bazar 18 may 2025 - 05:05
Ayətullah Xameneinin Çinə səfəri zamanı diqqətçəkən iki mühüm məqam.

Hövzə/Səfər öncəsi baş verən maraqlı hadisə: İran heyətini daşıyan təyyarə Pekin hava limanına enməmişdən öncə elan edilir ki, Çin liderinin xəstələnməsi səbəbindən onun İran prezidenti və nümayəndə heyəti ilə görüşü ləğv olunub. Ayətullah Xamenei bu xəbəri aldıqdan sonra uzaqgörənliyi ilə strateji bir qərar qəbul edərək, Çin rəsmiləri ilə bütün digər görüşlərini də ləğv edir. Bu addım, İran xalqının nümayəndələrinin statusunun Çin rəhbərindən aşağı olmadığını dolayısı ilə çatdırmaq məqsədi daşıyır. Nəticədə, Çin baş naziri şəxsən üzr istəmək üçün Ayətullah Xameneinin yanına gəlir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, İran İslam İnqilabının Ali Rəhbərinin prezidentlik dövrünün hadisələrinə nəzər saldıqda, 1368-ci ilin (1989-cu ilin may ayı) ordubehişt ayında onun Şimali Koreya və Çin Xalq Respublikasına mühüm səfərinə rast gəlirik. O dövrdə bu səfərlə bağlı maraqlı hesabatlar qəzetlərdə və jurnallarda yayımlanmışdı.

Bu səfər Çin hökumətinin rəsmi dəvəti ilə 19 ordubehişt tarixində başlayıb və 6 gün davam edib. Ayətullah Xamenei səfər çərçivəsində Çinin müsəlman əhalisinin yaşadığı bölgəsinə də baş çəkib və orada keçirilən cümə namazında çıxış etmişdi.

Xəbər qəzeti 23 ordubehişt şənbə günü yazır:

Prezident və onu müşayiət edən heyət Çin səfərinin dördüncü günündə, ölkənin müsəlmanların yaşadığı muxtar vilayəti olan Tinsiyanqla tanış olmaq və oradakı müsəlmanlarla görüşmək məqsədilə, cümə günü günortadan sonra Pekindən bu vilayətin mərkəzi olan Urumçiyə daxil oldular. İran heyəti Urumçi hava limanında Tinsiyanq vilayətinin yüksək vəzifəli rəsmiləri tərəfindən səmimi şəkildə qarşılandı.
Tinsiyanq Çin Xalq Respublikasının şimal-qərbində yerləşən, müsəlmanların yaşadığı muxtar vilayətdir və Monqolustan, Sovet İttifaqı, Pakistan, Əfqanıstan və Hindistanla həmsərhəddir. Bu vilayət 1955-ci ildən muxtar bölgə statusu almışdır. Ərazisi 1 milyon 300 min kvadrat kilometrdən çoxdur. Əhalisinin sayı 14 milyona yaxındır və bu bölgədə 13 müxtəlif millət yaşayır.

Bu səfər çərçivəsində Ayətullah Xameneinin mühüm təşəbbüslərindən biri də həmin vilayətdə keçirilən cümə namazında iştirak etməsi oldu ki, bu dünyanın bir çox müsəlmanları üçün həm cəlbedici həm də təsiredici bir hadisə sayılırdı.

Ayətullah Xamenei cümə namazında çıxışı zamanı belə buyurdu:
Bu gün İslam dini dünyada möhkəm və güclü bir din kimi tanınır. Dünyanın müxtəlif yerlərindəki müsəlmanlar özlərini izzətli hiss edirlər. İran İslam Respublikası isə İslam və Quran hökmlərini öz siyasi sisteminin əsası kimi qəbul edib.

Ayətullah Xameneinin Çinə səfəri zamanı diqqətçəkən iki mühüm məqam.

Ayətullah Xamenei öz çıxışında qeyd etdi:
Bu böyük sevinc doğurur ki, bu bölgədəki müsəlman qardaşlarımız, xüsusilə də gənclər, İslam elmlərini və maarifini dərin şəkildə öyrənirlər.

Cümə namazının sonunda o Çin hökumətinin İslam fəaliyyətlərinə azadlıq verməsi siyasətindən məmnunluğunu ifadə edərək alimlərə və gənc tələbələrə Qurani-Kərim ayələri üzərində daha çox düşünməyi tövsiyə etdi.

Xəbər mənbələrinin məlumatına görə, prezident bu vilayətdə yerləşən muzeyə də baş çəkib.
Çin səfəri zamanı İranın sevilən prezidentinin işlə dolu fəaliyyət günlərində maraqlı xəbərlərdən biri də Tinsiyanq vilayətinin rəhbəri və tanınmış ruhani şəxslərin onunla görüş istəməsi oldu. Ayətullah Xamenei onların bu istəyini qəbul edərək yaşadığı iqamətgahda onları qəbul etdi.

Görüşün əvvəlində  bu əyalətin İslam Cəmiyyətinin sədri Hacı Abdullah iştirak edən ruhani şəxsləri İran prezidentinə təqdim etdi. Daha sonra isə Teymur Do Əmqi Tinsiyanq vilayətinin rəhbəri olaraq bölgədə yaşayan müxtəlif millətlər və müsəlmanlar adından İran İslam Respublikasının Prezidentini salamlayaraq onun gəlişini təqdirəlayiq hesab etdi.

Ayətullah Xamenei, dünyanın bu nöqtəsindəki müsəlman qardaşlarla belə bir toplantının keçirilməsindən məmnunluğunu bildirərək buyurdu:

İslam dininin qorunması və İslami təlimlərin öyrədilməsi son dərəcə mühüm məsələdir. Xüsusilə bu təlimlərin gənclərə öyrədilməsi xüsusi əhəmiyyət daşıyır. Alimlər xalqı dini düşüncələrə təşviq və həvəsləndirməlidirlər. İslam dini insanları sülhə və dostluğa çağırır və bu gün dünyanın bir çox bölgələrində insanlar İslama üz tuturlar.

Görüşün sonunda Tinsiyanq vilayətinin ruhani nümayəndələri və bəzi ilahiyyat məktəbi müəllimləri, bölgədəki müsəlmanların vəziyyəti ilə bağlı Ölkə Prezidentinə məlumat təqdim etdilər.

Cümə axşamı gecəsi, əyalətin prezidenti tərəfindən prezidentin şərəfinə Urumçi şəhərində yerləşən “Xalq Sarayında” şam ziyafəti təşkil olundu.
Tinsiyanq vilayətinin rəhbəri cənab Teymur Do Əmqi çıxışında bu bölgənin sakinləri ilə İran xalqı arasında İpək Yolu vasitəsilə qurulan əlaqələrin qədim və dostcasına olduğunu vurğuladı.
O, həmçinin Ayətullah Xameneinin bu vilayətə səfərini iki ölkə arasında inkişaf edən münasibətlər baxımından mühüm bir addım kimi qiymətləndirərək belə dedi:
Çində yeni iqtisadi siyasət və açıq qapı strategiyası həyata keçirildikdən sonra bu vilayət də İran İslam Respublikası kimi böyük bir ölkə ilə birbaşa iqtisadi əlaqələr qurmaq istəyir.

Çinə səfərin iki maraqlı məqamı

Bu səfər bir sıra diqqətçəkən məqamlarla müşayiət olunurdu. Onlardan biri də bu idi ki, İran heyətini daşıyan təyyarə Pekin hava limanına enməmişdən əvvəl, Çin rəsmiləri bildirirlər ki, Çin rəhbərinin xəstə olması səbəbilə onun İran Prezidenti və müşayiət edən nümayəndə heyəti ilə görüşü ləğv edilib.

Ayətullah Xameneinin mühüm təşəbbüslərindən biri də bu oldu ki, Çin rəhbərinin görüşünün ləğv edildiyini eşidən kimi, digər Çin rəsmiləri ilə nəzərdə tutulan görüşləri də ləğv etdi. O, bununla dolayı şəkildə Çin tərəfinə bu mesajı vermək istəyirdi ki, İran xalqının nümayəndələrinin mövqeyi Çin liderindən aşağı deyil.
Bu mövqe Çin tərəfindən ciddi qarşılandı və nəticədə Çin Baş naziri şəxsən Ayətullah Xameneinin görüşünə gələrək ondan üzr istədi.

O dövrdə İrandakı səfir, doktor Əlaəddin Brucerdi hadisəni belə nəql edir:
Çin Baş naziri Xalq Konqresinin yerləşdiyi binadan İran Prezidentinin iqamətgahına gəldi və uzaqdan uca səslə dedi: Kiçik, böyüyün görüşünə gəlmişdir! Sonra otağa daxil oldu. Təxminən on beş dəqiqə Ayətullah Xamenei ilə söhbət etdi və belə dedi:
Biz qonağa xüsusilə də sizin kimi bir şəxsiyyətə ən yüksək hörməti göstərməyi özümüzə borc bilirik. Çin rəhbərinin xəstəliyi ciddidir və həkimlər ona görüşləri qadağan ediblər. Bununla belə biz bu görüş məsələsini yenidən nəzərdən keçiririk ki, həll yolunu tapaq.

Qeyd etmək lazımdır ki, Ayətullah Xameneinin bu təşəbbüsü və cəsarəti təkcə bütün tərəflərin İranın yüksək səviyyəli heyətinin mövqeyi qarşısında baş əyməsinə səbəb olmadı, həm də Çin rəhbərinin əvvəlcədən müəyyən olunmuş vaxtdan iki dəfə artıq bir müddət ərzində İran Prezidentini və onu müşayiət edən diplomatik heyəti ayrıca qəbul etməsinə səbəb oldu.

Bundan əlavə, Ayətullah Xamenei yemək zamanı adi diplomatik protokollardan və rəsmi təmtəraqlardan imtina edərək, adi bir ictimai restorana üz tutur.

Çində müxtəlif yeməklər hazırlanıb istehlak olunduğu və onların çoxunun İslam qaydalarına uyğun olmadığı nəzərə alınaraq, Ayətullah Xamenei və onu müşayiət edən heyət qərara gəlirlər ki, yalnız halal yeməklər təqdim edən ictimai Əl-Mətəmul İslami (halal restoran) restoranına getsinlər.

Restoranın rəhbərliyi yüksək səviyyəli siyasi heyətin orada olduğunu anlayanda xüsusi yemək hazırlamağa qərar verir. Lakin Ayətullah Xamenei təşəkkürünü bildirərək həmin yeməyi qəbul etmir və xalqın yediyi sadə, adi yeməyi üstün tutur.

Qeyd etmək lazımdır ki, bu restoran Çin dilində “Honq Bin Lou” adı ilə fəaliyyət göstərir və restoranın fasadının bir hissəsində, Ayətullah Xameneinin oradakı səfərini əks etdirən şəkil, bu restorana baş çəkmiş Çin və digər ölkələrin tanınmış şəxsiyyətlərinin fotoları ilə birlikdə nümayiş etdirilir.

Həmin şəkildə Ayətullah Xameneinin yanında, o dövrdə xarici işlər naziri olan doktor Vilayəti də yer alır.

Mənbələr: 

1. Ayətullah Xameneinin rəsmi saytı   khamenei.ir

2. İslam İnqilabı Sənədlər Mərkəzi

3. Həfteye nameye pərto soxən - Həftəlik jurnal

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha