Hüvvə Xəbər Agentliyinin verdiyi məlumata görə, Həzrət Ayətullah Nuri Həmədani Ayətullah Ərəfi ilə görüşündə, görülən qiymətli əməklərə təşəkkür edərək belə dedi:
Şübhəsiz ki, son illərdə elmi hövzədə müxtəlif sahələrdə geniş fəaliyyətlər həyata keçirilib və yaxşı bir dəyişiklik baş verib.
Əziz alim, mərhum Ayətullah üzma Hacı Şeyx Əbdülkərim Hairi Yəzdi (r) adına böyük anım konqresinə işarə edərək əlavə etdi: Bu iş zəruri olaraq yerinə yetiriləsi əməllərdəndir və hörmətli tələbələr bu böyük şəxslərin əsərləri və şəxsiyyətlərinin müxtəlif tərəfləri ilə tanış olmalı və onlardan nümunə götürməlidirlər.
Bu böyük mərcei təqlid mərhum Hacı Şeyx Əbdülkərim Hairi (r) haqqında əxlaqi xüsusiyyətlərindən və tələbə yetişdirmə fəaliyyətindən bəhs edərək dedi:
O, heç vaxt zəkat və digər maliyyə vəsaitlərini özündə saxlamazdı, əksinə bazarda etibarlı bir şəxsi var idi ki, həmin vəsaitləri ona təhvil verər və özü də ayın əvvəli digər insanlar kimi təqaüd alardı. Onun başqa bir mühüm xüsusiyyəti isə tələbə yetişdirmək idi ki, Qumda olan imam Xomeyni (r) və şəhərlərdəki digər böyük alimlər, məsələn mərhum Mirzə Məhəmməd Sabeti, Axund Həmədani kimi şəxslər çox təsirli idilər. Buna görə də bu cür şəxslər tanınmalıdır.
Bu görüşün əvvəlində Elmi Hövzələrin rəhbəri Ayətullah Ərafi, , görkəmli fəaliyyətlər haqqında hesabat təqdim etdi.
Mətnin sonu
Rəyiniz