bazar 1 iyun 2025 - 18:45
Övladımızı necə güclü və möhkəm xarakterli yetişdirə bilərik?

Hövzə\ Uşaqlarda özünə hörmət hissi (özünəinam hissi) erkən yaşlardan formalaşmağa başlayır və bu prosesdə valideynlərin rolu son dərəcə mühüm əhəmiyyət daşıyır. Bu mövzu üzrə aparılan araşdırmalar valideynlərə müstəqil və özünə güvənən övladlar yetişdirməkdə faydalı ola bilər.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, ailə cəmiyyətin ilk və ən mühüm təməl daşı olaraq, uşaqların şəxsiyyət və kimliklərinin formalaşmasında əvəzolunmaz rol oynayır.

Şəxsiyyətin formalaşmasında mühüm rol oynayan əsas amillərdən biri özünə hörmət (izzət nəfs) və məsuliyyət hissidir. Bu iki xüsusiyyət insanın həm şəxsi, həm də ictimai həyatda uğur və xoşbəxtliyinin əsasını təşkil edir. Bələ bir sual yaranır: valideynlər necə bir dəstəkverici və təşviqedici mühit yaradaraq övladlarının bu dəyərli xüsusiyyətləri qazanmasına kömək edə bilərlər?

Bu mövzu ətrafında uşaq tərbiyəsi və həyat bacarıqları üzrə mütəxəssis Höccətül-İslam Məhəmməd Rza Cəfərzadə ilə bir müsahibə təşkil olunub və bu söhbəti dəyərli oxucularımızla bölüşürük.

 Hörmətli Cəfərzadə, xəbər agentliyimizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirik. Zəhmət olmasa, ailənin uşaqlarda özünə hörmətin formalaşmasındakı rolu barədə fikirlərinizi bizimlə bölüşün.

Uşaqlarda özünə hörmət hissi əsasən 1,5 yaş ilə 3 yaş arasında formalaşmağa başlayır. Bu dövrdə valideynlər övladlarının müstəqil olmaq istəklərini daha çox müşahidə edirlər.

Məsələn: “Özüm geyinim”, “özüm yeməyimi yeyim”, “özüm yeriyim” və s.

Əgər bu mərhələdə valideynlər uşağın sınaq və müsbət təcrübə imkanlarını əllərindən alar, onu danlamaqla və ya alçaltmaqla “sən bacarmazsan” mesajı versələr, bu, uşağın özünə inamının formalaşmasına ciddi maneə yaradar.

Əksinə, əgər valideynlər uyğun miqdarda təşviq və dəstək göstərsələr, uşağın şəxsi fəaliyyətlərində təcrübə qazanmasına icazə versələr, bu, onun şəxsiyyətinin sağlam inkişafına və özünə güvənin möhkəmlənməsinə böyük töhfə verəcəkdir.

Özünəinam çatışmazlığı olan uşaqlarda hansı əlamətlər müşahidə olunur və onlara necə kömək etmək olar?

Özünə inamı zəif olan uşaqlarda adətən tez-tez məyusluq, özünü yararsız hiss etmə və yetərsizlik duyğusu müşahidə olunur. Bu xüsusiyyətlər əsasən uşağın ictimai və ünsiyyətlə bağlı vəziyyətlərlə qarşılaşdığı zaman daha qabarıq şəkildə özünü göstərir.

Məsələn, sinifdə dərs zamanı, dostlarla ünsiyyət qurarkən, müəllimə sual vermək ehtiyacı duyanda və ya ictimaiyyət qarşısında çıxış etməli olduqda, bu uşaqlar çətinlik çəkir, gərginlik və narahatlıq hiss edirlər. Onlar tez bir zamanda tənqid olunmaqdan qorxur, özlərini qeyri-kafi hesab edirlər.

Bu halların qarşısını almaq üçün:

Uşağın bilik və bacarıqları inkişaf etdirilməlidir,

Müsbət davranışları diqqətlə müşahidə edilərək təqdir olunmalı,

Onun güclü tərəflərinə diqqət yetirilməli və bu xüsusiyyətləri təşviq edilməlidir.


Bu yolla uşağın özünə güvəni və sosial dayanıqlılığı tədricən artacaqdır.

 Uşaqlarımıza məsuliyyətsiz davranışlarının nəticələri ilə necə üzləşməyi öyrədə və bundan necə dərs almalarına kömək edə bilərik?

Uşaqlarda sosial bacarıqların formalaşması, ictimai mühit və sağlam münasibətlər içərisində baş verir.

İlk növbədə, uşağın sosial əlaqələrinin təməli ailədaxili ünsiyyət və münasibətlər modeli ilə qoyulur. Valideynlərin bir-biri və ətrafla necə davrandığı, uşaq üçün ilk örnəkdir.

Uşaq yaşıdları ilə münasibət qurduqca, fərqli davranış modelləri ilə tanış olur və sosial davranış normalarını öyrənir. Onun bağçaya getməsi, dostları ilə oyun oynaması və qrup şəklində fəaliyyətlərə qatılması, həm ictimai bacarıqların, həm də özünəinamın inkişafı üçün əhəmiyyətlidir.

Məsuliyyət hissi isə erkən yaşlardan, kiçik və uyğun tapşırıqların uşağa verilməsi ilə formalaşmağa başlayır. Beləliklə, uşaq vəzifələrinin nə olduğunu və onları yerinə yetirməyin vacibliyini dərk edir.

Bu mərhələdə diqqət yetirilməli əsas məqamlar:

Tapşırıqlar aydın, yaşına və imkanlarına uyğun olmalıdır,

Belə olduqda, uşaq tənbəllik və məsuliyyətsizlikdən uzaq olar.


Əgər bu şərtlərə baxmayaraq, uşaq öz tapşırığını yerinə yetirmirsə:

1. Əvvəlcə xəbərdarlıq və xatırlatma verilməlidir,


2. Davam etdiyi təqdirdə, nəticəsinə uyğun cəza və ya mənfi rəy bildirilərək, öz davranışlarının məsuliyyətini daşımağa təşviq edilməlidir.

Media (televiziya, filmlər və sosial şəbəkələr) uşaqların bədən alqısı və özünə hörmətinə təsir edirmi?

Hər bur şəxsdə özünə inamın formalaşmasının ilk mərhələsi, onun öz simasını qəbul etməsi və özündən razı qalması ilə başlayır.

Əgər uşaq və ya yeniyetmə, şəxsiyyətinin həssas inkişaf mərhələsində, sosial şəbəkələrdə və internet mühitində məsələn, aktyorlar, influencerlər və instagram bloqerləri kimi fantaziya dolu vizual obrazlarla tez-tez qarşılaşarsa, onların zehni dünyasında cəmiyyətin ideal və qüsursuz görünüş modeli kimi perfeksionist və qeyri-real bir obraz formalaşır.

Bu isə: Süni, lakin populyar bir gözəllik standartının normaya çevrilməsi ilə nəticələnir.

Uşağın və yeniyetmənin öz zahiri görünüşünü qəbul etmə bacarığı zəifləyir,

Özünə hörməti və inamı kəskin şəkildə azalır.


Bu səbəbdən, bəzi yeniyetmələr öz simalarından narazı olduqları üçün, üzlərini daim maska ilə örtməyə üstünlük verirlər.

Onlar öz təbii görkəmlərini, sosial mediada təbliğ olunan düzəldilmiş  və filtrlərlə dəyişdirilmiş idealizə olunmuş gözəlliklərlə müqayisə edərək, cəlbedici və qəbulolunan hesab etmirlər. Bu isə onların ictimai fəallıqlarının azalmasına və cəmiyyətdən çəkindiklərinə səbəb olur.

Övladımızı necə güclü və möhkəm xarakterli yetişdirə bilərik?

Valideynlərin və uşaqların həyatındakı digər mühüm şəxslərin davranış modelləri onların məsuliyyət hissinə nə dərəcədə təsir edir?

Uşaq kiçik yaşlarda, beynindəki güzgü neyronlarının aktivliyi səbəbindən, çoxsaylı təqlid davranışları nümayiş etdirir. Yəni uşaq, bu dövrdə davranışları birbaşa müşahidə və təqlid yolu ilə öyrənir. Nə görürsə, onu öyrənir və eyni şəkildə təkrar edir.

Bu baxımdan, valideynlərin məsuliyyətli davranış nümunələri və uşağın bacarıq və imkanlarına uyğun tapşırıqlar vermələri, onun məsuliyyət hissinin təməlinin qoyulması baxımından çox mühüm rol oynayır.

Sosial bacarıqların formalaşması isə ictimai mühit və sağlam münasibətlər kontekstində baş verir.

İlk addımda, ailədaxili ünsiyyət tərzi və valideynlərin ətrafdakılarla münasibət qurma üsulu, uşağın gələcəkdəki ünsiyyət yollarını müəyyən edir.

Daha sonra, uşaq yaşıdları ilə münasibət, birgə oyunlar və fərqli sosial təcrübələr vasitəsilə davranış modellərini mənimsəyir.

Uşağın bağçaya getməsi, dostlarla oynamağa təşviq olunması, onun həm sosial bacarıqlarının, həm də özünə inamının inkişafına ciddi təsir göstərir.

Ailədaxili qərar qəbuletmədə uşaqların iştirakının onların məsuliyyət hissinə təsiri nədir?

Yeniyetməlik dövründə, müstəqillik ehtiyacı, güc və söz sahibi olmaq arzusu ilə müşayiət olunur. Yeniyetmə bu mərhələdə fikir bildirmək, dəyərləndirilmək və seçimlərdə rol almaq istəyi ilə fərqlənir.

Bu səbəbdən, valideynlər ailə daxilində qərarların qəbulunda övladlarını iştirak etdirməli, onların fikir və baxışlarını öyrənməlidirlər.

Bu yanaşma vasitəsilə: Uşağa “Sən bacararsan” mesajı verilir. Onun özünə inamı güclənir,

Eyni zamanda məsuliyyət hissi və sosial iştirakçılıq bacarıqları inkişaf edir.

Uşaqlara məsuliyyət və əyləncə arasında balans qurmağı necə öyrətmək olar?

Uşaq və yeniyetmələr yaşlarına xas olan oynaq və maraq yönümlü zehni xüsusiyyətlərə malikdirlər. Bu səbəbdən, bəzən onlar məsuliyyətlərini yerinə yetirməkdə ləngiyə və ya çətinlik çəkə bilərlər.

Bu baxımdan, valideynlər ilk növbədə uşağın yaşını, psixoloji inkişaf mərhələsini və diqqət müddətini nəzərə almalıdırlar. Uşağa verilən məsuliyyət, onun fiziki və zehni bacarıqlarına uyğun olmalı, yerinə yetirilə biləcək səviyyədə təyin edilməlidir.

Məsələn, uşaq maraqlı bir cizgi filmi izləyərkən və ya dostları ilə oyun oynayarkən, ondan əməkdaşlıq gözləmək real olmaz. Bu kimi hallarda, zaman və səbirlə gözləmə taktikası daha məqsədəuyğundur. Əyləncə və oyun başa çatdıqdan sonra, tapşırığın xatırladılması və uyğun şəkildə yönləndirilməsi daha effektiv nəticə verəcəkdir.

 Uşağın məsuliyyətli olması onun özünə hörmətinə necə təsir edir?

Məsuliyyət hissi, həm şəxsi inkişafın, həm də ictimai münasibətlərin əsas sütunlarından biri hesab olunur. Bu xüsusiyyət özünə hörmət və başqalarına qarşı hörmətlə birbaşa əlaqəlidir.

Məsuliyyətli olmaq yalnız davranış deyil, həm də daxili şüur və dəyərlər sisteminin göstəricisidir. Uşaq və ya yeniyetmə, öz öhdəliklərini yerinə yetirdikcə:

Özünə olan hörməti artır,

Qürur hissi yaşayır,

Özünü faydalı və dəyərli hiss edir.


Əksinə, məsuliyyətsiz davranışlar uşaqda:

Günahkarlıq hissi,

özündən narazılıq,

qeyri-kafilik duyğusu formalaşdıra bilər.


Bu hisslər zamanla özünə hörmətin və inamın azalmasına, ictimai fəaliyyətdən çəkinməyə və psixoloji geriləməyə səbəb ola bilər.

Beləliklə, məsuliyyətlilik və özünə hörmət yalnız əlaqəli deyil, bir-birinə qarşılıqlı təsir edən və bir-birini gücləndirən iki əsas psixoloji amildir.


Müsahibəni hazırlayan: Samirə Qolkar

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha