Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə, Zeynəb Qədiri Əbyanə “Qadın, həyat və ayələr adlı konfransda Şeyx Səduq ibn Babəvəyh konfrans salonunda keçirilən tədbirdə çıxış edərək qeyd edib ki, iffət və hicab mövzusunun izahı sahəsində qadın təbliğatçılarının ön sıralarda yer alması və bu sahədə elm və təcrübəsi olanların iştirak etməsi zəruridir. O, həmçinin qadınların cəmiyyətdə iffət və hicab barədə maarifləndirilməsi və qadının obyektləşdirilməsi ilə eləcə də özünü obyekt kimi dərk etməsi ilə mübarizənin vacibliyinə xüsusi diqqət çəkib.
İslam İnqilabı qadınlar təşkilatının qeyri-hökumət təşkilatının nümayəndəsi, ailə sahəsində dəyişikliklərin vacibliyinə və qadınların yalnız onlara aid mövzulara eləcə də qadınların şəriət məsələləri sahəsinə daxil olması zərurətinə toxunaraq vurğulayıb:
Qadınların həyat tərzi planlaşdırma və qanunvericilik üzrə düşüncə mərkəzlərinin əsas gündəm məsələlərindən biri olmalıdır.
Daha sonra beynəlxalq məsələlər üzrə fəal qadın olaraq tanınan xanım Şadman çıxış edərək bildirib:
Qadınlara dair məsələlər ölkənin əsas prioritetləri sırasında yer almalı və iqtisadiyyatla yanaşı, qadın məsələsi də milli problemlərin əsas istiqamətlərindən biri kimi qəbul olunmalıdır.
O, İslam İnqilabının qadınlar üçün yaratdığı imkanlardan necə istifadə olunması və qadınların maariflənməsi yolunda bu potensialın inkişaf etdirilməsinin əhəmiyyətinə toxunaraq deyib:
İnqilabçı qadınlar İran İslam Respublikasının əsas üstünlüklərindən biri ola bilər. Biz imkan verməməliyik ki, ölkədə baş verən hadisələrə gender prizmasından (cinsiyyət baxımından) baxılsın və düşmənlər bu məsələdən sui-istifadə etsinlər.
Xanım Şadman həmçinin qeyd edib ki, qadınlar İslam İnqilabının ilk günlərindən bu günə qədər mühüm hadisələrdə təsirli formalarda çıxışlar ediblər. Hətta ali təhsilə malik olmadıqları hallarda belə, mübarizə tarixində mühüm rol oynamışlar.
Bu səbəbdən, cəmiyyətin problemləri qarşısında hər birimiz məsuliyyət daşıyırıq.
O, düşmənlərin qadınlardan istifadə etməsi və onları liderə çevirməklə öz məqsədlərinə çatmaq istəklərini tənqid edərək bildirib: İslam İnqilabından sonra qadınlar cəmiyyətin kənarından mərkəzinə keçiblər. İndi isə İnqilab cəbhəsindəki qadınlar arasında güclü şəbəkələşmə yolu ilə bu potensialdan istifadə olunmalı və “üçüncü model” kimi qəbul ediləcək bir yol təqdim edilməlidir. Bu model, nə feminist düşüncəyə, nə də qadının cəmiyyətdən təcridinə əsaslanmamalıdır.
Xəbərin sonu
Rəyiniz