cümə axşamı 17 iyul 2025 - 17:52
Ərbəin zamanı müsəlmanların birliyi, İslam və sionizm düşmənlərinin fitnələrinə qarşı durmaq üçün zəmin yaradır

Hövzə / Xorasan Elmi Hövzəsinin fədakar təbliğatçısı Ərbəin təbliğatının xüsusi əhəmiyyətinə toxunaraq deyib: Ərbəin zamanı təbliğ etmək o cümlədən Aşura dəyərlərinin təbliği və Hüseyn (ə) məktəbini yaşadan İranın qüdrətinin nümayişi üçün qızıl bir fürsətdir və bu il müsəlman xalqlarının birliyi və gücü İslam və sionizm düşmənlərinin fitnələrinə qarşı durmaq üçün ən gözəl fürsət yaradır.

Xorasan Elmi Hövzəsinin fədakar təbliğatçısı xanım Ədisə Pərvanə, Məşhəd şəhərində təşkil olunan qadınlardan ibarət Ərbəin təbliğatçılarının bacarıqlarını artırma kursunun kənarında Hövzə Xəbər Agentliyinin müxbiri ilə müsahibəsində, Ərbəin təbliğatının əhəmiyyəti və özəlliklərinə toxunaraq bildirib:
Ərbəin təbliğatı xüsusi əhəmiyyətə malikdir, çünki bu möhtəşəm hadisə dini təlimləri və Aşura mədəniyyətini yaymaq üçün qızıl bir fürsətdir.

O əlavə etdi: Bu il də Aşura mədəniyyəti ilə İslam İnqilabının Rəhbərinin ifadəsiylə "Hüseyn (ə) məktəbini yaşadan İrana" çevrilmiş İranın qüdrəti bir-birinə bağlanıb və bu vəhdət bu il Ərbəində Aşura mədəniyyəti və İranın qüdrətinin nümayişi üçün zəmin yaradıb.

Pərvanə xanım sözlərinə davam edərək bildirdi: Aşura ruhlu İran və Hüseyn (ə) ruhlu İran birləşərək dünya müsəlmanlarının Ərbəin ziyarətinə qatılmaq üçün Kərbəlaya axışdığı bir vaxtda İslam bayrağı altında birlik sayəsində düşmənlərin, yəhudilərin və sionistlərin planlarını puça çıxarmağı hədəfləyir. Bu böyük mərasim milyonlarla ziyarətçilərin iştirakı ilə İslamın və Əhli-beytin (ə) əzəmətini, müsəlmanların ortaq düşməni qarşısında nümayiş etdirmək üçün müvafiq zəmin yaradır.

Xorasan Hövzəsinin fədakar təbliğatçısı Pərvanə xanım qeyd edib ki, Ərbəin həmişə idrak müharibəsinin açıqlanması, İslami dəyərlərin, vilayətə itaətin və müqavimət ruhunun təbliği üçün mühüm fürsət olmuşdur. Peyğəmbərlər dövründən və Həzrət Əmirəl-möminin (ə) zamanından bu günə qədər müsəlmanlar həmişə onların əsas düşməni olan İsrail ilə qarşı-qarşıya olmuşlar.

O əlavə etdi: Bu gün də vilayətə bağlılıq Hüseyn (ə) məktəbini yaşadan İranın qüdrəti və mədəniyyəti, şəhidlik və cihad mədəniyyəti ilə İmam Zamanın (ə.f) köməkçiləri və İslam İnqilabının Ali Rəhbərinin köməkçilərinin mədəniyyəti ilə yoğrulmuşdur.
Bu ilki Ərbəin müsəlman xalqlar və ümmətlər arasında həmrəylik və vəhdətin, İslamın güc və əzəmətinin təcəllisi olacaqdır.

Pərvanə xanım vurğulayıb: Bu birlik və qüdrət, düşmənlərin fitnələrinə qarşı durmaq üçün ən yaxşı fürsəti yaradır və ümidvar olduğunu bildirdi ki, uca Allah bütün müsəlmanlara bu güc və qüdrəti dünyaya tanıtmaq və təbliğ etmək nəsib etsin və Həzrət Əmirəl-möminin (ə) lütfü ilə hamı onun övladı olan İmam Zamanın (ə.f) saleh dostlarından olsun.

Elmi Hövzənin fədakar təbliğatçı xanımı əlavə etdi: Bu il də Xorasan Hövzəsinin qadınlardan ibarət Ərbəin qrupu, bu hövzənin idarəetmə mərkəzi tərəfindən təcrübəli və fəal təbliğatçılardan ibarət bir heyətlə Kərbəlada insanlara xidmət etmək üçün hazır olduğunu elan edibdir.
Bu heyət Kərbəlada altı xeymədə (mukəbdə) yerləşdiriləcək və hər bir xeymədə (mukəbdə) təxminən beş nəfər, on nəfər təbliğatçı fəaliyyət göstərəcəkdir. Bu mövcud imkanlara əsasən təşkil olunacaq.

O, sonda belə qeyd etdi: Ezam olunan təbliğatçılar moizə, məsləhət xidməti, uşaqlarla birgə iş, səhnə təqdimatıçılığı (hekayəli təsvirlər), yarışmalar, psixoloji müharibənin izahı, Hüseyn (ə) və Aşura məktəbini yaşadan İranın milli qüdrətinin təqdimatı sahələrində fəaliyyət göstərəcəklər.
Bundan başqa, müqavimət dəstələri və regionun müsəlman ümməti arasında milli birlik və həmrəylik ruhunun təbliğinə də xüsusi diqqət yetiriləcək və bununla yanaşı vilayət, vətən, İslam, namus və İslam İnqilabını müdafiə etmək istiqamətində öz vəzifələrini ən yaxşı şəkildə yerinə yetirəcəklər.

Rəyiniz

You are replying to: .
captcha