Axırzaman dövründə ailələrin üzləşəcəyi böhran haqqında rəvayətlər
Hövzə \ Ailə dəyərləri zəifləyəcək, övladlar itaətsiz olacaq, valideynlərin zülmü, boşanmaların sayı və qohumluq əlaqələrinin qırılması geniş yayılacaq, valideynlərə hörmət azalacaq. Bu zaman şeytan bütün gücü ilə fəsad yaymaq və insanları azdırmaq üçün fəaliyyət göstərəcək.
Hövzə Xəbər Agentliyinin məlumatına görə, höccətül-İslam vəl-müslimin Ali, çıxışlarının birində “Axırzamanda ailə böhranı” mövzusuna toxunmuşdur. Bu söhbəti sizə də təqdim edirik.
Höccətül-İslam vəl-müslimin Ali bildirib ki, ailə dəyərlərinin zəifləməsi cəmiyyətin mənəvi əsaslarını sarsıdır.
O vurğulayıb ki, əgər İlahi din üçün əsgərlər yetişdirmək və cəmiyyətimizin əxlaqlı bir mühitə çevrilməsini istəyiriksə, bu prosesin başlanğıc nöqtəsi ailədir. Ailələr cəmiyyətin təməl daşlarıdır və bir-birinə bağlı mozaik parçaları kimi bütöv bir ictimai quruluşu formalaşdırırlar.
Rəvayətlərə əsasən, axırzamanda hətta dinə bağlı cəmiyyətlər da ciddi zərbələr görəcəklər. Xüsusilə, “itaətsizlik çoxalacaq” («کَثرَةُ العُقوق»). Bir tərəfdən övladların valideynlərinə qarşı hörmətsizliyi çox geniş yayılacaq. Belə ki, övladlar valideynlərinin qəlbini qırıb, onlara əziyyət edəcək və hörmətlərini saxlamayacaqlar. Digər tərəfdən, bəzi valideynlər də övladlarının şəxsiyyətini alçaldaraq “övlad haqqına girəcəklər”.
Cənab Ali qeyd edib ki, valideyn və övlad münasibətlərində hüquqlar qarşılıqlıdır. Adətən daha çox ‘valideyn haqqı’ (valideynin üzünə ağ olmaq) barədə eşidirik, lakin bir çox rəvayətlərdə ‘övladın haqqı’ (övladın haqqına girmək, onu özünə qarşı qoymaq) mövzusuna da toxunulub. Əgər valideyn övladına zülm edərsə, onu haqsız yerə alçaldarsa, uşaq, yaşının azlığına görə susa bilər və olanları ürəyinin dərinliklərində gizlədə bilər. Lakin bu zülm onun ruhunda dərin izlər buraxıb nəticədə valideyni “övladının haqqını tapdayan”lardan edəcək.
Axırzamanın digər əlamətləri arasında boşanmaların çoxalması, ailə bağlarının zəifləməsi və ailə təməlinin dağılması göstərilir. Həmçinin qohumluq əlaqələrinin kəsilməsi geniş yayılacaq; halbuki onun qorunmasına dinimizdə çox təkid edilib. Bu dövrdə valideynlər dəyərsizləşib kiçik sayılarlar, hörmətləri aradan qalxar.
Bu mənzərənin yaranmasında şeytanın xüsusi rolu qeyd olunmuşdur. Şeytan xəyali, uydurma və ya simvolik varlıq deyil. Planları, ordusu və taktikası olan real bir varlıqdır. Rəvayətlərdə deyilir ki, şeytan əmrini icra etməyən sərkərdələrini belə cəzalandırır. Ona görə də, onun fəaliyyətlərində heç bir səhlənkarlıq və süstlük yoxdur. Xüsusilə o, axırzamanda bütün gücü ilə vəsvəsə və aldadıcı oxlarını möminlərə tərəf yönəldəcək, onları yoldan çıxarmağa və günaha sürükləməyə çalışacaq.
Səs faylını dinləmək və endirmək üçün bura klikləyin.
Rəyiniz