Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Elmi hövzələrin Ali Şurasının ikinci katibi Ayətullah Cavad Mərvi şəhid Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimində iştirak etmək məqsədilə İraqa səfəri çərçivəsində müqəddəs Nəcəf şəhərində, Qum Elmi hövzəsinin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən alimlər və ruhaniyyət toplantısında çıxışı zamanı bildirib:
“Qum şəhərinin müqəddəs Elmi hövzəsindən, həzrət Məsumənin (Allahın salamı ona olsun) müqəddəs hərəminin kənarından, eləcədə Qum şəhərindəki böyük mərceyi-təqlidlərin nümayəndələri və alimlərdən ibarət bir qrup müqəddəs Nəcəf şəhərində mövlamız Əmirəl-möminin Əli ibn Əbu Talibin (ə) pak məqbərəsini ziyarət etdikdən sonra Qumdakı təqlid mərcələrinin salamını Nəcəfin böyük alimlərinə, ali təqlid mərcələrinə, mütəfəkkirlərinə, ziyalılarına və həmçinin mücahid iraqlı gənclərə çatdırmaq üçün gəlib.
O bildirib ki, bu səfər iki müqəddəs Elmi hövzə və iki qardaş xalq arasında qardaşlıq, iman və söz birliyinin dərin bağlarını bir daha təsdiqləyir.
Ayətullah Mərvi əlavə edib: Qardaş İraq xalqına salam və ehtiramımızı çatdırırıq. Şəhid Ayətullah Seyid Əli Xamenei İraq xalqı haqqında demişdir: ‘İraq xalqı böyük, əziz, mədəniyyət sahibi, əzəmətli və iradəli bir xalqdır.’
Qum Elmi hövzəsinin müəllimi sözünə davam edərək deyib: Salam və ehtiramdan sonra biz şəhid Ayətullah Seyid Əli Xameneinin nəşini gətirmişik ki, onu sizə əmanət edək və onun uzun illər arzuladığı – Mövla Əmirəl-möminin (ə) və iki aləmin mövlası həzrət İmam Hüseynin (ə) müqəddəs hərəmini ziyarət etmək arzusunu həyata keçirək.
Qum Elmi Hövzəsi Müəllimlər Birliyinin üzvü daha sonra bildirib: Onun pak nəşini sizə qan içində və bədəni parçalanmış vəziyyətdə gətirdik. Bildiyiniz kimi, İmam Xomeyni və şəhid Ayətullah Seyid Əli Xamenei İmam Hüseynin (ə) məktəbinin yolunda möhkəm və sarsılmaz dayanmışdı. O, Mövlasının ziyarətində dəfələrlə Ramazan ayında, oruclu və susuz halda canını, ailəsini və malını onun yolunda fəda edəcəyini təkrar edirdi və bu həqiqəti əməli ilə gerçəkləşdirdi. O, son çıxışında: ‘Mənim kimilər Yezid kimisi ilə beyət etməz’ dedikdən sonra canını, ailəsini və malını İmam Hüseynin (ə) yolunda fəda etdi. Həmçinin deyirdi: ‘Biz həzrət Əbülfəzl Abbasın (ə) bayrağı altındayıq və heç vaxt peşman olmayacağıq.’
Ayətullah Cavad Mərvi çıxışının davamında qeyd edib: “Ey bizim şəhid liderimiz! Ey bizim şəhid Rəhbərimiz! Siz çıxışlarınızda dəfələrlə deyirdiniz: «Ərbəin günlərində İslam ümmətini səmimi qonaqpərvərliklə qarşılayan və onlara göstərdiyi isti münasibətə görə kərəm sahibi olan İraq xalqına ürəkdən təşəkkür edirəm.» Ey şəhid Rəhbər! Bu gün, İmam Hüseynin (ə) Ərbəin günlərindən öncə İraq xalqı, Elmi hövzənin alimləri, ziyalıları, gəncləri və həmçinin qeyrətli qəbilələri necə vahid cərgə yaradaraq sizi qarşılamaq və sizə ev sahibliyi etmək üçün dayanmışlar.
O bildirib: Bu əzəmətli dəfn mərasimi ki, burada böyük alimlər, ali təqlid mərcələri, mütəfəkkirlər, siyasi xadimlər və qeyrətli iraqlı gənclər iştirak edirlər, təkcə böyük bir şəhidlə vidalaşmaq mənasını daşımır, həm də bütün dünyaya aydın bir mesajdır. Bu dəfn mərasimi dünyaya bəyan edir ki, İraq və İran xalqları iki bədəndə bir ruhdurlar. Onları eyni əqidə, yol birliyi və iman qardaşlığı bir araya gətirib. Necə ki, şəhid Ayətullah Seyid Əli Xamenei daim vurğulayırdı: İran və İraq elə iki xalqdır ki, cəsədləri bir-birinə qarışmış, qəlbləri bir-birinə bağlanmış və ruhları Allaha iman, Əhli-beytə məhəbbət və İmam Hüseynin (ə) yoluna sədaqət əhdi ilə birləşmişdir.
Elmi hövzələrin Ali Şurasının ikinci katibi vurğulayaraq bildirib ki bu bağlılıq hər keçən gün daha da güclənməli və möhkəmlənməlidir. Uca Allahdan istəyirik ki, bu iki xalqın düşmənlərini məhv etsin, onları daha güclü, daha möhkəm və həmrəy etsin, təcavüzkar sionist düşməni aradan qaldırsın. Həqiqətən, O, eşidən və duaları qəbul edəndir.
Pərvərdigara! Biz sənin o kərəmli dövlətinə ümid bəsləyirik ki, onun vasitəsilə İslamı və onun əhlini izzətə çatdırasan, nifaqı və onun əhlini zəlil edəsən, bizi də sənin itaətinə çağıranlardan və sənin yolunda addımlayanlardan qərar verəsən.
Pərvərdigara! Bizə səbir bəxş et, bizi sabit qədəm et və bizi kafir qövm üzərində qalib et.
Allahın salam və rəhməti sizin üzərinizə olsun.
İlahi! Məhəmməd peyğəmbərə (s) və onun pak Əhli-beytinə (ə) salam göndər.
Rəyiniz