bazar 5 iyul 2026 - 15:14
Mərsiyədən qəhrəmanlığa: Şəhid Ayətullah Seyid Əli Xameneinin qisasını tələb edən müqəddəs qəzəb şüarları

Hövzə | Qum şəhərinin "Gənc Tələbələr Evi" adlı xeymənin rəhbəri şəhid Ayətullah Seyid Əli Xamenei ilə vida mərasimində xalqın möhtəşəm iştirakına toxunaraq bildirib ki, bu mərasim matəmin qəhrəmanlıq ruhuna çevrilməsinin parlaq təzahürüdür. O vurğulayıb ki, xalq yas mərasimi ilə yanaşı, İnqilaba məxsus şüarlar səsləndirərək və İslam İnqilabının ideallarına sədaqətini bir daha nümayiş etdirərək sübut etdi ki, İran xalqının mərsiyəni hərəkat və qiyama çevirmək ənənəsi bu gün də yaşayır.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, "Qum şəhərinin Gənc Tələbələr Evini" adlı xeyməsinin rəhbəri Höccətül-İslam Hüseyn Kazımzadə Tehranın Beyhəqi adına sərnişin kompleksində Hövzə Xəbər Agentliyinin müxbirinə verdiyi müsahibəsi zamanı şəhid Ayətullah Seyid Əli Xamenei ilə vida mərasiminə xalqın geniş iştirakına toxunaraq bildirib ki, insanların bu mərasimə axını həqiqətən də möhtəşəm və misilsizdir. Bu coşqulu iştirak xalqın İslam İnqilabının ideallarına sarsılmaz bağlılığını aydın şəkildə nümayiş etdirir.

O bildirib ki, insanlar yalnız matəm mərasimində iştirak etmək üçün toplaşmayıblar. Bu iştirakın əsas məqsədlərindən biri İslam İnqilabının ideallarına yenidən beyət etmək və şəhid Ayətullah Seyid Əli Xameneinin yolunun davam etdiriləcəyini bəyan etməkdir. Məhz buna görə də bugünkü mərasim adi bir yas mərasimindən daha böyük məna və mahiyyət daşıyır.

Höccətül-İslam Kazımzadə mərasimdə səsləndirilən şüarlara da toxunaraq deyib ki, diqqətçəkən məqamlardan biri müxtəlif təbəqələrdən olan insanların səsləndirdiyi şüarlardır. Mərasimdə mərsiyələr oxunur, sinə vurulur və həmçinin şəhid Ayətullah Seyid Əli Xamenei üçün matəm saxlanılır. Bununla yanaşı, «Ləbbeyk ya Xamenei», «Ləbbeyk ya Hüseyn (ə)», «Amerikaya ölüm!» kimi şüarlar, eləcə də birlik, müqavimət və İnqilab yolunun davam etdirilməsini vurğulayan çağırışlar mərasim məkanını sədaqət və qəhrəmanlıq nümayişinə çevirib.

Mərsiyədən qəhrəmanlığa: Şəhid Ayətullah Seyid Əli Xameneinin qisasını tələb edən müqəddəs qəzəb şüarları

O bildirib ki, bu mənzərə Ali liderin İran xalqının xüsusiyyətləri barədə söylədiyi fikirləri xatırladır. O vurğulayıb ki, şəhid Ayətullah Seyid Əli Xamenei son müraciətlərində İran xalqının ən mühüm xüsusiyyətlərindən birinin matəm və əzadarlığı qəhrəmanlığa çevirmək olduğunu qeyd etmişdi. Yəni xalq yas içində olsa da, matəmi hərəkətə, müqavimətə və öz ideallarına yenidən sədaqət nümayiş etdirməyə çevirir. Bu həqiqət bu gün keçirilən mərasimin ab-havasında aydın şəkildə müşahidə olunur.

Bu mədəni və cihad fəaliyyətçisi sözlərinə davam edərək bildirib ki, necə ki, şəhid Seyid Həsən Nəsrullahın şəhadətindən sonra da bu həqiqət vurğulanmışdı, möminlərin kədəri təcridə, durğunluğa və evə qapanmağa səbəb olan bir kədər deyil. Bu elə bir hüzn və dərddir ki, insanı hərəkətə, qiyama və ictimai məsuliyyət hissinə sövq edir. Bugünkü mərasim də məhz bu ruhun təcəssümüdür.

Höccətül-İslam Kazımzadə mərasim iştirakçılarına toxunaraq bildirib ki, insanlar palçıqla örtülmüş üzləri, sinə vurması, mərsiyə oxuması və eyni zamanda İnqilaba məxsus şüarlar səsləndirməsi ilə göstərdilər ki, onlar üçün əzadarlıq yalnız hisslərin ifadəsi deyil. Bu, İslam İnqilabının ideallarına, şəhid Ayətullah Seyid Əli Xameneiə və həmçinin şəhidlərin yolunun davam etdirilməsinə yenidən beyət etmək deməkdir.

Qum şəhərinin Gənc Tələbələr Evi adlı xeyməsinin rəhbəri çıxışının digər hissəsində sosial şəbəkələrdə aparılan bəzi təbliğatları tənqid edərək bildirib ki, təəssüf ki, bəzi kanallar və səhifələrdə mərasimin keçirildiyi şərait qəsdən çətin və qeyri-normal kimi təqdim olunur. Halbuki, hadisə yerindəki real vəziyyət tamamilə fərqlidir və mərasimin keçirildiyi ərazidə heç bir qeyri-adi hal müşahidə edilmir.

O əlavə edib ki, bu gün yaşlı insanların, ailələrin və cəmiyyətin müxtəlif təbəqələrinin sakitlik və nizam-intizam şəraitində mərasim məkanına daxil olmasının şahidi oluruq. İştirakçıların sayı da mərhələli şəkildə artır ki, bu da mərasimin yüksək səviyyədə və çevik şəkildə idarə olunduğunu göstərir.

Mərsiyədən qəhrəmanlığa: Şəhid Ayətullah Seyid Əli Xameneinin qisasını tələb edən müqəddəs qəzəb şüarları

Qum şəhərinin "Gənc Tələbələr Evi" adlı xeyməsinin rəhbəri yaradılmış imkanlar barədə də danışaraq bildirib ki, İmam Xomeyni (r)  adıma Müsəlla Kompleksinin ətrafında, eləcə də Beyhəqi sərnişin kompleksində zəvvarların yerləşdirilməsi və onlara xidmət göstərilməsi üçün çoxsaylı mökəblər təşkil olunub. Həmçinin, Müsəlla Kompleksinin ətrafında insanlar üçün geniş şəkildə iaşə (insanların yemek içməklə təmin olunması) və digər sosial xidmətlər təqdim edilir.

Kazımzadə ictimai nəqliyyatın vəziyyətinə toxunaraq qeyd edib ki, mərasim məkanına metro vasitəsilə rahat şəkildə çatmaq mümkündür. Metro stansiyasından Müsəlla Kompleksinə qədər olan məsafə təxminən 15–20 dəqiqəlik piyada yoludur və mövcud imkanlar nəzərə alınmaqla bu marşrut tam rahat idarə olunur.

O əlavə edib ki, günün orta saatlarında havanın isti olmasına baxmayaraq, zəvvarların rahatlığı üçün soyutma avadanlıqları və zəruri xidmət imkanları təmin edilib. Buna görə də insanların mərasimdə iştirakı ilə bağlı ciddi narahatlığa əsas yoxdur.

Qum şəhərinin "Gənc Tələbələr Evi" adlı xeyməsinin rəhbəri sonda bu mərasimin tarixi əhəmiyyətini vurğulayaraq bildirib ki, şəhid Ayətullah Seyid Əli Xamenei ilə vida mərasimi yalnız dəfn və ya matəm mərasimi deyil, həm də İran xalqının tarixi yaddaşında əbədi qalacaq mühüm hadisədir. O bildirib ki, ümid edirik, bütün xalq geniş iştirakı ilə bu möhtəşəm tarixi toplantıda yer alacaq və İslam İnqilabının ideallarına sadiqliyini bir daha nümayiş etdirəcək.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha