Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata əsasən, Beyrutun “Harə Hərik” (şiə) bölgəsində yerləşən İslam mədəniyyət mərkəzində Höccətül-İslam Seyid Əli Fəzlullah dialoqla bağlı görüş keçirib.
Görüşdə İslamda dialoqun mexanizmləri müzakirə olunmuş, sonra isə iştirakçıların bir sıra sualları cavablandırılmışdır.
O əlavə edib ki, hər bir dialoqun uğurla nəticələnməsi üçün əsas şərtlərin yerinə yetirilməsi vacibdir. Xüsusilə, dialoqa qatılan tərəflərdən heç biri özünü mütləq haqlı hesab etməməli, əks halda dialoq başlanğıcda məğlubiyyətə düçar olar. Əsas məsələ həqiqətin axtarışı ilə dialoqun başlanmasıdır.
Höccətül-İslam Seyid Əli Fəzlullah bildirib ki, İslam dialoqun dini, milli və insani ortaq məqamlar əsasında qurulmasını və fikri əsaslara söykənməsini tələb edir, şəxsi və daxili münaqişələrə yol verilməməlidir.
O əlavə edib ki, üçüncü əsas şərt kimi qarşılıqlı hörmətin saxlanmasını, müzakirə zamanı tərəflərin inanclarının və baxışlarının aşağılanmamasını, hörmətin təhqirə və lənətə çevrilməməsini vurğulayıb.
Beyrutun imam cüməsi qeyd edib ki, İslam qonşulara yaxşılıq etməyi tövsiyə edir və ölkədə məzhəblər arasında qapalı, təcrid olunmuş münasibətlər mövcud deyil. Əksinə, bütün məzhəblərlə ən yaxşı əlaqələrin qurulması məqsədi güdülür.Bu, zəiflikdən deyil, dinimizin əmr etdiyi və dəyərlərimizin vurğuladığı prinsiplərdən irəli gəlir.
Sonda o əlavə edib ki, biz dünya ilə problem yaşamırıq, əsas problemimiz ölkəmizə hücum edənlər və torpaqlarımızı işğal etmək, sərvətlərimizi oğurlamaq istəyənlərlədir. Buna görə də öz vətənimizi müdafiə etmək və təcavüzkarların məqsədlərinə çatmasına imkan verməmək təbii haqqımızdır.
Rəyiniz