çərşənbə 4 iyun 2025 - 20:11
İnkişaf, təhlükəsizlik və rifah İmam Xomeyninin (r) müdrik yolunu davam etdirməklə mümkündür.
Nüvə sənayesi İran xalqına aiddir. Amerika və başqalarına heç bir aidiyyəti yoxdur.

Hövzə/İran İslam İnqilabının Ali Rəhbəri bu gün səhər İmam Xomeyninin (r) müqəddəs məqbərəsində xalqın izdihamlı toplantısında çıxış edərək, İslam İnqilabının müasir dünya proseslərinə təsirini vurğulamışdır. O, qeyd etmişdir ki,  İmam Xomeyni öz müdrik və uzaqgörənliyi ilə inqilabın və dövlətin qüdrətli və şərəfli inkişafının davamlılığını təmin edən əsas prinsipləri formalaşdırmışdır. Bu prinsiplər milli müstəqillik anlayışı çərçivəsində müəyyən edilmişdir. Məhz bu strateji xətt sayəsində İran dövləti öz davamlı inkişafı, ümumi rifahı, sabit təhlükəsizliyi və beynəlxalq mövqeyinin daha da möhkəmlənməsi üçün parlaq gələcəyə doğru irəliləyəcəkdir.

Hövzə Xəbər Agentliyinin məlumatına əsasən Həzrət Ayətullah Xamenei milli nüvə məsələsini izah edərkən İranın tam və qürurverici nüvə yanacağı dövrəsinə sahib olmasını xalqın və gənc alimlərin "Biz bacarırıq" inancının nəticəsi kimi qiymətləndirmişdir. O, bu sənayenin digər elmlərin və sənayelərin inkişafına mühüm təsirlərinə işarə edərək, ABŞ tərəfindən təqdim olunan nüvə layihəsini "Biz bacarırıq" prinsipinə tamamilə zidd hesab etmiş və vurğulamışdır ki, zənginləşdirmə olmadan geniş nüvə sənayesi praktik olaraq faydasızdır. O, həmçinin ABŞ və sionist rejimin İranın nüvə sənayesini tamamilə ortadan qaldırmaq məqsədinə çatmaq üçün heç bir uğur qazana bilməyəcəyini bildirmişdir.

O, İmam Xomeynini inkişaf edən, sabit və qüdrətli İslam Respublikasının böyük banisi kimi təqdim etmiş və bildirmişdir ki, həmin böyük şəxsiyyətin vəfatından otuz altı il keçməsinə baxmayaraq onun varlığı və inqilabının təsirləri böyük güclərin zəifləməsi, çoxqütblü sistemin formalaşması, Amerikanın nüfuzunun və mövqeyinin ciddi şəkildə azalması, sionizmə olan nifrətin Avropa və Amerikada artması, habelə bir çox millətlərin oyanışı və Qərb dəyərlərini rədd etməsi kimi məsələlərdə hiss olunmaqdadır.

İnqilab Rəhbəri Qərb dünyasının çaşqınlığına işarə edərək bildirmişdir ki, İran xalqının bir dini alim tərəfindən səfərbər edilməsi, İmam Xomeyninin və xalqın silahsız olduğu halda, dişinə qədər silahlanmış və xarici güclərə bağlı Pəhləvi rejimi üzərində qələbəsi həmçinin Amerikanın və sionistlərin istismarçı və talançı varlığının İrandan çıxarılması, onları gözlənilməz vəziyyətə salmışdı. O, əlavə etmişdir ki, Qərbin ikinci böyük çaşqınlığı isə İmam Xomeyninin müdrikliyi və uzaqgörənliyi olmuşdur.

Həzrət Ayətullah Xamenei, amerikalıların İranda güzəştə gedən bir hökumətin hakimiyyətə gəlməsi və qeyri-qanuni maraqlarının yenidən təmin olunması ümidlərini xatırladaraq bildirmişdir ki, İmam Xomeyni öz mövqeyini açıq şəkildə ifadə edərək İranda İslam və dini əsaslara söykənən bir sistemin qurulmasını elan etmiş və bununla da amerikalıların ümidlərini puç etmişdir. O əlavə etmişdir ki, düşmənlərin dağıdıcı fitnələri məhz elə burdan başlanmışdır.

Ayətullah Xamenei Qərbin, xüsusilə ABŞ-ın İslam İnqilabına qarşı apardığı dağıdıcı planların həcm, müxtəliflik və şiddət baxımından müasir inqilablar tarixində misilsiz olduğunu vurğulayaraq bildirmişdir ki, etnik qrupların təhriki, inqilaba qarşı olanlar və ideoloji cərəyanları təmsil edən qrupların silahlandırılması, İranın işğalı üçün Səddam Hüseynin dəstəklənməsi və İmam Xomeyninin yaxın silahdaşlarının qətli düşmənlərin əsas düşmənçilik fəaliyyətlərindən biri olmuşdur. O, əlavə etmişdir ki, bu terror xətti sonrakı onilliklərdə nüvə alimlərinin qətlə yetirilməsi ilə davam etmişdir.

İnqilab Rəhbəri hələ də davam edən hərtərəfli sanksiyalar Amerikanın Təbəs məntəqəsinə hərbi müdaxiləsi və İranın sərnişin təyyarəsinin Fars Körfəzi üzərində vurulması hadisələrini xalq və inqilaba qarşı düşmənlərin ən pis əməllərindən biri kimi qiymətləndirərək bildirmişdir ki, bütün bu fitnələrin arxasında hegemon dövlətlər, xüsusilə ABŞ və sionist rejim eləcə də casus təşkilatlar o cümlədən Amerika Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), Böyük Britaniyanın MI6 və işğalçı sionist rejim (MOSSAD) dayanmışdır.

Bu alçaq və dağıdıcı addımların məqsədinin İslam Respublikasını zəiflətmək olduğunu vurğulayaraq bildirmişdir ki, xalq və dövlət bütün bu fitnələrə qarşı müqavimət göstərmiş, minlərlə sui-qəsdi uğurla zərərsizləşdirmişdir. O əlavə etmişdir ki, İslam Respublikası nəinki zəifləməmiş, əksinə daha güclü şəkildə yoluna davam etmişdir və bundan sonra da qətiyyətlə irəliləməyə davam edəcəkdir.

Həzrət Ayətullah Xamenei, hisslərin ağıl üzərində üstünlük təşkil etməsini böyük bir təhlükə kimi qiymətləndirərək bildirmişdir ki, inqilabların, o cümlədən Fransız İnqilabının əsas yayınma səbəbi 
 böyük rəhbər İmam, ilahi tədbir və qeybə olan imanından qaynaqlanan dərin ağılla İslam İnqilabını bu dağıdıcı təhlükədən qoruyub saxlamışdır. O vurğulamışdır ki, İmam Xomeyni hisslərin ağıl üzərində hakim olmasına imkan verməmiş, bununla da inqilabın və xalqın hərəkətinin ilkin yolundan yayındırmasının qarşısını almışdır.

Ayətullah Xamenei vilayəti fəqih və milli müstəqilliyi İmamın ağıl prinsipinin iki əsas sütunu kimi təqdim edərək bildirmişdir ki, vilayəti fəqih İslam inqilabının dini mahiyyətini qoruyan və xalqın iman dolu fədakarlığından doğan hərəkatın sapmasını önləyən bir amildir, milli müstəqillik isə İmam Xomeyninin bir çox ideyalarını və hədəflərini özündə ehtiva edir.

O, milli müstəqilliyin dünyadan təcrid olunmaq və əlaqələri kəsmək kimi yanlış şərh edilməsini bir növ məntiqi saxtakarlıq adlandıraraq vurğulamışdır ki, milli müstəqillik o deməkdir ki, İran və xalq öz ayaqları üzərində dayanaraq heç kimə bel bağlamadan yaşamalıdır. Onlar Amerika və digər güclərin razılığına ümid bəsləməməli və onların qadağalarından çəkinməməlidirlər. Əksinə öz düzgün qərarlarını qəbul edib, güclərin təsirindən asılı olmadan lazımı addımları atmalıdırlar.

O, milli müstəqillik prinsipinin təməlini təşkil edən ilk əsas ideya kimi “Biz bacarırıq” prinsipini vurğulayaraq bildirmişdir ki, zalım rejim “Biz bacarmırıq” düşüncəsini xalqa təlqin edirdi. İmam Xomeyni isə özünəinam və “Biz bacarırıq” inancını İranın milli kimliyində, gənclərində və siyasətçilərində dirçəltmişdir. Bunun sayəsində ölkənin elm, texnologiya, müdafiə, abadlıq və infrastruktur sahələrində əldə etdiyi möhtəşəm uğurlar məhz bu ruh və inancın nəticəsidir.

Ayətullah Xamenei düşmənlərin İran xalqında "Biz bacarırıq" ruhunu sarsıtmağa çalışmasını bu kimlik elementinin misilsiz əhəmiyyəti kimi qiymətləndirərək bildirmişdir ki, hazırda nüvə məsələsi və Oman vasitəçiliyi ilə aparılan danışıqlarda amerikalıların təqdim etdiyi plan tamamilə "Biz bacarırıq" prinsipinə ziddir.

O, "Müqavimət" prinsipini milli müstəqilliyin digər əsas sütunlarından biri kimi xarakterizə edərək vurğulamışdır ki, bu prinsip inanca əsasən hərəkət etməyi, böyük güclərin iradəsinə, təzyiqinə və zorakılığına boyun əyməməyi ifadə edir. O, həmçinin "Müdafiə gücünün artırılması" prinsipini ön plana çəkərək demişdir ki, inqilabın əvvəlində İranın müdafiə istehsalı sahəsində imkanları olduqca məhdud idi və demək olar ki, sıfıra bərabər idi. Lakin İmam Xomeyninin təşviqi və vurğuları sayəsində müdafiə gücünün artırılması istiqamətində işlər başlanmışdır. Bu gün dünyadakı müdafiə qüvvələrinin analitikləri İranın bəzi sahələrdə bölgədə birinci sırada yer aldığını təsdiqləyir və ya sanksiyalar fonunda onun bəzi imkanlarına heyrət etdiklərini ifadə edirlər.

O, İmamın milli müstəqilliyi təmin etmək üçün fikri və əməli sistemində əsas elementlərdən biri kimi "İzah prinsipini" qeyd edərək bildirmişdir ki, İmam Xomeyni 1341-ci ildə başlayan hərəkatdan ömrünün son ilinə qədər mühüm məsələləri xalqa izah edirdi. Onun ömrünün son ilində xalq, elmi hövzələr və universitetlər üçün yazdığı məqalələr ən mühüm əsərləri arasında yer alır. O vurğulamışdır ki, İmam Xomeyninin izahları yalnız emosiyalara söykənmirdi əksinə arqument və məntiq vasitəsilə zehinləri,ağılları və qəlbləri fəth edirdi.

Həzrət Ayətullah Xamenei “istiqamət” prinsipini yəni doğru yoldan yayınmamaq və davamlılığı təmin etməyi, İmam Xomeyninin milli müstəqillik anlayışının əsas ünsürlərindən biri kimi təqdim edərək bildirmişdir ki, bu böyük şəxsiyyət xalqın və gənclərin düşüncələrini bu əsaslarla tanış edərək onları bu dəyərlərlə birləşdirmişdir. O, inqilabın kimliyini və onun doğru istiqamətdə davam etməsini məhz bu prinsiplərə əsaslanan ağıl vasitəsilə qoruyub və təmin etmişdir.

O, bəzi şəxslərin “ağıla əsaslanmaq” çağırışını Amerikanın və digər güclərin qarşısında təslim olmaq kimi təhrif etdiyini vurğulayaraq bildirmişdir ki, bu, ağıla əsaslanmır. Həqiqi ağıl odur ki, İmam Xomeyni xalqı və dövləti gücləndirərək İranı dünyada etibarlı və hörmətli bir mövqeyə çıxarmışdır. O əlavə etmişdir ki, Allahın izni ilə İmam Xomeyninin ağıl və strateji düşüncə əsasında qurduğu bu yolda milli irəliləyiş davam edəcək və İran daha yüksək beynəlxalq mövqe, davamlı təhlükəsizlik, inkişaf və ümumi rifah əldə edəcəkdir.

İnqilab Rəhbəri çıxışının digər hissəsində milli nüvə məsələsinə toxunaraq xalqın maarifləndirilməsi üçün mühüm məqamları qeyd etmişdir. O bildirmişdir ki, İran öz gənclərinin zəkası və alimlərinin əzmi sayəsində tam nüvə yanacağı dövrəsinə sahib olmuşdur. Halbuki dünyada bu imkana malik olan ölkələrin sayı olduqca azdır.

O, nüvə sənayesinin faydalarının yalnız təmiz və ucuz elektrik enerjisi istehsalı ilə məhdudlaşmadığını vurğulayaraq demişdir ki, bu sənaye fundamental və strateji bir sahədir. Alimlər və mütəxəssislər tərəfindən təqdim edilən rəsmi hesabatlara əsasən nüvə sənayesi fizika, enerji mühəndisliyi, materialşünaslıq və eləcə də tibbi avadanlıqlar, aerokosmik texnologiyalar, elektron sensorlar kimi həssas və yüksək dəqiqliyə malik sahələrlə sıx bağlıdır və bu sahələrə təsir göstərir.

Həzrət Ayətullah Xamenei nüvə sənayesinin tibb və əczaçılıq sahələrində çətin xəstəliklərin diaqnostikası və müalicəsi üçün, həmçinin kənd təsərrüfatı və ətraf mühitlə bağlı təsirlərini onun ən mühüm tətbiq sahələri kimi təqdim edərək vurğulamışdır ki, uranın zənginləşdirilməsi bu sənayenin əsas və strateji amilidir və düşmənlər də məhz bu məsələyə xüsusi diqqət yetirmişlər.

O, zənginləşdirmə qabiliyyəti olmadan nüvə sənayesinin səmərəsiz olduğunu izah edərək demişdir ki, zənginləşdirmə olmadan enerji istehsal edən stansiyalar üçün yanacaq təmin etmək məqsədilə onu əldə edən ölkələrə möhtac qalacağıq. Bu, sanki bizə deyilir ki, neftimiz olduğu halda neft emalı zavodu tikmək və benzin istehsal etmək haqqımız yoxdur və benzini almaq üçün başqa ölkələrin iradəsinə tabe olmalıyıq.

İnqilab Rəhbəri əlavə etmişdir ki, zənginləşdirmə və yanacaq istehsalı olmadan hətta 100 nüvə stansiyasına sahib olmaq belə faydasızdır. Yanacağın təmin edilməsi üçün gərək Amerikaya əl açaq və  bu zaman Amerika bu iş üçün onlarla şərt irəli sürəcəklər. Necə ki, 80-cı illərdə 20%-lik nüvə yanacağının təmin edilməsi məsələsində bu təcrübə yaşanmışdır.

O, iki dost ölkənin vasitəçiliyi ilə o zamankı Amerika prezidentinin İranın zənginləşdirilmiş 3.5%-lik nüvə materiallarının bir hissəsinin ötürülməsi müqabilində daxili ehtiyac üçün 20%-lik yanacaq əldə edilməsi təklifini qəbul etdiyini xatırladaraq bildirmişdir. Həmin dövrdə məsul şəxslər bu mübadiləni qəbul etmişdilər və mən demişdim ki, qarşı tərəf 20%-lik yanacağı Bəndər Abbas limanına gətirməlidir və biz onu yoxladıqdan sonra mübadiləni həyata keçirəcəyik. Lakin onlar bizim dəqiqlik və israrımızı gördükdən sonra verdikləri sözə əməl etmədilər və yanacağı bizə ötürmədilər.

Həzrət Ayətullah Xamenei əlavə etmişdir ki, bütün bu siyasi gərginliklərə baxmayaraq, İran alimləri həmin dövrdə 20%-lik yanacağı ölkə daxilində istehsal etməyi bacardılar.

İnqilab Rəhbəri vurğulayıb ki, amerikalıların nüvə məsələsində ilk və əsas tələbi İranın bu sənayedən və onun xalq üçün çoxsaylı faydalarından tamamilə məhrum edilməsi eyni zamanda minlərlə gənc nüvə tədqiqatçısının və alimin işsiz və ümidsiz qalmasıdır. O bildirdi ki, Amerikanın ədəbsiz və kobud başçıları bu tələbi müxtəlif formalarda dəfələrlə təkrar edirlər.

Ayətullah Xamenei Amerikanın bu tələblərinin əsl mahiyyətini İran xalqının inkişafı və müstəqilliyinə qarşı düşmənçilik kimi qiymətləndirərək əlavə etdi: Bu həqiqətləri deməkdə məqsədimiz İran xalqını müəyyən qədər məlumatlandırmaqdır. Rəsmilər də bu barədə daha geniş izahlar verməlidirlər.
O, sözlərinin davamında bildirdi: Səs-küylü və uzaqgörənlikdən məhrum Amerika hökumətinin əsassız iddialarına cavabımız bəllidir. Ayətullah Xamenei bir neçə il öncə ABŞ prezidentlərindən birinin etirafını xatırladaraq dedi: “Əgər əlimdən gəlsəydi, İranın nüvə sənayesinin vintlərini  belə sökərdim.” O əlavə etdi: “Bu gün bizim nüvə sənayemizin strukturu əvvəlkindən qat-qat möhkəmdir. Necə ki o prezident etiraf etdi ki, heç nə edə bilmədi, bu günkü sionist və amerikalı rəhbərlər də bilməlidirlər ki, bu sahədə heç bir nəticə əldə edə bilməyəcəklər.”

O vurğuladı ki, İran İslam Respublikasının ABŞ və digər nüvə texnologiyası əleyhdarlarına qarşı ilk mövqeyi onların iddialarının hüquqi əsaslarını sorğulamaqdır. O dedi: Bizim onlara sözümüz budur: İran xalqının taleyi yalnız onun öz əlindədir. Siz kimsiniz ki, bizim uranın zənginləşdirilməsi ilə bağlı hüquqlarımıza qarışa biləsiniz? Hansı hüquqi əsasla bunu edirsiniz?

Ayətullah Xamenei çıxışının sonunda sionist rejimin Qəzzada törətdiyi inanılmaz və ağlagəlməz cinayətlərə toxunaraq bildirdi. Onlar yemək paylama mərkəzi bəhanəsi ilə insanlara atəş açırlar. Bu qədər alçaqlıq, xəbislik, qəddarlıq və şər xisləti doğrudan da heyrət doğurur.

O, ABŞ-ı sionist rejimin cinayətlərində şərik adlandıraraq əlavə etdi: Məhz bu səbəbdəndir ki, biz israrla bildiririk Amerika bu bölgədən çıxmalıdır.

Həzrət Ayətullah Xamenei İslam ölkələrinin məsuliyyətini çox ağır hesab edərək bildirdi: Bu gün susmaq, neytrallıq göstərmək, ehtiyatlı davranmaq və ya məsələni görməzlikdən gəlmək yeri deyil. O vurğuladı: Əgər bir İslam dövləti hər hansı şəkildə istər münasibətlərin normallaşdırılması, istər Fələstin xalqına yardım yollarını bağlamaqla, istərsə də sionistlərin cinayətlərini bəraət qazandırmaqla bu rejimi dəstəkləyərsə, o zaman əmin olsun ki, bu rüsvayçılıq əbədi olaraq onun alnında qalacaq.

İnqilab Rəhbəri, sionist rejimlə əməkdaşlığın ilahi və axirət nəticələrinin çox ağır və dəhşətli olacağını qeyd edərək əlavə etdi: Lakin bu dünyada da xalqlar bu xəyanətləri heç vaxt unutmayacaq. Üstəlik heç bir dövlət sionist rejimə arxalanmaqla özünə təhlükəsizlik təmin edə bilməz, çünki bu rejim ilahi hökmə əsasən süqut mərhələsindədir və inşallah bu süqut çox da uzaqda deyil.

Həzrət Ayətullah Xamenei, Ərəfə gününü dua, təvazökarlıq, ilahi diqqət və mənəvi bağlılıq mövsümü adlandıraraq, xüsusilə gənclərə tövsiyə etdi ki, bu fürsətdən maksimum istifadə etsinlər, həmin gün İmam Hüseynin (ə) eşq dolu duasını oxusunlar və Səhi‌fəyi‌ Səccadiyyənin 47-ci duasını da bacardıqları qədər tilavət edib, Allahla səmimi şəkildə münacat etsinlər.

Mərasimin əvvəlində Höccətül-İslam vəl-müslimin Seyid Həsən Xomeyni çıxış edərək bildirdi ki, İslam İnqilabı tarixdə ən çox xalq tərəfindən dəstəklənmiş inqilabdır. O dedi: İzzət,qürur və heysiyyət xalqın kimliyini formalaşdıran əsas amildir və daim diqqətli olmalıyıq ki, İmam Xomeyni və İslam İnqilabının Ali Rəhbəri dəfələrlə vurğuladığı kimi, İslamın izzəti və Milli izzət heç bir halda zərər görməsin.

İmam Xomeyni məqbərəsinin rəhbəri Seyid Həsən Xomeyni İslam İnqilabından qaynaqlanan oyanış və müqavimətin Livan, İraq, Yəmən və Fələstində oynadığı rolu yüksək qiymətləndirərək bəzi ölkələrin Qəzzada sionist rejimin cinayətləri qarşısındakı susqunluğunu tənqid etdi. 
O qeyd etdi: Bu gün İmam Xomeyninin səsi hələ də qulaqlarımızdadır İsrail yox edilməlidir. Çünki bu rejim təhlükəli bir virusdur və bu virus ortadan qaldırılmalıdır.

Xəbərin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha