bazar 6 aprel 2025 - 14:12
Virtual məkanda arzuolunan idarəçilik, hegemonluq sisteminin məqsədlərinə qarşı durmağın vacib şərtidir.

Hövzə/ İmam Sadiq (ə) Tədqiqat Mərkəzinin elmi heyət üzvü qeyd edib ki, virtual məkanda arzuolunan idarəçilik, indiki həssas şəraitdə hegemonluq sisteminin məqsədlərinə qarşı mübarizənin vacib şərtidir.

Höccətil-İslam Doktor Mehdi İslami xəbər agentliyinə verdiyi müsahibədə bildirib ki, modernizm düşüncəsinin ən mühüm əsaslarından biri dünyaya hökm etmək cəhdi və dünyanı dəyişdirməyə qarşı bitib-tükənməyən bir meyildir. O deyib: Qərbin tanınmış mütəfəkkirlərinin fikirlərinə və əsərlərinə baxdıqda görürük ki, modernizmin iddiası budur: dünya insanın iradəsinə uyğun dəyişdirilməlidir, Allahın iradəsinə yox. Halbuki bizim yaşadığımız dünya Allahın iradəsinə əsaslanaraq qurulub.

O, əlavə edib: “Digər tərəfdən isə, bu mühüm məqama diqqət yetirmək lazımdır ki, Qərb dünyasının, xüsusilə də Amerikanın dünyaya hökm etmək üçün istifadə etdiyi əsas alətlərdən biri sənət və mediadır.

İmam Sadiq (ə) Tədqiqat Mərkəzinin elmi heyət üzvü daha sonra deyib: Sosial şəbəkələr mühitində inkarolunmaz bir reallıq da odur ki, təəssüf ki, düşmənə məxsus olan virtual platformalar ölkəmizdə qanunlara uyğun şəkildə fəaliyyət göstərmir və bizim qaydalarımızı qəbul etmirlər. Digər tərəfdən isə, görürük ki, bu platformaların İranda nə fəal, nə də cavabdeh nümayəndələri var və bu məsələ ölkəmiz üçün ciddi nəticələr doğurur.

Universitet müəllimi çıxışının davamında bildirib ki, Möhtərəm Rəhbər, 14-cü hökumətin nazirlər kabineti ilə ilk görüşündə prezidentə və dövlət rəsmilərinə 13 əsas tövsiyə və tələb irəli sürdü. Bu məsələlərdən biri də virtual məkanda suverenlik və idarəçiliklə bağlı idi. O, keçən ilin şəhrivər ayında keçirilən həmin görüşdə açıq şəkildə vurğulayıb:
Virtual məkan artıq yeni bir dünyadır; sizlər bu sahədə məndən də çox məlumatlısınız yəqin; yəni, virtual məkan artıq ‘virtual’ deyil, bu gün insanların həyatında bir reallıqdır və gündən-günə də inkişaf edir. Ən vacib məsələ budur ki, bu məkanda qanunlara əsaslanan idarəçilik mövcud olsun. Mənim bəzən ‘virtual məkan nəzarətsiz və başıboşdur’ deməyimin səbəbi də budur. İdarəçilik qanun əsasında olmalıdır; əgər qanununuz yoxdursa, onu yaradın və həmin qanun əsasında idarəçiliyi ələ alın. Bütün dünya bu işi görür...

O həmçinin qeyd edib ki, bu sahədə məqsədyönlü fəaliyyət, açıq şəkildə ictimai hüquqların bir nümunəsidir. Onun sözlərinə görə, əziz Rəhbərimizin tövsiyələrinə əsasən, “virtual” adlandırılan məkan artıq tamamilə reallıqla iç-içədir və ondan ayrı bir varlıq deyil. Buna görə də sağlam düşüncə tələb edir ki, bu məkan mütləq şəkildə qanunlara əsaslanaraq tənzimlənsin. Çünki cəmiyyətin psixoloji təhlükəsizliyinin təmin olunması məhz bu cür qanunauyğun və düzgün idarə olunan virtual məkanda mümkündür. Eyni zamanda bu, düşmənin hegemonluq məqsədlərinə qarşı dayanmağın əsas şərtidir.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha