Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, şəhadətindən bir il ötməsinə baxmayaraq bu şəxsiyyət yalnız bir ruhani kimi deyil, eyni zamanda müqəddəs İslam Respublikasında məsuliyyətli bir vəzifə daşıyan şəxs kimi elə bir irs qoydu ki, bu həqiqətən də qürurvericidir.
Bu bir il ərzində ölkəmizdə və dünyada çox mühüm və təsirli hadisələr baş verdi. Xüsusilə İslam Müqavimət Cəbhəsində baş verən sürətli proseslər, Qəzza və Fələstin məsələsi kimi mövzular dərin təhlil tələb edir. Burada söhbət Seyid İbrahim Rəisidən gedir. O şəhid Rəcayi kimi yaşadı və onun məzlumluğu, xüsusilə də İslam İnqilabının ilk illərində şəhid Beheştiyə qarşı olan haqsızlıqları xatırladır.
Şəhid Rəisinin xidmətləri xalq üçün ədalətli şəkildə izah edilməlidir
Fədakar və maarifçi ruhani Höccətül-İslam Həbib Babayi bildirib ki, Şəhid Rəisinin xidmətləri müxtəlif sahələrdə təhlil edilib araşdırıla bilər. Onun sözlərinə görə, təəssüf ki şəhadətindən bir il keçməsinə baxmayaraq bəziləri hələ də onun fəaliyyəti və çəkdiyi zəhmətlər barədə yanlış və ədalətsiz mühakimələr yürüdürlər. Halbuki əgər məsələlərə ədalətlə yanaşılsa, İslam İnqilabından sonra ən yaxşı idarəçilik dövrlərindən biri məhz üçüncü hökumətin təxminən üçillik fəaliyyəti dövrünə aid edilə bilər. Əlbəttə, əgər qərəz və tərəfkeşlikdən uzaq durub hadisələri gerçək şəkildə təqdim etsək.
O qeyd edib ki, Şəhid Rəisinin idarəçilik prinsipləri arasında ən mühüm məqamlardan biri sosial ədalət məsələsi və bu mühüm məqsədin reallaşması naminə səmimi xidmət idi.
Qeyd edib: Rəisi bu məsələyə xüsusi önəm verirdi və bu istiqamətdə geniş səylər göstərirdi. Əlbəttə, onun şəhadəti səbəbilə bəlkə də bəzi layihələr tam reallaşa bilmədi lakin əsas məsələ odur ki elə bir şəkildə çalışdı ki, bu gün onun həyat yolu və səyləri nümunəvi bir idarəçilik modeli kimi təqdim oluna bilər. Bu modeli tanıtmaq və izah etmək üçün də səylər göstərilməlidir.
Ədalətin bərqərar olması yolunda tükənməz səylər
O vurğulayıb ki, Ali məqamlı şəhid istər ədliyyə qurumunun rəhbəri olduğu dövrdə istərsə də sonrakı prezidentlik dövründə daim ədaləti öz idarəetmə sisteminin əsas sütunlarından biri kimi diqqət mərkəzində saxlamışdı. Elə buna görə də onun siyasət müəyyənləşdirmə yanaşması və icra xətti, iqtisadi sosial və mədəni sahələr də daxil olmaqla, müxtəlif istiqamətlərdə ədalətin bərpasına xüsusi önəm verirdi.
Höccətül-İslam Babayi həmçinin davam edib: Xüsusilə prezidentliyi dövründə ədalətə əsaslanmaq və imkanlar ilə resursların ədalətli şəkildə bölüşdürülməsi onun hökumət siyasətinin əsas sütunlarından biri idi. Bu istiqamətdə o, vilayət səfərlərində davamlı və geniş şəkildə iştirak edərək elə bir idarəetmə tərzi ortaya qoydu ki, bu səy və yanaşma bu torpaqların tarixində daim bir nümunə olaraq yadda qalacaq.
Ölkənin ən kasıb və ucqar bölgələrinə baş çəkmək
O dedi: Şəhid Rəisi bu səfərlər zamanı xüsusilə də ucqar və kasıb bölgələrə etdiyi səfərlərdə elə kəndlərə baş çəkirdi ki, bundan əvvəl ora hətta rayon rəhbərləri səviyyəsində belə dövlət məmurları nadir hallarda getmişdi. Bütün bunlar göstərir ki o xalqla olmaq ehtiyaclılara və kasıblara xidmət göstərmək ruhiyyəsinə nə qədər dərin şəkildə sahib idi.
O əlavə etdi: Şəhid Rəisinin sadə həyat tərzi nə bir şüar, nə göstəriş və ya nümayiş etmək deyildi. Onun yaşam tərzi həqiqətən bu cür idi. Məhz buna görə də vəzifə sahiblərinin dünyəvi təmtəraqdan uzaq durmasının vacibliyini vurğularkən sözləri haqq axtaran və mənəviyyata bağlı insanlar üçün təsirli olub,qəlblərə işləyirdi.
İnqilabçı Hövzənin bəhrəsi və bərəkəti
Qadınlara məxsus Elmi Hövzə tədqiqatçısı Nərcis Şükrüzadə bildirib ki, Ayətullah Şəhid Rəisi kimi bir şəxsiyyət Həzrət İmam Xomeyninin (r.ə.) başladığı hərəkatın və İslam İnqilabının bəhrəsidir. Onun sözlərinə görə Rəisinin mövcudluğu şübhəsiz İnqilabçı Hövzənin bərəkət və nailiyyətlərindəndir. Dəfələrlə Ali Rəhbər bu cür bir hövzənin xüsusiyyətlərini izah etmişdir. Xüsusilə yoxsulluğun aradan qaldırılması, korrupsiya və ayrı-seçkiliklə mübarizə sahələrində Şəhid Rəisi nümunə göstərilən və tanınan bir sima olmuşdur.
Şəffaflıq və korrupsiyaya qarşı mübarizənin önəmi
O bildirdi ki, Şəhid Rəisi vəzifə müddətində daim korrupsiyaya qarşı mübarizənin və dövlət idarələrində şəffaflığın təmin edilməsinin vacibliyinə xüsusi önəm verirdi. Onun bu sahədə ən önəmli addımlarından biri dövlət qurumlarının və məsuliyyətli şəxslərin fəaliyyətinin daha dəqiq izlənməsi və nəzarət edilməsi üçün nəzarət sistemlərinin yaradılması idi ki, xalq işlərdən daha yaxşı və dəqiq məlumat ala bilsin.
O əlavə edib, prezidentlik dövründə o hökumətin hər növ korrupsiya və ayrı-seçkilikdən çəkinməli olduğuna ciddi şəkildə inanırdı.
Bu məqsədin reallaşması üçün xalqa nəzarətin gücləndirilməsi, qərar qəbuletmədə şəffaflıq və xalqa hesabat verməyə xüsusi önəm verirdi. Bu siyasətlər yalnız ictimai etimadın möhkəmlənməsinə xidmət etmədi, həm də on ikinci hökumətdə xalqla dövlət arasında həmrəylik və birlik hissini gücləndirdi.
Xalqın maddi problemlərinin həlli üçün yorulmaz səylər
Hövzə tədqiqatçısı həmçinin bildirib: Şəhid Rəisi üçüncü hökumətin fəaliyyətə başladığı ilk günlərdən etibarən xalqın iqtisadi və maddi problemlərinin həllinə böyük diqqət yetirirdi. Halbuki xatırlayırıq ki, əvvəlki hökumətlərin zəif idarəçiliyi səbəbindən ölkə inflyasiya, işsizlik, iqtisadi tənəzzül və alıcılıq qabiliyyətinin azalması kimi ciddi iqtisadi çətinliklərlə üzləşmişdi.
O əlavə etdi: Şəhid Rəisinin əsas narahatlıqlarından biri daxili istehsalın gücləndirilməsi idi. Prezidentlik və ədliyyə rəhbərliyi dövrlərində yüzlərlə fabrik və istehsal müəssisəsini hansı ki, fəaliyyətini dayandırmış və ya ləngimişdi,yenidən işə saldı. Bu asanlıqla inkar edilə biləcək bir fakt deyil.
Şükrüzadə həmçinin bildirib: Şəhid Rəisinin vəzifə dövründəki mühüm addımlardan biri, iqtisadi müqavimət siyasətinə diqqət və daxili istehsalın gücləndirilməsi idi. O, elə bir şərait yaratmağa çalışırdı ki, yerli istehsalçılar sanksiyalar və qlobal iqtisadi böhranlar qarşısında daha təsirli şəkildə fəaliyyət göstərə bilsinlər və ölkənin idxaldan asılılığı azalsın.
Xalqa səmimi xidmət mədəniyyətinin möhkəmləndirilməsi
O sonda əlavə etdi: Şəhid Rəisinin idarəçilik prinsiplərinin mühüm cəhətlərindən biri də xalqa və ölkəyə səmimi və ixlasla xidmət etmə mədəniyyətinin təşviqi və möhkəmləndirilməsi idi. Onun sözləri, davranışları və həyat yolu, İslam Respublikası sistemindəki bütün məmurlar və vəzifəlilər üçün uğurlu bir nümunə ola bilər yetər ki, media nümayəndələri bu xüsusiyyətləri düzgün şəkildə izah edib təbliğ etsinlər.
Məqalə müəllifi: Seyid Məhəmməd Məhdi Musəvi.
Rəyiniz