cümə axşamı 23 oktyabr 2025 - 06:29
Mirzayi Naini, İslam düşüncəsində mübariz və fəal rasionalizmin simvoludur. Böyük alimlərin əsərlərinin dirçəldilməsi, Elmi Hövzələr üçün yolgöstərici, gənc nəsil üçün isə ilhamverici mənbədir.

Elmi Hövzələrin rektoru vurğulayıb ki, böyük alimlərin əsərlərinin dirçəldilməsi elmi hövzələr üçün yolgöstərici, gənc nəsil üçün isə ilhamverici mənbədir. O deyib: Mirzayi Naini, İslam düşüncəsində mübariz və fəal rasionalizmin, həmçinin ənənə ilə yeniliyin vəhdətinin simvoludur.

Hövzə Xəbər Agentliyinin  müxbirinin məlumatına görə, bu gün günorta saatlarında Ayətullah Əlirza Ərəfi, Mirzayi Naininin anım konqresində çıxış edərək bildirib: Mübariz alimlərin xatirəsinin dirçəldilməsi, hövzələrin elmi, əxlaqi və mədəni həyatının dirçəldilməsi deməkdir.
O əlavə edib: Uca Allaha şükürlər olsun ki, bizi bir daha nurani bir məclisdə toplayaraq böyük bir alimə, uca bir şəxsiyyətə ehtiram göstərmək və elmi hövzələrin parlaq şamlarından biri olan mərhum Mirzə Məhəmməd Hüseyn Nainiyə (Allahın rəhməti onun üzərinə olsun) təzim etmək imkanı bəxş etdi.

Ayətullah Ərəfi həmçinin konqresin yerli və xarici iştirakçılarını salamlayaraq deyib: İranda və müxtəlif ölkələrdə elmi və maarif yönümlü bu toplantıya qatılan bütün hörmətli iştirakçılara, dəyərli qonaqlara və əziz qardaşlara səmimi təşəkkür və xoş gəldiniz deyirəm.
O, eyni zamanda böyük alimlərə, hörmətli professorlara, mərceyi-təqlidlərin müqəddəs ailələrinin nümayəndələrinə, İmam Xomeyninin (r) mübarək ailəsinə, Ali Dini Rəhbərin (Allah onun ömrünü uzun etsin) ailəsinə, eləcə də Qum Elmi Hövzəsinin müəllimlər cəmiyyətinin rəhbərinə və üzvlərinə, Hövzələrin Ali Şurasının katibinə və nümayəndələrinə təşəkkürünü bildirib.

Elmi Hövzələrin Ali Şurasının üzvü sözlərinə əlavə edərək deyib: İranın və dünyanın müxtəlif bölgələrindəki Məşhəd, İsfahan,  müqəddəs Nəcəf şəhəri və digər İslam şəhərlərindəki Elmi Hövzələrin rəhbərlərinə, bu nurani toplantıya qatıldıqları üçün təşəkkürümü bildirirəm.
Habelə, müqəddəs Kərbəla şəhərinin nümayəndələrinin və Ayətullah Üzma Seyid Əli Sistaninin (Allah onun kölgəsini davamlı etsin) mübarək ailəsinin nümayəndələrinin iştirakını yüksək dəyərləndiririk. Sizin hər birinizin burada olması bizim üçün dəyərli və hörmətlidir.

O, çıxışının digər bir hissəsində konqresin təşkilatçılarına da minnətdarlığını bildirib və deyib: Təşkilaçılar şurasının hörmətli katibinə, araşdırmaçılara, konqresin təşkilatçılarına, müəlliflərə və icraçı əməkdaşlara, bu beynəlxalq elmi toplantının keçirilməsi üçün böyük zəhmət çəkən hər kəsə, həmçinin bu hadisənin elmi və mədəni işıqlandırılmasında çalışan media nümayəndələrinə və milli mediaya səmimi təşəkkürümü bildirirəm.

Mirzayi Naini, İslam düşüncəsində mübariz və fəal rasionalizmin simvoludur. Böyük alimlərin əsərlərinin dirçəldilməsi, Elmi Hövzələr üçün yolgöstərici, gənc nəsil üçün isə ilhamverici mənbədir.

Ali Rəhbərin və mərceyi-təqlidlərin etdiyi rəhbərlik və tövsiyələrinə görə təşəkkür

Elmi Hövzələrin rektoru çıxışında mərceyi-təqlidlərin və Ali Rəhbərin dəyərli mesaj və çıxışlarına diqqət çəkərək bildirib: İslam İnqilabının Ali Rəhbərinə səmimi təşəkkürümü bildirirəm. Onun dəyərli və yol göstərən sözləri bu konqresin istiqamətini aydınlaşdırdı. Həmçinin yüksək mərceyi-təqlidlərin zəngin və dəyərli məsləhətləri də yüksək qiymətləndirilməlidir. Biz onların tövsiyə və məsləhətlərinə kifayət qədər diqqət yetirməli və onları nəzərə almalıyıq.

O, konqresdə iştirakının əsas məqsədini vurğulayaraq qeyd edib: Burada iştirakımın əsas səbəbi hörmətli qonaqlara ehtiram göstərmək və təşəkkür etməkdir. Bu cür toplantılar yalnız Mirzayi Naininin xatirəsini yad etmək deyil, eyni zamanda onun düşüncə, fiqh və mədəni irsini dərindən öyrənmək və təhlil etmək imkanıdır. O, İslam düşüncə tarixində din, ağıl və siyasət arasındakı münasibətləri yeniləyən və islahatçı düşüncənin əsasını qoyan şəxsiyyətlərdəndir.

Böyük alimlərin elmi irsinin dirçəldilməsi: Hövzələrin əsas vəzifəsi

Ayətullah Ərəfi çıxışında belə tədbirlərin təşkilini böyük alimlərə, saleh insanlara və İslam və şiə tarixində əhəmiyyətli rol oynamış şəxsiyyətlərə dəyər verilməsi kimi qiymətləndirib: Bu xatirə tədbirləri onların əsərlərini elm, düşüncə və tədqiqat sahiblərinin diqqətinə təqdim etmək imkanı yaradır.

O əlavə edib: Ümidvaram ki, belə konqreslərin keçirilməsi hövzələrin elmi hərəkatının davamına və şiə alimlərinin sivilizasiya qurucusu ideyalarının dəqiq təqdimatına gətirib çıxaracaq. Bu toplantılar böyük alimlərin əsərlərini yenidən oxumaq və elmi əsaslarla təhlil etmək, onların qalıcı mesajlarını indiki və gələcək nəsillər üçün hövzələrdə və İslam dünyasında çatdırmaq məqsədi daşıyır.

Elmi Hövzələrin rektoru əlavə edib: Həqiqətən, Mirzayi Naini böyüklük və cəsarətlə ağıla əsaslanan düşüncənin, eyni zamanda böhran dövründə siyasətçi fıqihin simvoludur. Onun düşüncəsinə qayıdış, din çərçivəsində ağıla, azadlığa və mənəviyyata dönüş deməkdir.

O qeyd edib: Belə anım tədbirləri böyük alimlərin elmi əsərlərini elm, düşüncə və tədqiqat sahiblərinin diqqətinə təqdim edir. Qeyd edildiyi kimi, mərhum Nainiyə aid qırxdan çox yazılı əsər bu konqresdə təqdim olunacaq. Bundan əlavə, onun düşüncəsi və əsərləri ilə bağlı yeni elmi tədqiqatlar da təqdim ediləcək ki, bu da onun hövzələr və elmi məclislər üzərindəki davamlı təsirini göstərir.

Ayətullah Ərəfi vurğulayıb ki, böyük alimlərin elmi irsinin dirçəldilməsi hövzələrin əsas vəzifələrindən biridir: Bu cür anım tədbirləri yalnız onlara ehtiram göstərmək deyil, həm də İslam cəmiyyətinin və elmi hövzələrin özünü tanıması deməkdir. Bu xatirə tədbirləri gənc nəsil, tələbələr, tədqiqatçılar və gənc müəllimlər üçün ilhamvericidir. Belə məclislərdə onlar anlayırlar ki, gələcəyin yolu Mirzayi Naini, digər tədqiqatçılar və görkəmli alimlərin yolunun davam etdirilməsindən, yəni İslam ümmətinə yol göstərən müdrik və cəsarətli alimlərin izindən keçir.

Böyük alimlərin elmi cihadı: tələbələr və dəyərli şəxslər üçün ilham mənbəyi

Ayətullah Ərəfi vurğulayıb ki, böyük alimlərin elmi və sosial mücahidliyi bu gün hövzələr üçün ilhamvericidir. O bildirib: Bu gün elmi hövzələrimizdə bizə bu böyük alimlərin pak həyat tərzini, elmi ənənələrini və əxlaqi yaşam tərzlərini yenidən araşdırmaq və öyrənmək ehtiyacı var. Məsələn, mərhum Mirzayi Naini bütün sahələrdə nümunəvi alimdir. O, elmi bilik, təqva və sosial məsuliyyəti bir arada nümayiş etdirib.

Ayətullah Ərəfi Naininin elmi yolunu və köçlərini izah edərək deyib: Mərhum Naininin elmi fəaliyyəti İsfahandan başladı, sonra Samiraya, oradan Kərbəla və Nəcəfə çatdı. O, müəyyən bir dövrdə təxminən bir il Qumda sürgündə yaşadı və daha sonra yenidən Nəcəfə qayıtdı. Bu dolğun, səy və bərəkətlə dolu həyat bizim üçün də ilhamvericidir.

Ayətullah Ərəfi Naininin elmi bütövlüyünə diqqət çəkərək qeyd edib: Elmi sahədə mərhum Əllamə Naini (r) nadir bir dərinlik və ümumi biliyə sahib idi. Onun fiqh, usul, kəlam və hədis elmi bilikləri geniş və əhatəli idi. Yüksək elmi səriştə və dərinlik nümayiş etdirirdi. Onun əsərləri müxtəlif sahələrdə daxili ardıcıllıq, dəqiq arqumentlər və ictihad ruhu ilə zəngindir.

O əlavə edib: Mərhum Naini müxtəlif elmi mənbələrdən və məktəblərdən faydalanmışdır. O, o dövrün İsfahan elmi mühitindən başlayaraq Samiradakı Mirzayi Şiraziyə və Nəcəf elmi hövzəsinə qədər bütün bu məkanlarda yalnız ilham almamış, həm də təsir göstərmişdir. Xüsusilə Nəcəfdəki son dövründə onun xidmətləri hövzələr üçün böyük bərəkət gətirmişdir.

Mirzayi Naini, İslam düşüncəsində mübariz və fəal rasionalizmin simvoludur. Böyük alimlərin əsərlərinin dirçəldilməsi, Elmi Hövzələr üçün yolgöstərici, gənc nəsil üçün isə ilhamverici mənbədir.

Mirzayi Naini: İslam düşüncəsində ənənə ilə yeniliyin tarazlıq nöqtəsi

Elmi Hövzələrin Ali Şurasının üzvü, Naininin fikir məktəbinin xüsusiyyətlərini şərh edərkən bildirib: Mirzayi Naininin elmi və düşüncə ənənəsində bir neçə əhəmiyyətli xüsusiyyət diqqət çəkir. Birincisi, o, əvvəlki ictihad ənənələrinə dərin bağlılıq göstərmişdir. Naini hövzələrin tarixi və sarsılmaz ictihad metoduna sadiq qalmış, əsil ictihad prinsiplərindən heç bir zaman uzaqlaşmamışdır. İkincisi, bu ənənəyə bağlılıqla yanaşı, o, yenilikçi, təşəbbüskar və canlı ictihad ruhuna sahib idi. Elmi üsul və İslam elmləri tarixində onun fəaliyyəti iki hövzə üçün də dönüm nöqtəsi hesab edilir.

O əlavə edib: Mərhum Naini yeni problemlərə yanaşmada örnək olmuşdur. O, hövzə ənənəsinə sadiq qalmaqla, dinin anlaşılması, ictimai fiqh və din-siyasət münasibətləri sahəsində yeni üfüqlər açmışdır. Öz ictihad ağılı ilə, xüsusilə ‘Tənbih ül-Ümmə’ və ‘Tənzih ül-Millə’ əsərlərində, ədalət, azadlıq və sosial məsuliyyət yönümlü İslam düşüncəsinin formalaşmasında həlledici rol oynamışdır.


Mirzayi Naininin elmi və fikir yolunun davamlılığı

Ayətullah Ərəfi Naininin elmi və fikir yolunun davam etdirilməsinin vacibliyini vurğulayaraq bildirib: Hövzələr bu böyük alimlərin irsini müasir dillə yenidən araşdırmalı, ictihad üsuluna əsaslanaraq ənənə ilə çağdaş dəyişikliklər arasında əlaqə yaratmalıdır. Hövzələrin və İslam ümmətinin gələcəyi bu cür ağıllı və elmi əsaslı yenidən oxuma və bərpa prosesindən asılıdır. Bu proses dini ağıla və canlı ictihada söykənərək cəmiyyətin inkişaf və tərəqqi yolunu aydınlaşdırır.

Ayətullah Ərəfi Naininin elmi yerini və metodologiyasını belə izah edib: Mərhum Naini həm ənənəyə sadiq, həm də çağdaş dəyişikliklərə diqqətli olmaqla İslam düşüncəsində tarazlıq və bütöv yanaşmanın nümunəsi olmuşdur. O, yeni problemləri araşdırarkən heç vaxt ictihad prinsiplərindən uzaqlaşmamış, eyni zamanda çağdaş məsələlər qarşısında da qətiyyətli olmuşdur. Bu onun elmi fəaliyyətində ən parlaq cəhət olub və doğru olaraq ‘ənənə ilə çağdaşlığın vəhdəti’ adlandırıla bilər.

O əlavə edib: Mirzayi Naini hövzə ənənəsinə sadiq qalmaqla yanaşı, elmi yenilik və nəzəri işləri də yüksək səviyyədə davam etdirmişdir. Fiqh və usuldan tutmuş kəlam və fəlsəfə mövzularına qədər o, həm ənənəyə dərindən bağlı, həm də gələcəyə baxan bir alim idi. O, heç bir zaman şiə inancının əsas prinsiplərindən uzaqlaşmamış, lakin həmin dərin elmi və mədəni irsi ilə yenilikçi və nəzəri işlər aparmışdır. Bu böyük xüsusiyyəti onun hövzə tarixində ənənəni qorumaqla çağdaş ehtiyaclara cavab verən tarazlıq nöqtəsi kimi tanınmasına səbəb olmuşdur.

Ayətullah Ərəfi qeyd edib: İslam dünyasında bəziləri yalnız ənənədə qalır və yeni məsələlərə baxmırlar, bəziləri isə yeni sahələrə yönəlir, lakin ictihadın əsas prinsiplərini buraxırlar. Buna baxmayaraq, Mirzayi Naini tarazlıq nöqtəsində dayanmışdır. Həm hövzə elmi irsinə sadiq, həm də yeni düşüncə və sosial çağırışlara cavab verən bir nümunə olmuşdur.

Mirzayi Naininin istifta və fətvalarda yüksək dəqiqliyi

Qum Elmi Hövzələrinin müəllimlər cəmiyyətinin üzvü mərhum Naininin əsərlərinə diqqət çəkərək bildirib: Bu böyük fıqihin əsərlərinin toplandığı, hövzənin böyük alimlərinin diqqəti ilə hazırlanmış və nəşrə hazır olan 40 cildlik topluda görürük ki, mərhum Naini istifta və fətvalar sahəsində dövrün bütün yeni məsələlərinə cavab verən, müasir, dəqiq və səriştəli bir müctehid idi. Eyni zamanda o, müctehidin möhkəm və doğru metodologiyasına, yəni Cəfəri metodu və digər əsas prinsiplərə sadiq qalırdı.

Elmi Hövzələrin rəhbəri çıxışının digər hissəsində Naininin usul aliminin inkişafındakı roluna toxunaraq qeyd edib: Naininin vasitəsi ilə usul elmi böyük bir sıçrayış yaşadı. Vahid Behbahani, Şeyx Əzəm Ənsari, Axund Xorasani və digər böyük alimlərin bütün yeniliklərinə baxmayaraq, usul Naininin əllərində yetkinləşdi və sistemli, dərin elmi bir cihaz halını aldı. Mərhum Naininin usulu nizamlı, müzakirələri dəqiq, analizləri yeni və öncül alimlərin mövzularına dair təzə təqdimatlar ilə zəngindir. Onun usul sistemində yalnız hökm çıxarma qaydaları deyil, eyni zamanda incə fəlsəfi, kəlami və hətta dilçilik təhlilləri də mövcuddur ki, bu da İslam mətnlərinin, Quran və sünnətin yeni üfüqlərdə anlaşılmasını mümkün edir.

O əlavə edib: Mərhum Naininin usulunda heç bir səthi yanaşma yoxdur. O, heç bir məsələni sadələşdirərək keçmir. Bütün mövzuların dərinliyinə varır və məsələlərin köklərinə qədər analiz edir. Eyni zamanda, onun təhlilləri ümumi qəbul olunan anlayışlar və nəsx mətnlərinin kontekstinə uyğun şəkildə aparılır. Naini həm elmi dərinliyi, həm də başadüşülən, ümumi qəbul olunan baxışı birləşdirməyi bacardı. Mətnlərin dərin analizi ilə onların ictimai və qəbul edilən anlamını uzlaşdırması onun metodunun xüsusi üstünlüklərindən biridir.

Mirzayi Naini, İslam düşüncəsində mübariz və fəal rasionalizmin simvoludur. Böyük alimlərin əsərlərinin dirçəldilməsi, Elmi Hövzələr üçün yolgöstərici, gənc nəsil üçün isə ilhamverici mənbədir.

İctihad sistemində fundamental dəyişiklik

Ayətullah Ərəfi, Naininin prinsiplər sisteminin ictihad sistemində əsaslı dəyişiklik yaratdığını vurğulayaraq bildirib: Bu prinsip sistemi sürətlə Nəcəfdə və daha sonra digər elmi hövzələrdə əks-səda tapdı və çoxsaylı tələbələrin və gələcək müctəhidlərin elmi inkişafına səbəb oldu. Mərhum Əllamə Naini güclü yaddaşa, üstün zəkaya və nadir istedada sahib idi. O, aydın ifadə tərzi, möhkəm qələmi, fars və ərəb ədəbiyyatına tam hakimliyi və tələbə hazırlığında böyük bacarığı ilə seçilirdi.

O, Naininin məktəbinin tələbələrinin yerinə diqqət çəkərək bildirib: Onun fiqh və prinsiplər məktəbindən, Allahın lütfü ilə, əhəmiyyətli tələbələr və müctəhidlər yetişdi. Hər biri onun düşüncəsini Nəcəf, Qum və digər elmi mərkəzlərdə yaymaq və inkişaf etdirməkdə mühüm rol oynadı. Bu tələbələr onun ideyalarını təhlil etdi, inkişaf etdirdi və şiə dünyasında elmi və düşüncə axınlarının formalaşmasına xidmət etdilər.

Ali Rəhbərin üzvü əlavə edib: Bütün bu elmi xüsusiyyətlərin yanında, mərhum Naininin geniş biliyi, düşüncəsinin aydınlığı və ifadə gücü, eləcə də İslam İnqilabının Ali Rəhbərinin dediyi kimi, onu müasir dövrdə siyasi və mədəni düşüncə məktəbinin sahibi etmişdir. O, çox çətin dövrdə elmi cəsarət və dini hikmətlə yaşamış, düşünmüşdür. Bu dövr isə İslam dünyasını böyük imperializm, despotizm və kimlik böhranları ilə üz-üzə qoymuşdur.

Ənənəyə sadiq və yenilikçi

Ayətullah Ərəfi həmçinin vurğulayıb: Mərhum Mirzayi Naini ictihad ağılı ilə, dinin prinsiplərinə sadiq qalmaqla, həmçinin dövrün ehtiyaclarını dərindən anlamaqla bizə göstərdi ki, necə həm ənənəyə sadiq qala, həm də çağdaş problemlərə yaradıcı və məsuliyyətli cavab verə bilərik. O, bütün sahələrdə nümunəvi alim, islahatçı düşüncə sahibi və dövrünün fəqihlərindən biri idi. Bu, hövzələrimizin bu gün onun yoluna qayıdıb, ideyalarını İslam ümmətinin gələcək düşüncə və mədəni inkişafında yaşatmalı olduqları bir nümunədir.

Ayətullah Ərəfi Naininin həyatının tarixi və sosial şəraitini belə izah edib: Mərhum Naini XIX əsrin ikinci yarısında və XX əsrin ilk yarısında yaşamışdır. Bu dövr geniş fəlsəfi, elmi, sosial və siyasi dəyişikliklərin baş verdiyi bir zaman idi. Bu dəyişikliklərin çoxu bizdən uzaq görünürdü, lakin İslam dünyasında da əks-sədası hiss olunurdu. Birinci Dünya Müharibəsi qlobal güc balansında dərin dəyişikliklər yaratdı və İslam dünyası da bu təsirlərdən kənarda qalmadı.

Mərhum Naini: dövrünün böyük şəxsiyyəti

Ayətullah Ərəfi həmin dövrün intellektual mühitinə diqqət çəkərək bildirib: Bu dövrdə bir tərəfdən elmi və düşüncə sahəsində dəyişikliklər, digər tərəfdən isə Qərb güclərinin İslam torpaqlarına hücum və imperialist təzyiqləri baş verirdi. Çoxsaylı fərqli fikirlər və təlimlər İslam dünyasına daxil olurdu. Bu şəraitdə mərhum Naini, Samiraya və Nəcəfin künclərində belə, dar çərçivədə qalmadı. O, dünyanın geniş üfüqlərini öyrəndi və yeni məsələləri analiz etdi. O, ictihadın əsas prinsiplərinə dərin bağlı idi, eyni zamanda dövrün tələblərini dərk edən və intellektual-sosial prosesləri yönəldən bir şəxsiyyət idi.

O əlavə edib: Mərhum Naini elm sahəsində lider, bayraqdar və yeni ideyalar yaradan şəxsiyyət idi. Həmçinin İslam siyasi düşüncəsində yeni məktəb yaratmışdır. İslam İnqilabının Ali Rəhbərinin də dediyi kimi, Mirzayi Naini çağdaş məsələlər və siyasi-hökumət problemlərində yaradıcı düşüncənin və geniş perspektivin nümunəsi olmuşdur. O, dövrünün birinci dərəcəli alimləri ilə, o cümlədən İsfahanlı və Nəcəf hövzəsinin digər düşüncə adamları ilə elmi rəqabət aparmış, həm yenilikçi olmuş, həm də geniş elmi biliklər sərgiləmişdir.


Ayətullah Ərəfi Naininin elmi xüsusiyyətlərini belə şərh edib: Mərhum Naininin müxtəlif sahələrdə, fiqh və usuldan tutmuş sosial tənzimləmə, ifadə, hüquqi qüvvə və hökm məsələlərinə qədər etdiyi yeniliklər böyük dəyişikliklər yaratmışdır ki, bu, İslam elmləri tarixində nadir hallardan biridir. Onun ideyaları mərhum Xorasani ideyalarından sonra hövzələrdə yayılmış və çoxsaylı tərəfdar və tənqidçilər tapmışdır. Hətta hörmətli İmam Xomeyni (r) ona böyük hörmət göstərsələr də, onun fikirlərini dəfələrlə tənqid və analiz etmişlər ki, bu da onun elmi mövqeyinin əhəmiyyətini göstərir.

O əlavə edib: Bu gün də Naininin dərsləri Nəcəf və digər elmi mərkəzlərdə həftəlik tədris olunur. Əsas prinsiplər və fiqh mövzularında Naininin fikirlərinə və arqumentlərinə toxunulmayan az iclas olur. Bu, Qum, Nəcəf və digər hövzələrdə gənc tələbələr və müəllimlər üçün ilham mənbəyidir və onun şəxsiyyətinin və elmi təsir dairəsinin yenidən tanınmasının vacibliyini göstərir. Mərhum Naini İslam düşüncə sistemində bir günəş kimi parlayır. Onun ideyalarından istifadə bu gün və gələcək hövzələr üçün zəruridir.

Naininin analitik və yol göstərən yanaşması

Ayətullah Ərəfi Naininin siyasi və sosial şərtlərlə qarşılaşmasını izah edərək bildirib: Mərhum Naini Birinci Dünya Müharibəsindən sonra yaşamışdır. Bu dövrdə İslam dünyası parçalanmış və Qərb imperializminin təsiri güclü hiss olunmuşdur. O, XIX və XX əsrlərin Qərb fəlsəfi və siyasi dəyişikliklərini izləyib analiz etmiş, imperialist təhdidləri və Qərb ideyalarının təsirini qiymətləndirmiş, İslam dünyasının yerini və rolunu anlamışdır. Bu çətinlik və çağırışlarla üz-üzə qalmasına baxmayaraq, o, dövrünün insanı olaraq qalmaqla, elmi və dini analitik mövqeyini qoruyub saxlamış, İslam fiqh və siyasət prinsiplərini yeni problemlərə cavab olaraq tətbiq etmişdir.

Ayətullah Ərəfi həmçinin Naininin siyasi və sosial sahədə yüksək mövqeyinə diqqət çəkərək bildirib: Bu böyük mərceyi-təqlid və uca alim, həm Mirzayi Şirazinin yanında, həm Axund Xorasani ilə birlikdə, həm də öz rəsmi mərceyi-təqlid vəzifəsini icra edərkən daim İslam aləminə və İran-İraq xalqlarına qayğı göstərmişdir. O, dövrün problemlərini dərk etmiş, heç vaxt çətinliklərdən yayınmamışdır. Naini bütün bu mərhələlərdə təsir sahəsində aktiv olmuş, siyasi düşüncə və idarəçilik nümunəsini təqdim etmişdir. bu nümunə həm dövrün dəyişikliklərinə dərindən hakim olmağı, həm də islami və sosial prinsiplərə sadiqliyi nümayiş etdirir.

Mirzayi Naini, İslam düşüncəsində mübariz və fəal rasionalizmin simvoludur. Böyük alimlərin əsərlərinin dirçəldilməsi, Elmi Hövzələr üçün yolgöstərici, gənc nəsil üçün isə ilhamverici mənbədir.

Mirzayi Şirazinin məşvərətçisi və Axund Xorasaniyə dayaq

Ayətullah Ərəfi mərhum Naininin fəal iştirakına diqqət çəkərək bildirib: Naini İran və İraqda baş vermiş ən önəmli üsyan və hərəkatlarda çox mühüm və nüfuzlu rol oynamışdır. O, həm Mirzayi Şirazinin yanında, həm Axund Xorasani ilə birlikdə, həm də öz mərceyi-təqlid vəzifəsini icra etdiyi dövrdə öncül və təsirli mövqe tutmuşdur. Onun İran və İraqdakı yarım əsrlik fəaliyyəti və bu iki ölkədəki fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir və bu gün də tələbələr və tədqiqatçılar üçün nümunədir.

O əlavə edib: Hətta gənclik və orta yaş dövrlərində Naini Mirzayi Şirazinin etibarını qazanmışdı. O, Mirzayi Şirazinin siyasi qərarlarında və hərəkətlərində iştirak edir, öz fikirlərini təsirli şəkildə çatdırırdı. Bu etibar və təsir, Naini sosial və rəsmi mərceyi-təqlid mövqelərinə çatmadan əvvəl belə, onun dövrünün böyük alimləri arasında elmi və düşüncə mövqeyini göstərirdi.


Ayətullah Ərəfi qeyd edib: Naininin Nəcəfə köçündən sonra mərhum Axund Xorasani ilə yaxın əməkdaşlığı başladı. Ola bilsin ki, ənənəvi tələbə-ustad münasibəti tam şəkildə mövcud deyildi, amma Axund Xorasani ona tam etibar edirdi. Həmin dövrdə Nəcəfdə verilmiş bir çox siyasi bəyanatlar, önəmli qərarlar və sosial təşəbbüslər Naininin məsləhətləri və baxışları əsasında formalaşmışdır.

Mərhum Naininin anti-imperialist üsyanlardakı əsas rolu

O, Naininin anti-imperialist hərəkatlarda roluna toxunaraq bildirib: Naini İngiltərənin İraq üzərində hökmranlığına qarşı üsyanlarda öncül və təsirli olmuşdur. Onun və tərəfdaşlarının xalq hərəkatlarını idarə etməsi o qədər mühüm idi ki, onların Qumda sürgün olunması birbaşa bu fəaliyyətlərin nəticəsi olmuşdur. Mirzayi Naininin bu yolu elm, siyasi bilik, cəsarət və sosial məsuliyyətin birləşməsi olub və onun İslam ümmətinə və region xalqlarına olan dərin bağlılığını göstərir.

Ayətullah Ərəfi əlavə edib: İmam Xomeyni (r) müasir tarixdə dönüş nöqtəsi yaratdı. İran xalqının qəhrəmanlıq dolu anlayışı və hövzələrin transformasiyaedici fəaliyyəti min il ərzində bənzərsiz bir nümunədir. Hadisələrin axışı Bağdad və Moğol dövründən başlayaraq, Məşrutə Məclisi hərəkatına qədər çoxsaylı yüksəliş və enişlər keçmişdir. Lakin İmam Xomeyninin dövründə İslam ümmətində və İran xalqında fundamental dəyişiklik baş vermişdir.

Ayətullah Ərəfi hövzələrin tarixinin əhəmiyyətinə diqqət çəkərək bildirib: Bu gün hövzələr tələbələr və müəllimlər üçün ilham mənbəyi kimi, elmi və sosial fəaliyyətlərinin dəqiq tarixini araşdırmalı və onu bu günün ehtiyaclarına cavab vermək üçün istifadə etməlidirlər. Mirzayi Naini və Axund Xorasani kimi böyük alimlər, bəzi əvvəlkilərdən fərqli olaraq, Nəcəfdə ağıllı rol oynayaraq siyasətdə fəal olmuş və yol göstərən tövsiyələr vermişlər.

Elmi Hövzələrin rektoru əlavə edib: Keçmişin həm uğurlarını, həm də uğursuzluqlarını nəzərə almalıyıq. Məşrutə Məclisi hərəkatı böyük dərslər verdi. Müxtəlif hərəkatlardan və böyük üsyanlardan tutmuş, despotizm və imperializmdən qurtulma səylərinə qədər. Ruhaniyyət hər zaman İran xalqının yanında olmuşdur.İmam  Xomeyni keçmiş hərəkatları Tənbaku, Məşrutə Məclisi və Neft hərəkatlarını analiz edərək, merceyi-təqlid və vilayətin mərkəz olduğu yeni bir sistem yaratdı.

O əlavə edib: Mirzayi Naini yalnız elmi cəhətdən üstün xüsusiyyətlərə malik deyildi, həm də sosial və siyasi baxımdan görkəmli bir şəxsiyyət idi. Onun mənəvi, ruhani və əxlaqi nüfuzu hələ cəmiyyətdə tam şəkildə tanınmamışdır. Bu gün biz hər zamankindən daha çox böyük əxlaqi və mənəvi nümunələrə ehtiyac duyuruq və Naini bu nümunələrin ön sırasındadır.

Tələbə və gənc müəllimlər üçün ilham mənbəyi

Ayətullah Ərəfi çıxışını yekunlaşdıraraq, alimlərin, müctəhidlərin və müəllimlərin iştirakına görə təşəkkürünü bildirərək deyib: Ümidvarıq ki, bu konqres tələbələr və gənc müəllimlər üçün ilham mənbəyi olacaq və hövzələrin tarixi, elmi və əxlaqi tərbiyəsi yolunda fəaliyyət davam edəcək. Xüsusilə uca mərceyi-təqlid Ayətullah Üzma Cəfər Sübhaniyə təşəkkür edirəm. Onun dəyərli sözləri və iştirakı hövzələr və ruhaniyyət cəmiyyəti üçün möhkəm dayaq yaratmışdır.

Mirzayi Naini, İslam düşüncəsində mübariz və fəal rasionalizmin simvoludur. Böyük alimlərin əsərlərinin dirçəldilməsi, Elmi Hövzələr üçün yolgöstərici, gənc nəsil üçün isə ilhamverici mənbədir.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha