şənbə 12 iyul 2025 - 20:53
Bəhreyndə şiələrə qarşı təzyiqlər artır; Aşura mərasimlərinin keçirilməsi qadağan edildi

Hövzə/ Dini azadlıqların sıxışdırılmasının davamı olaraq Ali-Xəlifə rejimi Bəhreynin Sənabis bölgəsində yerləşən İbn-Xəmis Hüseyniyəsində Aşura mərasiminin keçirilməsinin qarşısını alaraq Hüseyniyənin məsul şəxsləri dindirilməyə çağırılıb. Ölkədə şiə məzhəbinin mərasimlərinə qarşı təzyiqlər daha da artmağa başlayıb.

Hövzə Xəbər Agentliyinin Tərcümə Qrupunun verdiyi məlumata əsasən, 14 fevral İnqilabçı Gənclər Koalisiyasının rəsmi internet saytında bildirib ki, Ali-Xəlifə rejiminə bağlı qüvvələr şiələrin dini mərasimlərinə qarşı həyata keçirdikləri ən son repressiv tədbirlər çərçivəsində Məhərrəm ayının gecələrindən birində Manama ətrafındakı Sənabis bölgəsində yerləşən İbn-Xəmis Hüseyniyyəsində dini tamaşanın keçirilməsinə mane olublar.

Bu nümayiş, Bəhreyndəki şiə cəmiyyətinin Məhərrəm ayındakı köklü və mədəni proqramlarının bir hissəsi olaraq, İmam Hüseynin (ə) qiyamından ilhamla hazırlanmış və qadağan edilməzdən əvvəl xalq tərəfindən böyük maraqla qarşılanmışdı.

Ali-Xəlifə hakimiyyətləri 10 iyul cümə axşamı günü hüseyniyənin rəhbərlərini bölməyə çağıraraq dini mərasim təşkilatçılarını qorxutmaq və dini azadlıqları daha da məhdudlaşdırmaq üçün açıq-aşkar cəhd göstəriblər.

Məlumatlara görə, Məhərrəm ayının başlaması ilə Bəhreyn rejimi şiələrə qarşı hücumlarını gücləndirib. Bu hücumlarada qara bayraqların yığılması, xətiblərin və mərsiyəçilərin həbs edilməsi, matəm mərasimlərinin qadağan olunması və şiələrin olduğu bölgələrdə əzadarlıq mərasimlərinin keçirilməsi hədəfə alınıbdır.

Buna baxmayaraq, Bəhreyn rəsmi olaraq "dini tolerantlıq" iddialarına malik olmasına baxmayaraq şiələrin sistematik hüquq pozuntuları səbəbindən beynəlxalq qurumların artan tənqidləri ilə üzləşir.

Xəbərin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha