Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun məlumatına görə, Nigeriyada xidmət şəhidləri üçün anım mərasimi keçirilib. Bu mərasimdə ötən ilin 19 may tarixində baş vermiş təyyarə qəzasında şəhid olan tanınmış şəxsiyyətlər o cümlədən Ayətullah Seyid İbrahim Rəisi, Şərqi Azərbaycanda vilayəti-fəqihin nümayəndəsi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və onların bir sıra müşayiətçiləri ehtiramla yad edilib.
Mərasimdə çıxış edən natiqlər bu böyük şəhidlərin xatirəsinə hörmətlərini ifadə edib, onların uca ruhları üçün bağışlanma diləyiblər.
Buna bənzər anım mərasimləri Nigeriyanın müxtəlif bölgələrində də təşkil olunub.
Mənbə: Nigeriya İslam Hərəkatının rəsmi veb saytı.
Rəyiniz