çərşənbə axşamı 10 iyun 2025 - 05:25
Sünni mütəfəkkir: İmam Xomeyni (r) İslam qeyrətinin təcəssümüdür.

Hövzə/ Hidayət Ərrəhman, İmam Xomeyninin (r) vəfatının ildönümü mərasimində belə ifadə etdi: İmam Xomeyninin (r) adı müqavimətin, məzlumların müdafiəsinin və İslam qeyrətinin rəmzidir.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata əsasən Bəlucistan İslam Cəmiyyətinin əmiri və əyalət məclisinin üzvü Hidayət Ərrəhman Bəluç, Pakistanın Kvetta şəhərində İmam Xomeyninin (r) vəfatının ildönümü münasibətilə keçirilən mərasimdə çıxış edərək onun millətlərin oyanışında və dünya məzlumlarının müdafiəsindəki mühüm roluna toxunub. O, vurğulayıb ki, İmam Xomeyninin adı həmişə müqavimət, məzlumların hüquqlarının müdafiəsi və İslam qeyrətinin simvolu olaraq xatırlanır.

O, vurğuladı ki, İmam Xomeyni (r) təkcə İran xalqını oyatmadı, həm də dünyadakı bütün məzlumların, xüsusilə də zülmə məruz qalan Fələstin xalqının uca səsi oldu. O əlavə etdi: İmam Xomeyni (r) tarixi qiyamı və İslam İnqilabını həyata keçirməklə millətlər üçün yeni bir yol açdı və oyanmış vicdanları hərəkətə gətirdi. Bu gün də bu böyük tarixi şəxsiyyətin mesajı, haqq yolunun azadlıqsevərləri və mübariz insanları üçün ilham mənbəyidir.  

Hidayət Ərrəhman qeyd etdi: Xalqların hüquqlarını qorumaq, zülmə və istibdada qarşı mübarizə aparmaq dini, əxlaqi və insani bir vəzifədir. Mövcud vəziyyətdə, xüsusilə Qəzzada, Fələstin xalqı İsrail rejiminin amansız bombardmanı və blokadası altında olduğu bir zamanda, yalnız ABŞ və İsrail bu cinayətlərə məsul deyil, həm də bir sıra İslam ölkələrinin rəhbərləri və komandirləri sükut və biganəlikləri ilə bu zülmə şərik olurlar. 

O, sözlərinə davam edərək əlavə etdi: İslam dünyası milyonlarla hərbi qüvvəyə, müasir silahlara və hətta nüvə bombasına malik olsa da, hələ də Qəzzada qətliam və soyqırımı davam edir. Bu vəziyyət İslam ümmətinin iradə zəifliyini və birliyinin olmamasını göstərir.

Bəlucistan İslam Camaatının əmiri çıxışının sonunda vurğuladı: Bu gün, hər zamankindən daha çox inqilabi ruhiyyəyə, ixlasa, dürüstlüyə və zülmə qarşı mübarizəyə ehtiyac var. İmam Xomeyninin yolu, oyanış, izzət və müqavimət yoludur və bu yolu birlik və qətiyyətlə davam etdirmək lazımdır. Fələstinin azadlığı İslam ümməti üçün ümumi bir məsuliyyətdir və bu hədəfə çatmaq üçün İslam dünyasında qlobal bir iradə tələb olunur.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha