şənbə 25 oktyabr 2025 - 06:28
Mərhum Naini siyasi və ictimai həyatın fəal və təsirli simalarından biri olmuşdur.

Elmi Hövzələrin rektoru vurğulamışdır ki, bu nümunə, bir fəqihin yalnız elmi məsələlərin araşdırılması ilə kifayətlənməyib, eyni zamanda siyasi və ictimai həyatın mühüm proseslərində də təsirli şəkildə iştirak edə biləcəyini aydın şəkildə göstərmişdir.

Hövzə Xəbər Agentliyinin məlumatına görə İraqın bir qrup alimi, Əllamə Mirzayi Naini Beynəlxalq Konqresinin çərçivəsində, Elmi Hövzələrin rektoru Ayətullah Əlirza Ərəfi,  ilə görüşüb müzakirələr aparmışlar.

Elmi Hövzələrin rektoru bu görüşdə qeyd etdi ki, Elmi Hövzələrin iki mərkəzi Nəcəf və Qum İslam dünyası üçün xüsusi əhəmiyyət daşıyır. O, vurğuladı ki, Nəcəf və Qum hövzələrinin əməkdaşlığı və qarşılıqlı dəstəyi İslamın və şiəliyin yüksəlişi üçün son dərəcə vacibdir. Bu konqreslərin təşkilinin bir faydası, İraq və İran alimləri ilə digər İslam ölkələrinin alimləri arasında yaxın əlaqələrin qurulmasıdır.

Elmi Hövzələrin Rektoru həmçinin Əllamə Mirzayi Naininin düşüncə, siyasi və elmi fəaliyyətlərinə toxunaraq bildirdi ki, bu mücahid alimin dövrün hadisələrinə həssas və diqqətli yanaşması onun fəaliyyətinin əsas xüsusiyyətlərindən idi. Onun İngilis müstəmləkəçiliyinə qarşı mübarizədə və müsəlman cəmiyyətinin müstəqilliyini qorumaq üçün göstərdiyi fəaliyyət, həmçinin İslam hökumətinin qurulmasında rolu çox önəmli olmuşdur.

Elmi Hövzələrin rektoru əlavə etdi ki, Mirzayi Naini öz dövrünün siyasi və ictimai hadisələrini dəqiq təhlil etmiş, vəziyyətin şərtlərini dərin şəkildə dərk edərək həm elmi və fiqhi, həm də siyasi və ictimai sahələrdə aydın və strateji mövqelər müəyyən etmişdir.

Ayətullah Ərəfi vurğuladı ki, mərhum Mirzayi Naini zamana dair məsələlərə dərin nəzər yetirərək dini təlimlərlə cəmiyyətin praktik ehtiyacları arasında tarazlıq yaratmış və müsəlman cəmiyyətinin idarə olunmasında mühüm rol oynamışdır. O, göstərdi ki, bir fəqih həm elmi araşdırmalar apara, həm də siyasi və ictimai həyatın mühüm proseslərində təsirli iştirak göstərə bilər.

Bu gün İran və İraq alimləri və düşünürləri arasında qarşılıqlı əlaqə və əməkdaşlıq böyük əhəmiyyət kəsb edir.

Daha sonra  Elmi Hövzənin filialının Nəcəf professor və tədqiqatçısı Höccətül-İslam Seyid Nəbə əl-Həmami, Əllamə Mirzayi Naini Beynəlxalq Konqresinin təşkilini yüksək qiymətləndirərək bildirdi ki, şiə məktəbinin tarixi mövqeyini və dəyərli alimlərini tanımaq gənc nəsil və hövzə tələbələri üçün olduqca vacibdir.

O əlavə etdi ki, bu gün İran və İraq alimləri arasında əməkdaşlıq və qarşılıqlı dəstək vacibdir; Nəcəf və Qum hövzələrinin elmi əsərlərindən daha geniş istifadə etmək və məlumat mübadiləsini gücləndirmək bu iki mərkəzin elmi səviyyəsinin yüksəldilməsi üçün zəruridir.

Nəcəf elmi hövzəsinin ustadı qeyd etdi ki, Nəcəf hövzəsinin bir çox dəyərli elmi əsərləri hələ çap olunmayıb; bu qiymətli əsərlərin çap edilməsi və alimlər, tələbələr və tədqiqatçılar üçün əlçatan olması böyük əhəmiyyət daşıyır.


Nəcəf və Qum hövzələri şiə təliminin öncül və nüfuzlu mərkəzləridir.

Daha sonra Nəcəf hövzəsinin professoru Höccətül-İslam Həkim, Qum hövzəsini konqresin təşkilinə görə təqdir etdi və bildirdi ki, Mirzayi Naini və onun əsərlərinin təqdimatı olduqca dəyərli işdir. O vurğuladı ki, bu gün dini təhsil alan tələbələr və xalq hövzə böyük alimləri ilə yaxından tanış olmalıdır.

Nıcəf elmi hövzəsinin ustadi xatırlatdı ki, Nəcəf və Qum hövzələri şiə məktəbinin bayraqdarıdır və bu iki mərkəz arasında elmi və mədəni əlaqələrin əvvəlkindən daha da gücləndirilməsi zəruridir.

Xəbərin sonu.

Mərhum Naini siyasi və ictimai həyatın fəal və təsirli simalarından biri olmuşdur.

Mərhum Naini siyasi və ictimai həyatın fəal və təsirli simalarından biri olmuşdur.

Mərhum Naini siyasi və ictimai həyatın fəal və təsirli simalarından biri olmuşdur.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha