Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumatına görə, Pakistanın İslam-Camaatı partiyasının rəhbər müavini Liyaqət Beluç çıxışında sionist rejimin cinayətləri qarşısında İslam dünyasının susqunluğunu sərt şəkildə tənqid edib və İsrailin baş naziri Benyamin Netanyahunu qlobal sülhün məhvində əsas amil adlandırıb.
O bildirib ki, İslam Camiyyəti Fələstinin məzlum xalqına dəstək məqsədilə Pakistanın hər yerində genişmiqyaslı bir mübarizə hərəkatı başlayacaq. Qəzzadakı vəziyyətdən dərin təəssüf hissi keçirən Beluç deyib: İslam ümməti Qəzzə xalqının sonsuz iztirabları qarşısında acınacaqlı şəkildə susur. Məzlum müsəlmanlar artıq ümmətdən ümidsizləşiblər və yalnız Allahın mərhəmətinə sığınırlar – bu, kədərin zirvəsidir.
Liyaqət Beluç vurğulayıb ki, bu gün Beytül-Müqəddəs və Qəzzə zülmün simvoluna çevriliblər və sionist rejimin ardıcıl cinayətləri hər bir azad vicdanlı insanın qəlbini yaralayır. O xəbərdarlıq edib: Əgər bu biganəlik davam etsə, Allahın qəzəbi bizi də yaxalayacaq.
Pakistanın İslam Cəmiyyətinin rəhbər müavini, Pakistan hökumətinin və ərəb ölkələrinin zəif mövqeyini də kəskin tənqid edərək deyib: Pakistan dövləti beynəlxalq qurumlarda Fələstin xalqını müdafiə etməli və İslam Əməkdaşlıq Təşkilatını təsirli və koordinasiyalı addım atmağa vadar etməlidir.
O, sözlərinin sonunda əlavə edib: Ərəb hökmdarlarının davranışı utancvericidir; onlar məzlumların yanında dayanmaq əvəzinə, zalımların sırasına qoşulublar.
Mətnin sonu.
Rəyiniz