əziz xalqı, eləcə də onun xidmətçilərini o həzrətin xüsusi duaları və şəfaətindən bəhrələndirsin.
Allahın rəhmət və bərəkəti üzərinizə olsun
Seyid Müctəba Hüseyni Xamenei
4 iyun 2026-cı il
Xəbərin sonu
Rəyiniz