Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Davudi təriqəti biri xristianlıqda, digəri isə İslamda olmaqla iki fərqli kökə malik dini bir hərəkatdır ki, hər ikisinin özünə məxsus tarixi və təlimləri vardır. Bu araşdırmada bu təriqətin hər iki kökünə aid etiqadlar və mühüm hadisələrə toxunacağıq.
Sual:
Davudçular təriqəti nə təriqətidir?
Cavab:
Davudi təriqəti iki qrupa aid edilir:
1. Davudi təriqəti xristian dininə aid təriqətlərdən biridir və Adventist kilsəsindən ayrılmışdır. Bu təriqət 1830-cu ildə İngilis mənşəli bir fermer olan Vilyam Miller tərəfindən Amerikada təsis edilmişdir. Lakin 1955-ci ilədək hələ də Adventist təriqəti kimi tanınırdı.
Davudi təriqəti xilaskarın zühuruna inanır və bu hadisə üçün 1843-cü ili tarix olaraq təyin etmişdi. Bu səbəbdən təriqət tədricən müxtəlif qollara bölündü. Mühüm ayrılmış qollar arasında Təbliğçi Adventistlər, Advent Xristian Kilsəsi, Allahın Kilsəsi və İsa Məsih Kilsəsi yer alır.
Vernon Vayne Hovel sonradan adını David Koreş olaraq dəyişmiş, bu təriqətin ən önəmli rəhbərlərindən biridir.
1993-cü ilin 28 fevral ilə 19 aprel tarixləri arasında, Texas ştatının Vako (Waco) şəhəri yaxınlığındakı yaşayış məntəqəsində sülh və sakitlik içində yaşayan təxminən 80 kişi, qadın və uşaq Amerika Birləşmiş Ştatlarının iki təhlükəsizlik qurumu FBI və ATF tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həlak oldular. Bu hadisədə ATF-nin 4 əməkdaşı da həyatını itirdi.
Müqəddəs Carmel Mərkəzi (Mt. Carmel Center) adlanan dini mərkəzdə yaşayan və “Davudçular təriqəti” (Davidian təriqəti) kimi tanınan (qeyri-hərbi) qrup idi.
Hadisə 28 fevral tarixində hərbi üsulla həyata keçirilən qəfil hücumla başladı.Qadınlar və uşaqların yaşadığı binaya helikopterdən açılan atəşlə davam etdi. Ardınca uzunmüddətli bir mühasirə başlandı. 19 aprel tarixində ABŞ hökuməti insanların yaşadığı binanı dağıtmaq, məhv etmək və qaz yaymaq məqsədilə tankları əraziyə göndərdi. ABŞ hökuməti bildirdi ki, onlar Davidian təriqətinin yaşayış yerindəki sanitariya vəziyyəti ilə bağlı narahatlıq, uşaqların David Koreş Davudçuların lideri tərəfindən istismar olunmasının qarşısını almaq, həmçinin əməliyyatın və mühasirənin uzun çəkməsi və nəticədə FBI əməkdaşlarının yorulması səbəbilə, mühasirədə olan binaya qaz yaymaq qərarına gəldilər.Tanklar binanın divarlarında iri dəliklər açdı və içəri hücum etdilər. Hökumət bəyan etdi ki, onların məqsədi sadəcə divarlarda dəliklər açaraq içəri qaz buraxmaq və bununla insanları binanı tərk etməyə məcbur etmək idi, lakin buna baxmayaraq, Davudçulardan heç biri binadan çıxmadı.
Tankların binaya hücumundan sonra yanğın başladı və olduqca dəhşətli, cəhənnəmə oxşar bir alov təxminən 40 dəqiqə ərzində binanı yandıraraq tamamilə məhv etdi. İnsanlar televizordan alovun dəhşətini izləyərkən hamı təəccüb içində idi ki, niyə Davudçular alova qərq olmuş binanı tərk etmirlər. Nəticədə 75 nəfər yanaraq həyatını itirdi.
Ümumi narahatlıqlar əsasən bu hadisədə həyatını itirən 33 qadın, uşaq və körpənin necə öldüyü üzərində cəmlənmişdi. Onların qalıqları və cəsədləri su və ərzaq anbarı kimi istifadə olunan bitişik bir otaqda tapıldı. Amerikalılar bu otağı “böyük anbar” adlandırırdılar.
Mövcud dəlil və sübutlar bəzi amerikalıların bu nəticəyə gəlməsinə səbəb oldu ki, Davudçular təriqəti qəsdən ABŞ hökuməti tərəfindən qətlə yetirilmişdir. Linda Tomson adlı bir vəkil tərəfindən, ABŞ hökumətinin Davudçuların qətliamında qəsdən iştirak etdiyini sübut etmək məqsədilə bir film çəkdi. Filmdəki bir hissə göstərir ki, binanın arxa tərəfindəki bir tankın lüləsindən alov çıxaraq binaya yönəlir.
Filmin digər hissəsində isə ABŞ ordusunun uniformalı əməkdaşlarının hadisə yerində olduqları, həmçinin bıçaqlı qar təmizləyən maşınlara bənzər geniş bıçaqlarla təchiz edilmiş tankların yanğından qalan qalıqları yanan binanın xarabalıqlarında olduğu göstərilir. Bu film və görüntülər bütün Amerikada yayımlandı və ictimaiyyətdə geniş qəzəb və etirazlara səbəb oldu.
ABŞ hökuməti bir daha təkrar etdi ki, tanklar binanın divarlarında dəliklər açaraq Davudçuları oradan çıxmağa vadar etmək və onların çıxması üçün bir yol yaratmaq niyyətində idi. Lakin Davudçular bu addımı atmaqdan imtina etdilər və özlərini alovun içinə ataraq intihar etdilər.
Bəziləri bildirirdilər ki, alov püskürdən tankın görüntüləri yanıltıcı olmuşdur. Onlar deyirdilər ki, tanklar təsadüfən binada olan neft lampalarına toxunublar və bu da yanğın edici materialların və evlərdə adətən saxlanılan yanacaq növlərinin mövcudluğu ilə birlikdə yanğının başlanmasına səbəb olub. Bu hadisə ilə bağlı Konqresin araşdırmaya başlaması üçün ictimaiyyət arasında yüksək səslə çağırışlar edildi. 19 aprel yanğınından iki il sonra, Oklahoma şəhərindəki çoxsaylı dövlət idarələrinin yerləşdiyi Murrah binasında bomba partladı. ABŞ mediası və xəbər agentlikləri dərhal Oklahoma partlayışını etirazçılar və Vako qətliamında hökuməti məsul bilən şəxslərlə əlaqələndirdi. Vako faciəsində baş verən holokosta etiraz edən nümayişçilər isə bildirdilər ki, Murrah binasındakı partlayış ABŞ hökuməti tərəfindən törədilmişdir ki, bu yolla Konstitusiyaya əsasən Vako cinayətinə dair hüquqi araşdırmaların qarşısını almaq mümkün olsun.
Nəhayət, 1993-cü il 19 aprel tarixində Vako şəhərində baş vermiş cəhənnəmə oxşar hadisədən iki ildən çox vaxt keçdikdən sonra Konqres uzunmüddətli dinləmələrə başladı. Bu dinləmələr həqiqəti hər bir halda üzə çıxarmaq və onu açıqlamaq məqsədilə keçirilirdi. Vəd verilmişdi ki, bu dinləmələr mövcud mübahisə və qarşıdurmalara son qoyacaq.
Davudçuların şübhəli ölümü ilə bağlı ciddi araşdırma və təhqiqatın aparılması üçün ilk şərt, hadisə qurbanlarının meyitlərinin tibbi ekspertiza (autopsiya) hesabatlarının və hadisə yerində mövcud olan fiziki sübutların araşdırılması idi. Lakin Konqres nə autopsiya hesabatlarını, nə də əksər fiziki sübutları araşdırmadı və onları görməməzliyə vurdu. Əvəzində Vako hadisəsi haqqında kitab yazmış bir jurnalisti məhkəməyə cəlb etdi.
Məhkəmə dinləmələrinin digər şahidlərindən biri, David Koreş tərəfindən cinsi istismara məruz qaldığını iddia edən bir yeniyetmə qız idi. Lakin sonradan məlum oldu ki, bu qız heç vaxt Mt. Carmel Mərkəzində yaşamayıb və onun verdiyi şahidlik ifadəsi yaxın qohumlarından biri tərəfindən hazırlanaraq ona verilib.
2. İslam təriqətlərindən biri də “Davudiyyə” adı ilə tanınır. Bu təriqət, hicri 201-ci ildə anadan olub, hicri 270-ci ildə vəfat etmiş Əbu Süleyman Davud ibn Əli ibn Xələf İsfahaninin davamçılarından ibarətdir. O, İslam fiqhində məşhur və “Zahiri” ləqəbi ilə tanınır. Bu təriqətə Zahirilər də deyilir. Davud, fiqhi metod məktəbində yalnız Qurani Kərimin zahiri mənasına əsaslanırdı; heç vaxt qiyas, rəy (şəxsi fikir) və istihsan (faydalı hesab etmə) üsullarına müraciət etmirdi. O, icma (əqidə birliyi) məsələsində isə Rəsulullahın (s) səhabələrinə xüsusi diqqət yetirirdi və fiqhini qiyas və rəyə əsaslanaraq şəxsi fikir verənləri sərt şəkildə rədd edirdi.
Davud Kaşan əsilli idi, lakin Kufədə anadan olmuş və Bağdadda yaşamışdır. Onun dərs halqasında dörd yüzə yaxın şagird toplanırdı və onun bəzi əsərləri olmuşdur ki, bu əsərlərin adları İbn Nədim tərəfindən “əl-Fihrist” adlı kitabında qeyd edilmişdir.
Davud Bağdad şəhərində vəfat etdi. Onun fiqhi məzhəbini geniş şəkildə yaymağa müvəffəq olan şəxs isə Əndəlus İbn Hərm olmuşdur. O, hicri 456-cı ildə vəfat etmişdir. İbn Hərm “Zahirilər fiqhi” adlanan bu məzhəbin əsaslarını izah edən səkkiz cildlik “Əl-Fiqhuz-Zahiri” (Zahiri fiqh elmi) adlı əsərin müəllifidir.
Qeydlər:
[1]. Adventist Xristian Kilsəsi İngiliscə: S.D.A. CHURCH bu kilsə İranda da mövcuddur. Adventist təriqətinə mənsub kilsə Təbriz şəhərində yerləşir və yarıfəal vəziyyətdədir. Təbrizin adventistləri, İranın Erməni protestantlarının bir qolu hesab olunurlar və "Yeddinci Gün Adventistləri" kilsəsinə tabeidirlər. Onların sayı azdır. Bu kilsə Təbrizin Şahnaz küçəsində yerləşir.
[2]. Fars News. Davudiyyə "ardıcıllarının yandırılması tarixdəki ən vəhşi qətliamlardan biridir”. Baxış tarixi: 7 oktyabr 2009.
[3]. Eyni mənbə.
[4]. Vernon Vayne Hovel
[5]. Fars News. “Davudiyyə ardıcıllarının yandırılması tarixdəki ən vəhşi qətliamlardan biridir”. Baxış tarixi: 7 oktyabr 2009.
[6]. İslam Dini Ensiklopediyası. “Davudiyyə təriqəti nə təriqətidir?”. Baxış tarixi: 7 oktyabr 2009. (Davudiyyə təriqəti)
[7]. İstinad: Saniye News
Mənbə: Şübhələrə Cavab və Araşdırma Mərkəzi (Elmi Hövzələr)
Rəyiniz