çərşənbə axşamı 27 may 2025 - 21:46
Kim Allaha təvəkkül etsə, Allah ona hər işində kifayət edər.

Hövzə / Həzrət Ayətullah Üzma Vəhid Xorasani buyurdu: Əgər insan bütün səbəbləri Allahın iradəsinə tabe bilsə, heç vaxt ümidsizliyə və naümidliyə qapılmaz çətinliklər qarşısında özünü zəif hiss etməz. Ağır hadisələr qarşısında isə möhkəm və dözümlü olar

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Həzrət Ayətullah Üzma Vəhid Xorasani İmam Cavadın (ə) şəhadəti münasibətilə təvəkkül mövzusuna toxunaraq buyurub:

İmam Cavad (ə)
من تـوکّل عـلی‌ اللّه کـفاه الامور، و الثقة باللّه حصن لا یتحصّن فیه إلاّ المؤمن..

Kim Allaha təvəkkül etsə, Allah ona bütün işlərində kifayət edər. Allaha etimad elə bir qaladır ki, yalnız mömin orada qoruna bilər.

Mənbə: Əl-Fusulul-Muhimmə, cild 2, səh. 1051

Fəqihin kəlamı:

Möminin əlamətlərindən biri budur ki, rəbbinə təvəkkül edir, öz işini ona həvalə edir və bilir ki, olan hər bir şey Allahın iradəsi ilədir. Əgər insan bütün səbəbləri haqqın iradəsinə tabe bilsə, heç vaxt ümidsizliyə və naümidliyə qapılmaz. Çətinliklər qarşısında özünü zəif hiss etməz və ağır hadisələr qarşısında möhkəm və dözümlü olar.

Mənbə: Misbahul-Huda, cild 4, Ayətullah Üzma Vəhid Xorasani

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha