çərşənbə axşamı 27 may 2025 - 21:47
Abort insanlığa qarşı gizli bir cinayətdir

Hövzə/ İsfahan  əyalətinin qadınlara məxsus elmi hövzəsinin müəllimi tövhid baxışı ilə uşaq dünyaya gətirməyə diqqət çəkərək, süni dölsalmaları (abortu) fərdi seçim formasında təşkilatlanmış bir cinayət adlandırdı və dindar ailələrin mömin nəsil yetişdirmək sahəsindəki sivilizasiya məsuliyyətini vurğuladı.

Hövzə Xəbər Agentliyinin İsfahandan verdiyi məlumata əsasən, İsfahan əyalətinin qadınlara  məxsus elmi hövzəsinin müəllimi Hacər Əncumani,Tehranda beynəlxalq kitab sərgisinin 36-cı buraxılışında Hacər Nəşriyyat Mərkəzinin stendində tələbələr və ziyarətçilərlə görüşündə《Dini və hüquqi təlimlərin dölün həyatının qorunmasındakı təsirinə》 toxunaraq belə bildirib:
Qurani-Kərim: 《یا أیها الناس》
 Ey insanlar! müraciətilə Allahın ən ümumbəşəri mesajını insanlara çatdırır. Bu kitab yalnız fərdi həyat yolunu deyil, həm də insanın sivilizasiya istiqamətini aydınlaşdırır.

Əncumani, övlad dünyaya gətirməyi təkcə fərdi bir məsələ deyil, yer üzərində ilahi xilafətin gerçəkləşməsində əsas bir mərhələ kimi qiymətləndirərək dedi: "İnsan Allahın sifətlərinin tam əksi olaraq nəsil artırmaq və onu tərbiyə etmək yolu ilə tövhid əsaslı bir cəmiyyətin qurulmasında böyük məsuliyyət daşıyır.

İsfahan əyalətinin qadınlara məxsus elmi hövzəsinin müəllimi Əhli-beyt (ə) rəvayətlərinə istinad edərək, övlad sahibi olmağı İlahi lütfün təcəllisi adlandırdı və əlavə etdi: 
Hətta övladına lazımi qayğı göstərməyən valideynlər belə, ilahi lütfün vasitəçisi olduqları üçün onlara hörmət olunmalıdır və övladlarının üzərində haqları vardır.

O, abortun (dölsalma) hakim olan mədəni diskursda normallaşmasını ciddi şəkildə tənqid edərək deyib: Abort fərdi seçim adı altında gizlənən mütəşəkkil cinayətdir. Bu cinayət işğal olunmuş ərazilərdə deyil, insan üçün dünyanın ən təhlükəsiz yeri olan ana bətnində baş verir.

Əncumani “Möminun” surəsinin 12 və 13-cü ayələrinə istinad edərək qeyd etdi: “İnsanlıq nütfə anından başlayır. Heç bir etibarlı fətvada  dörd aylıqdan əvvəl belə süni dölsalmaya (aborta) icazə verilmir. Yalnız çox nadir hallarda və çox ağır şərtlər altında, məsələn ananın həyatının dəqiq şəkildə təhlükə altında olması halında istisna olaraq mümkündür.

O, məcburi və lüzumsuz döl müayinələrinin (skrininqlərin) sürətlə artmasından narahatlığını ifadə edərək bildirdi: "Təəssüf ki, bu müayinələr abort üçün bir vasitəyə çevrilib. Halbuki, əksər Qərb ölkələrində bu testlər məhdud şəkildə və yalnız xüsusi hallarda tövsiyə olunur, ümumi və məcburi olaraq deyil.

Elmi hövzənin müəllimi inkişaf etmiş ölkələrdə əhali böhranının mənfi təsirlərinə və qlobal cəmiyyətlərin qocalması ilə bağlı xəbərdarlıqlarına işarə edərək vurğuladı: "Amerika, Çin və bir çox Avropa ölkələri kimi dövlətlər artıq keçmişdə tətbiq etdikləri əleyhinə əhali artımı siyasətlərindən imtina ediblər və hazırda bütün gücləri ilə bu sahədəki geriliyi kompensasiya etməyə çalışırlar.

Əncamani qeyd etdi ki, İran 10 il ərzində 2010–2020-ci illərdə  ciddi doğum səviyyəsi azalması ilə üzləşib və bu gün hər bir ananın dünyaya uşaq gətirmə statistikası 1.6-dır. Bu statistika göstəricisi ilə   böhrana doğru yaxınlaşırıq.
O bildirdi: Əhalinin cavanlaşdırılması qanunu Şəhid Rəisinin hökuməti dövründə qəbul edildi və icrasına da həmin hökumət dövründə başlanıldı. Lakin son illərdə bu qanunun həyata keçirilməsi məsul şəxslər tərəfindən təəssüf ki, diqqətdən kənarda qalıb.

O, evlənmə və övlad sahibi olma üçün verilən kreditlərin bankların maliyyə balansında çox cüzi paya sahib olduğunu qeyd edərək, bəzi bank rəsmilərinin bu güzəştlərlə bağlı tənqidlərini ədalətsiz adlandırıb dedi: "Bu kreditlərin dəyəri bank öhdəliklərinin yalnız üç faizini təşkil edir. Halbuki bankların əsas problemi bir neçə dəfə artıq məbləği əhatə edən və borcu çox olanlara məxsus olan gecikmiş borclardır.

Hacər Əncumani övlad sahibi olma mədəniyyətinin təşviqində ilahiyyatçıların və dindar ailələrin üzərinə düşən məsuliyyətə toxunaraq vurğuladı: Bu gün mömin bir nəsil tərbiyə etmək, İslam sivilizasiyasını qorumağın yeganə yoludur. Əgər dindar ailələr inamla və məsuliyyətlə övlad sahibi olmaq üçün səy göstərməzlərsə, cəmiyyətin gələcəyi təhlükə altına düşəcək.

O vurğuladı: "Bu günün övladları,  İmam Zamanın (ə.f) gələcək köməkçiləri olacaqlar və hər bir ana saleh övlad tərbiyə etməklə zühurun gerçəkləşməsində vasitə olacaqdır.

Xəbərin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha