Fələstinə dəstək missiyası din və siyasət hüdudlarını aşan bir vəzifədir
Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumatına əsasən, “İSNAN” şəbəkəsinin təşəbbüsü ilə “Fələstinin fəryadı” adlı beynəlxalq konfrans Hindistanın Ləknau şəhərindən “Zoom” vasitəsilə canlı olaraq keçirilib. Bu iclasda müxtəlif ölkələrdən tanınmış alimlər və dini mütəfəkkirlər sionist rejimin cinayətləri və məzlum Fələstin xalqının əzabları barədə öz baxışlarını bildiriblər.

Zülm görənlərə dəstək vermək ilahi və insani bir vəzifədir
Bu iclasda ABŞ-ın Çikaqo şəhərindən Höccətül-İslam Seyid Məhbub Mehdi Əbidi Nəcəfi çıxış edərək İmam Əlinin (ə) həyat yoluna işarə edərək və deyib: Təqvalıların rəhbəri Həzrət Əli ibn Əbu Talib (ə) öz mübarək vəsiyyətində Allahın təqvasını tövsiyə etdikdən sonra, zülm görənlərə dəstək verməyə ciddi şəkildə təkid etmişdir. O həzrət bu tövsiyəsində dini, milli və ya siyasi sərhəd tanımamışdır. Bu da göstərir ki, məzlumlara dəstək vermək yalnız siyasi məsələ deyil, Allahın bəndələrinin çiyninə qoyduğu ilahi və insani bir vəzifədir.
O, sözlərinə belə davam etdi: Biz bu gün necə ki, müdafiəsiz Fələstin xalqına qarşı sionist rejimin zülmü və cinayətlərinə qarşı dayanmışıq, keçmişdə şiə olsa da əslində zalım və istibdadçı sayılan, İranın zülmkar şahına qarşı mövqe tutmuşduq. Həqiqi meyar ədalətə sadiq qalmaq və zülmə qarşı çıxmaqdır.

İslam — kamil və sülhsevər bir dindir
İclasın davamında konfransın sədri və Ləknau Nizamiyyə Universitetinin dekanı Höccətül-İslam Seyid Həmidülhəsən Təqəvi çıxış edərək dedi: İslam kamil və insansevər bir dindir. O, öz ardıcıllarını bütün dinlərlə məhəbbət, mərhəmət və sülh içində yaşamağa dəvət edir. İslam baxışına görə, insanlıq din və məzhəb sərhədlərindən daha uca dəyərə malikdir və zülm hər bir formada pislənir.
O, sionist rejimin cinayətlərinə işarə edərək əlavə etdi: Fələstin xalqı uzun illərdir işğalçıların çəkmələri altında əzab çəkir və bu gün hər zamankından daha çox azadlıqsevər xalqların dəstəyinə və həmrəyliyinə ehtiyac duyur. Biz açıq şəkildə bəyan edirik ki, məzlum Fələstin xalqının yanındayıq və onların zülmün pəncəsindən azad olması üçün dua edirik.
Qurani-kərim anlayışlarının və İslamın həqiqi simasının izahı
Höccətül-İslam Seyyid Həmidülhəsən Təqəvi çıxışının son hissəsində bəzi Qurani-kərim anlayışlarını şərh edərək bildirdi: Təəssüf ki, bəzi insanlar “kafir” və “küfr” kimi sözləri yanlış anlayaraq İslamın sərt və səhv bir təsvirini təqdim edirlər; halbuki Quranda bu sözlər, Məhəmməd peyğəmbərimizə (s) zərər verən və ya onun qarşısında silah qaldıran şəxslər üçün işlədilmişdir.
O, əlavə etdi: Tarix sübut edir ki, Peyğəmbəri-Əkrəm (s) Məkkədə olduğu müddətdə müsəlmanlar tərəfindən heç bir müharibə başlanmamışdır və Mədinə dövründə baş verən bütün döyüşlər yalnız müdafiə xarakteri daşıyırdı. İslam sülh, məhəbbət və ədalət dinidir, müharibə və zorakılıq dini deyil.

Tarixdə heç bir zalım əbədi mövcud olmamışdır
Sünni alimi və beynəlxalq Quran qiraətçisi Nəbil Qasimi çıxışında sionist rejimə müraciət edərək dedi: Zalım bilməlidir ki, zülmün ömrü uzun deyil; tarixdə heç bir zalım əbədi mövcud olmamış və nəhayət hamısı əməllərinin cəzasını almışdır. Bu Allahın vədidir ki, zülm davamlı olmayacaq.
O, davam edərək müsəlmanların həmrəyliyinin əhəmiyyətinə toxunaraq əlavə etdi: Bu həssas şəraitdə şiə və sünni arasındakı birlik yalnız dini bir zərurət deyil, həm də İslam ümmətinin şərəf və ləyaqətini qorumaq üçün vacib bir ehtiyacdır. Bu gün İslamın düşmənləri aramızdakı parçalanmadan faydalanır, halbuki Quran bizi qardaşlıq, məhəbbət və zülmə qarşı birlikdə fəaliyyət göstərməyə dəvət edir.

Fələstinin müdafiəsi vicdanın və insanlığın müdafiəsidir
Daha sonra Ləknau şəhərindən Höccətül-İslam Seyid Heydər Həsən Əl-Nəcəmülmələt çıxış edərək dedi: Qəzzada baş verən cinayətlər insanlığın vicdanını sarsıdıb. Minlərlə günahsız qadın, kişi və uşaq düşmənin qorxaq hücumlarının qurbanı oldu. Hətta yardım yolları da bağlanmışdır ki, Fələstin xalqı aclıq və susuzluqdan öləsin. Bu davranış yalnız insanlığa zidd deyil, həm də müasir tarixdə ləkədir.
O əlavə etdi: Biz bütün varlığımızla bu vəhşi zülmü pisləyirik və bütün azad xalqları belə zülmə qarşı susmamağa çağırırıq. Bu gün Fələstinin müdafiəsi vicdanın və insanlığın müdafiəsidir.

'Atəşkəs' pərdəarxasında siyasi planların ifşası
Davam edərək Hindistanlı vaiz Höccətül-İslam Seyid Əsləm Rəzəvi Misirin Şarm əl-Şeyx şəhərində Prezident Əbdülfəttah əs-Sisinin sədrliyi ilə keçirilmiş iclasa istinad edərək bu addımı “məzlum Fələstin xalqına qarşı böyük bir sui-qəsd” kimi qiymətləndirdi və dedi: “Atəşkəs” adı altında tarixdəki ən böyük siyasi fəndlərdən biri həyata keçirildi. Bu addımın məqsədi İsrailə qarşı qlobal etiraz dalğasını səssizləşdirmək idi. Dünyadakı insanlar sülhün bərqərar olduğunu düşündülər və etirazların davamına ehtiyac qalmadığını sandılar, amma əslində, həmin cinayətlər daha böyük şiddətlə davam etdi.
O əlavə etdi: Fənd və xəyanət üzərində qurulan atəşkəs əslində sülh deyil, əksinə zülmün davamı üçün zəmin yaradır. İnsanlıq bu tarixi atəşkəsi ən böyük siyasi və əxlaqi fənd kimi qeyd edəcək.

İclasın sonunda “İSNAN” şəbəkəsinin baş redaktoru Əli Abbas Vəfaya təşəkkür edildi. O, yalnız konfransın idarə və təşkilini həyata keçirməklə kifayətlənməmiş, həm də proqramın icrasına rəhbərlik etmişdir. Dəqiq idarəçiliyi və məqsədyönlü çıxışları ilə şiə və sünni alimlər arasında dialoq üçün həmrəy və konstruktiv bir mühit yaratmağı bacarıbdır.
Xəbərin sonu
Rəyiniz