şənbə 12 aprel 2025 - 21:32
Molla Əhməd Nəraqi tərəfindən vəsvəsədən qurtulmaq üçün üç qızıl tövsiyə

Hövzə/ Molla Əhməd Nəraqi “Səadət Nərdivanı” adlı kitabında şeytani vəsvəsələrdən qurtulmaq üçün üç əsas yol təqdim edir.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, şeytani vəsvəsələrdən bezmisiniz? Əxlaq alimi Molla Əhməd Nəraqi, mənasız düşüncələrdən qurtulmaq və ilahi aramlığa çatmaq üçün üç əsas yol təqdim edir:

Əxlaq alimləri insan qəlbinin şeytani və mənasız vəsvəsələrdən xilas yolunu belə izah ediblər:
Birincisi, insan pis sifətləri özündən uzaqlaşdırmalı və özünü gözəl əxlaqi xüsusiyyətlərlə zinətləndirməlidir. Çünki qəzəb, şəhvət, tamah, həsəd, xəsislik, hərislik, fanatizm və pis güman kimi hər bir mənfi sifət, pis vəsvəsələrin qəlbə daxil olması üçün bir qapıdır. Eləcə də hər bir müsbət sifət və gözəl əxlaq, qəlbin evinə nur saçan ilahi düşüncələrin daxil olması üçün bir qapıdır.

İkincisi, insan boş vaxtdan çəkinməlidir. Çünki boşluq, beyin aləminə zəhərli fikirlərin və qəlbə şeytani vəsvəsələrin hücumu üçün zəmin yaradır.

Üçüncüsü isə, insan daim Allahı yad etməli və Onu hazır və nəzarətçi bilməlidir. Çünki Allahı yad etmək, insan ruhunun qidası kimidir.

Mənbə: Səadət Nərdivanı, səh. 95 (Molla Əhməd Nəraqinin Meracus -Səadə əsərinin xülasəsi)

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha