çərşənbə axşamı 17 iyun 2025 - 19:12
İman və müqavimət yurdunun şücaətli xanımı: Səhər İmani / İnqilab məktəbindən doğan bir qəhrəmanlıq

Sionist rejimin amansız hücumlarının qızğın çağında tarix bir daha şücaətli qadın qəhrəmanlığına şahid oldu. İman və müqavimət yurdunun şücaətli xanımı Səhər İmani, Həzrət Zəhranın (s.ə) məktəbindən ilham alan və Həzrət Zeynəb (ə) kimi öz adını İslam İnqilabının şərəfli səhifələrinə yazdırdı və hər bir iranlının qəlbini qürurla doldurdu.

Hövzə Xəbər Agentliyinin Yəzd şəhərindən verdiyi məlumata əsasən:
Dünyanın yaranışından bu günə qədər öz şücaəti ilə tarixi yenidən yazan qadın.....

Bəzən Asiyə olur
Bəzən Məryəm
Bəzən Yukabəd
Bəzən Hacər
Bəzən Xədicə
Bəzən Zeynəb
Bəzən isə Səhər İmami olur

Amma Şücaətləri ilə hər zaman nümunə olurlar. 

Çünki onun varlığının mənbəyi nurlu bir dənizə dayanır. O dəniz Siddiqqeyi Tahirəyə xanım Həzrət Fatiməyə (s.ə) çatır və oradan axıb gəlir.

Bu gün sionist rejimin zalım və qəddar hücumlarının ortasında bir qadın meydana çıxaraq Xanım Zəhraya (s.ə) tabe olaraq və Xanım  Zeynəb (s.ə) kimi meydan oxuyur.

Çünki o, İnqilab məktəbinin yetirməsidir.
Elə bir inqilab ki, başlanğıcı İmam Xomeyni (r) ilə olub və bu gün müdrik və uzaqgörən  Ali Rəhbərin əllərində davam edir.

Qürur duyduq xanım Səhər İmami!
Qəhrəmanlıq və müqavimət imamlarının işarəsini sənin cəsur və qorxusuz varlığında izlədik.

Qürur dolu bir kədər bizi ağlatdı

Sənin yaratdığın bu qəhrəmanlığı heç bir sözlə ifadə etmək mümkün deyil.

İnşallah, yaxın gələcəkdə Həzrət Mehdinin (ə.c) hökumətində köməkçilərindən olarsan.

Yəzd şəhərinin Həzrət Zeynəb (s.ə) adına olan elmi hövzədən sizin bu dəyərli və ləyaqətli addımını ürəkdən alqışlayırıq.

Xəbərin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha