bazar 6 aprel 2025 - 14:15
Bəqinin bərpası, məzhəbdən kənar bir tələbatdır

 Hövzə/ Höccətül-islam Pəhləvani dedi: Bəqinin bərpası, məzhəbdən kənar bir tələbatdır və bu, müsəlmanların ortaq irsinə hörmət və cəhalətə, ifratçılığa qarşı duruş tələbidir.

Höccətül-islam Qulamhüseyn Pəhləvani, Hövzə Xəbər Agentliyinin Kaşan müxbiri ilə söhbətində,  imamların (ə) qəbirlərinin dağıdılmasının ildönümünə toxunaraq bildirib: "Şəvval ayının altısı İslam tarixinin ən acı günlərindən biridir – o gün ki, Peyğəmbər (s) ailəsindən olan dörd imamın mübarək məzarları Bəqi qəbiristanlığında vəhhabi firqəsinin davamçıları tərəfindən dağıdıldı.

Meşkat şəhərinin imam cüməsi əlavə edib ki, Bəqinin dağıdılması hadisəsi yalnızca bir mədəniyyətin məhvi deyil, eyni zamanda milyonlarla müsəlmanın müqəddəslərinə qarşı açıq bir təhqirdir. O, Bəqi qəbiristanlığını tarix və imanın simvolu adlandıraraq xatırladıb: “Bəqi, Mədinə şəhərində yerləşən İslamın ən qədim qəbiristanlıqlarından biridir. Bu müqəddəs məkanda çoxlu sayda səhabə, tabiilər, böyük İslam şəxsiyyətləri və ən önəmlisi, Əhli-Beytdən (ə) olan dörd məsum imam, Peyğəmbərin (s) zövcələri, əmisi Abbas və İmam Əlinin (ə) anası Fatimə bint Əsəd dəfn olunmuşdur. Əsrlər boyu bu müqəddəs məzarlar üzərində hörmətlə yanaşılan ziyarətgahlar tikilmişdi və bu məkanlar müsəlmanların Əhli-Beytə (ə) olan sevgisinin bir rəmzi idi.

Höccətül-islam Pəhləvani dağıdılmanın səbəbləri və zəminləri ilə bağlı bildirib: “Hicri-qəməri 1344-cü ildə (miladi 1926) vəhhabilərin Hicaz bölgəsinə nəzarəti ələ keçirməsindən sonra, Əbdüləziz Al Səudun əmri və vəhhabi alimlərinin fətvası ilə Əhli-Beyt(ə)- in  və digər şəxslərin Bəqidəki məzarları üzərində olan bütün binalar dağıdıldı.

O əlavə edib: Vəhhabilər sərt və geridəqalmış bir inanca əsaslanaraq, qəbir tikilərini və ziyarətini «şirk» sayaraq bunu tövhidə zidd hesab etdilər. Halbuki, əhli-sünnə və şiə məzhəbinə mənsub olan müsəlmanların böyük əksəriyyəti qəbir ziyarətini müstəhəb və Peyğəmbər (s) sünnəsi kimi qəbul edir.

Meşkat şəhərinin imam cüməsi Bəqinin dağıdılmasının fəlakətli ölçülərinə və İslam dünyasının bu hadisəyə reaksiyasına toxunaraq deyib: Bəqi məzarlarının dağıdılması İslam dünyasında geniş reaksiyalara səbəb oldu. Fərqli ölkələrdəki şiə alimləri bu hərəkəti pisləyən bəyanatlar verdilər. Həmçinin dini seminariyalar, müctəhidlər və müsəlman ziyalıları bu hərəkəti yalnız dini cəhalətin nəticəsi deyil, həm də İslam kimliyinin təhrif edilməsi və Əhli-Beyt tarixinin silinməsi cəhdi kimi qiymətləndirdilər.”

Höccətül-islam Pəhləvani sözlərinə davam edərək bildirib: O vaxtdan bəri hər il Şəvval ayının altısı və ya səkkizinci günü bu tarixi faciənin ildönümü münasibətilə dünyanın müxtəlif yerlərində əzadarlıq mərasimləri, konfranslar və maarifləndirici proqramlar keçirilir.

Meşkat şəhərinin imam cüməsi müsəlmanların Bəqi qarşısındakı məsuliyyətinə toxunaraq deyib: Bəqini yada salmaq yalnız emosional bir davranış deyil, həm də tarixi və mədəni bir missiyadır. Bu məkanın bir əsr keçməsinə baxmayaraq niyə hələ də bərpa olunmaması və dünya ictimaiyyətinin bu cür dağıntılar qarşısında susması düşündürücüdür.

Höccətül-islam Pəhləvani əlavə edib: Bəqinin bərpası yalnız bir məzhəbin deyil, bütün müsəlmanların ortaq irsinə hörmət və cəhalətə, ifratçılığa qarşı dayanmaq istəyidir. Bəqidəki imamların qəbirələrinin dağıdılması, İslam tarixinin bədənində açılmış bir yaradır ki, bu yara hələ də sağalmayıb.

O vurğulayıb: Bəqi abad edilməyənə və Əhli-Beytin (ə) qəbri yenidən hörmət və ehtiramla bərpa olunmayanadək bu tələb yaşayacaq. Bəqini yada salmaq – Əhli-Beytin (ə) məzlumiyyətini və tarix boyunca ayıq qalmış vicdanı xatırlamaq deməkdir.

Mətnin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha