Hövzə Xəbər Agentliyinin veriyi məlumata əsasən,Höccətül-İslam vəl-müslimin Məhəmməd Hadi Hidayət, Əmirəlmöminin Əli (ə) ilə Həzrət Fatimeyi-Zəhranın (s.ə) evliliyinin ildönümü münasibətilə Xanım Məsumənin (s.ə) müqəddəs hərəmində keçirilən bayram mərasimində belə deyib:
İmam Sadiq (ə) Ər-Rəhman surəsinin 19-cu ayəsindən 22-ci ayəsinə qədər istinad edərək buyurur ki, burada qeyd olunan iki dənizdə məqsəd Həzrət Əli (ə) və Həzrət Zəhradır (s.ə).
Xanım Məsumənin (s.ə) müqəddəs hərəmində çıxış edən xətib qeyd edib ki:
Həzrət Əli (ə) ilə Həzrət Zəhranın (s.ə) izdivacı İlahi və göydə bağlanmış bir əqddir. Rəvayətlərə əsasən bu izdivacda onların bir-birinə uyğun olması, yaradılış aləmində misli-bərabəri olmayan bir uyğunluqdur.
O əlavə edib: İmam Sadiq (ə) buyurur ki, Həzrət Zəhranın (s.ə) mübarək varlığı yer üzərində İlahi əzəmətin təcəllisidir, çünki bu iki aləmin xanımı Allahın əzəmət nurundan yaradılmışdır.
Hidayət vurğulayıb: Bu evlilik kainatdakı ən bərəkətli evliliklərdən biridir və bu İlahi bağlılıqdan doğulan övladlar hər biri yaradıcılıq aləmində parlayan bir nur kimi işıq saçıblar.
Müqəddəs hərəmin dini eksperti xatırlatdı:
İslam dinində ən böyük quruluş və cəmiyyət mövzusu evlilikdir və Allah qatında evlilik qədər sevimli heç bir məclis yoxdur. Hər bir şəxsin evlilik sahəsindəki əməl kitabçasından onun həyat yolunu tanımaq mümkündür.
O əlavə edib: Əziz Peyğəmbərimiz (s) buyurur ki, insan nə qədər çox dindar olarsa, ailəsinə də bir o qədər çox diqqət göstərər. Ən yüksək imana sahib olan şəxs isə ailəsinə çox dəyər verən və gözəl münasibət göstərən şəxsdir.
Höccətül-İslam vəl-müslimin Hidayət əlavə edib: Ailə ilə düzgün rəftar etmək, düzgün bəndəliyin əlamətlərindəndir. Evdə həyat yoldaşıyla uyğunlaşmaq və ona kömək etmək Məscidül-Həramda keçirilən etiqafdan daha dəyərlidir.
Xanım Məsumənin (s.ə) müqəddəs hərəmində çıxış edən xətib qeyd edib: Təəssüf ki, cəmiyyətdə evlilik sayı azalır, halbuki evlilikdə vasitəçilik etmək çox dəyərlidir.Bunda həm savab var həm də insanı Allah qatına yaxınlaşdırır.
Höccətül-İslam vəl-müslimin Hidayət vurğuladı: Təəssüf ki, cəmiyyətdə boşanma sayı artıb və bizim vəzifəmiz ruhdan düşmüş ailələri dəstəkləmək, onları həyata qaytarmaqdır. Çünki həm dünya, həm də axirət xeyri bundadır. Halbuki, həyat yoldaşları arasında nifaq yaratmaq Allahın lənətinə səbəb olur.
Xəbərin sonu.
Rəyiniz