Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Əhli-Beyt (ə) maarifinin parlaq nurları arasında möminlərin zehinini daim məşğul edən əsas suallardan biri budur: Biz məsumiyyət və paklıq sahibi olan on dörd məsumla (ə) əlaqəmizi necə gücləndirə bilərik?
Höccətül-İslam vəl-müslimin Rza Məhəmmədi Şahrudi bu suala "Tarixi suallar" proqramında Qurani-Kərim ayələrinə və rəvayətlərə əsaslanaraq müfəssəl bir şəkildə cavab verib.
İlk addım, Əhli-Beyt (ə) ilə bağlılığımızın möhkəmlənməsi üçün onları olduğu kimi və rəvayətlərdə qeyd olunduğu şəkildə tanımaqdır.
Bu tanışlıq, etibarlı rəvayətlər, tarixi məlumatlar, hətta dost və düşmənin söylədiklərinin vasitəsilə əldə olunur. Onlara qarşı olan tanışlığımız nə qədər artarsa, onlara olan imanımız, etiqadımız, məhəbbətimiz və sevgimiz bir o qədər də artar. Bu sevgi isə onlara itaətimizin qaynağına çevrilir.
İtaət meydana gəldiyi zaman artıq məqsədin son məqamına çatmış oluruq. Necə ki Qurani-Kərim buyurur:
وَ مَن یُطِعِ اللَّهَ وَ الرَّسُولَ فَأُولَـٰئِکَ مَعَ الَّذِینَ أَنْعَمَ اللَّهُ عَلَیْهِم مِّنَ النَّبِیِّینَ وَ الصِّدِّیقِینَ وَ الشُّهَدَاءِ وَ الصَّالِحِینَ ۚ وَ حَسُنَ أُولَـٰئِکَ رفیقا
Allaha və (Onun) Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır.
(Nisa surəsi 69-cu ayə)
Fatihə surəsində oxuduğumuz kimi:
صِرَاطَ الَّذِینَ أَنْعَمْتَ عَلَیْهِمْ
Nemət bəxş etdiyin şəxslərin yoluna.
Bəs bu insanlar kimlərdir? Eynilə Qurani-Kərimin Nisa surəsinin 69-cu ayəsində tanıdığımız kimi: Peyğəmbərlər, sadiqlər, şəhidlər və salehlər nə gözəl yoldaşlar və yaxın olanlardır onlar!
Beləliklə, yolun başlanğıcı mərifətdir və bu böyük şəxsiyyətləri olduğu kimi tanımaqdır.
Sonra isə məhəbbət gəlir ki, bu da mərifətin özündən keçir.
Daha sonra itaət gəlir. Bu isə məhəbbətin təbii nəticəsidir.
Nəhayət, itaət baş verdikdə, insan son məqsədinə çatmış olur.
İkincisi, insanın onlara olan iman və etiqadı daha da möhkəmlənməsi üçün əməldə onlar kimi olmalıdır. Çünki kimsə başqasına bənzəyəndə ona qarşı məhəbbət yaranır və sevgisini ona bənzətməyə çalışır. Məsələn, idmançının tərəfdarları hətta geyim tərzində belə ona oxşamağa çalışırlar. Biz də əməllərimizdə və davranışlarımızda Əhli-Beyti (ə) örnək götürməliyik. Onlara tabe olmağa səy göstərdikcə imanımız daha da güclənir və onlara olan məhəbbətimiz bizə qiyamətdə onlarla birlikdə olmağa səbəb olacaq. Buna görə də onların buyruqlarını və göstərişlərini bildiyimiz qədər əməldə həyata keçirməliyik.
İndi demək istəyirəm ki, insan əməl baxımından, məsələn namazda on dörd Məsumdan (ə) birini özünə örnək götürməyə çalışdıqda nə baş verir? Deyir: Görüm İmam Səccad (ə) namazı necə qılırdı? İmam Rza (ə) namazda hansı haldaydı? Sonra çalışır ki, onlar kimi namaz qılsın. Məhz bu bənzəmək cəhdi insanı öz-özlüyündə o böyük şəxsiyyətlərə yaxınlaşdırır və insanın onlara olan imanı və etiqadı daha da möhkəmlənir.
Üçüncü mühüm məqam budur ki, onlara təvəssül etmək onlara yaxınlaşmağa səbəb olur. Necə ki, Əmirəlmöminin (ə) öz münacatlarında Allahı öz zatına and verərək, özünü dua və hacətində vasitə qərar verir. Biz də bu böyük şəxsiyyətləri tanımaq və onlara yaxınlaşmaq üçün onları özümüzə vasitə etməliyik.Onlara təvəssül bir yaxınlaşdırıcı vasitədir.Onları Allaha yaxınlaşmaq üçün vasitə qərar verməliyik. Bu bizi məqsədimizə daha tez çatdıran qısa bir yoldur.
Əgər bu üç addımı birlikdə atsaq, həm mərifət, həm əməl, həm də təvəssül, bu zaman yolumuz daha qısa, qəlbimiz isə daha nurlu olar.
Xəbərin sonu.
Rəyiniz