Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun məlumatına görə, Türkiyənin İstanbul şəhərində keçirilən 4-cü Müsəlman Araşdırmaları Konfransında çıxış edən İngiltərənin Lids Universitetinin tədqiqatçısı Salman Səid bu tədbirin dünya üzrə akademiklər və tədqiqatçılar arasında əlaqələrin və birliyin möhkəmlənməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib.
O, konfransın əsas məqsədinin müsəlmanların müasir dünya reallıqları ilə bağlı biliklərinin yenilənməsi və mövcud analizlərin dəyərləndirilməsi olduğunu qeyd edib.
Salman Səid bildirib: Fələstində baş verənlər göstərir ki, müsəlmanlar qlobal dəyişikliklərə zamanında həyati təsir göstərə bilməyiblər və bu hal beynəlxalq hüququn effektiv olmadığını sübut edir xüsusilə də bu hüquq sisteminin müsəlmanlara daha çox borclu olduğunu nəzərə alsaq.
O, sözlərinə belə davam edib: Əgər biz bu gün televiziyalarımız vasitəsilə açıq şəkildə əzablarını canlı izlədiyimiz insanlara dəstək ola bilmiriksə və onların ağrı-acısını azalda bilmiriksə, o zaman bu beynəlxalq və humanitar qanunların nə faydası var? Bu gün fələstinlilər öz ölkələrində Qərbin növbəti müstəmləkəçiliyinin canlı şahidinə çevriliblər.
Salman Səid qeyd edib: Bu gün Fələstinin və fələstinlilərin müqavimətinin səsi bütün dünyada əks-səda doğurur. Beynəlxalq dəstəyin artması, o cümlədən Latın Amerikası ölkələrinin İsraillə münasibətləri kəsməsi, bu dəyişikliyin bariz nümunəsidir.
Salaman Səid həmçinin vurğulayıb ki, “müqavimət” anlayışı uzun müddət Qərb mediasında soyuq müharibə çərçivəsində xalqlara qarşı mənfi təqdim edilib və bu yanaşma müqavimətin mahiyyətini kölgədə qoyub. Onun sözlərinə görə, bərabərlik və liberal davranışa olan inam belə, dünyada ədalətin təmin olunmasına yetərli olmamışdır.
O, toplantıda müzakirə olunan əsas məsələlərdən birinin müstəmləkəçilik və ondan qurtuluş prosesi olduğunu qeyd edərək əlavə edib: Müsəlman cəmiyyətlərinin qarşısında duran əsas problem də məhz budur. Çoxsaylı İslam ölkələri 50–70 il əvvəl rəsmi müstəqillik əldə etsələr də, hələ də real və tam müstəqil suverenliyə nail ola bilməyiblər.
Sonda Salman Səid vurğulayıb: Bir millətin həqiqi müstəqilliyi yalnız o zaman reallaşır ki, həmin ölkənin daxilində məsul şəxslərin qulağı xarici güclərin diktəsinə deyil, öz xalqının səsinə və mənafeyinə yönəlsin.
Mənbə: Anadolu Agentliyi
Rəyiniz