bazar ertəsi 1 dekabr 2025 - 19:21
İsrailin Fransalı müsəlmanlara qarşı mediadan sui-istifadə etməsi

Hövzə / Bir müddət əvvəl Fransada keçirilmiş bir sorğu ictimaiyyətin gündəminə çevrilmişdi. Həmin sorğu Yəhudi icmasının, nəticə etibarilə isə İsrailin dəstəyi ilə Fransadakı müsəlmanlara qarşı yönəlmiş şəkildə hazırlanmışdı. Lakin əldə olunan sənədlər İsrailin Avropadakı müsəlman icmaları arasında təlatüm və qeyri-müəyyənlik yaratmağa çalışdığını göstərir.

Hövzə Xəbər Agentliyinin tərcümə qurupunun məlumatına görə, Qəzzada baş verən insanlıq əleyhinə cinayətlərə qarşı İsrailə yönəlik yetərli və çəkindirici reaksiyanın olmaması bu qaniçən rejimi daha da irəli getməyə sövq edib və nəticədə o, dünyanın digər bölgələrindəki müsəlmanlara qarşı da müəyyən addımlar atmağa başlayıb. Bu cür fəaliyyətlərin acı nəticələrinin isə cəmiyyətin bütün təbəqələrini əhatə edəcəyi bildirilir.

Fransada ictimai rəy hələ də İfratçı yəhudilərin nəzarətində olan Fransanın İctimai Rəy İnstitutu (IFOP) tərəfindən müsəlman icması ilə bağlı aparılmış və qalmaqala səbəb olmuş sorğunun təsirindən çıxmamışkən, yeni yayımlanan sənədlər iddia edir ki, Mossad Fransada yaşayan radikal yəhudilərin köməyi ilə müsəlmanlar, onların iş şəraiti və yaşayış tərzi barədə məlumat toplayır və əldə edilən bu informasiyanı İsrailə ötürür.

Bəzi ehtimallara əsasən, məlumatların cəmiyyətin bütün təbəqələrindən toplandığı güman olunur.

Fransa Müsəlmanlar Şurasının bildirdiyinə görə, sözügedən araşdırmalara iki nəfər nəzarət edib və onlardan biri sionist maraqlarına xidmət edən şəxs kimi tanınır. Şuranın yaydığı bəyanatda bu hadisə “təhlükəli və misilsiz” adlandırılıb və vurğulanıb ki, məlumatların yayımlanması son dərəcə həssas bir dönəmə təsadüf edir. Bir neçə gün öncə müsəlmanlara qarşı aparılan sorğu ətrafında yaranmış qalmaqal ilə eyni vaxtda baş verən bu proseslərin ardıcıl şəkildə sionistlər tərəfindən planlaşdırıldığı, medianın isə müsəlmanlar və İslam əleyhinə ayrı-seçkilikçi və irqçi təbliğata yönəldildiyi qeyd edilib.

Fransa Müsəlmanlar Şurasının bəyanatı sosial şəbəkələrdə yayılan bir videodan sonra dərc olunub. Həmin videoda özünü Didye Lanq kimi təqdim edən bir şəxs 2023-cü ilin əvvəllərindən bəri Fransadakı müsəlman icması haqqında araşdırma apardığını, onlar barədə media böhranı yaratma yollarını öyrəndiyini və üzərinə vəzifə düşən bir çox müsəlmanla görüşdüyünü iddia edir.

Mənbə: "Shorouk News" Xəbər Agentliyi

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha