Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən İslam Təbliğat Təşkilatının müavini Höccətül-İslam vəl-müslimin Ruhullah Hərizavi Hövzə Xəbər Agentliyinin müxbiri ilə müsahibəsində Quranın müdafiə haqqının əsaslarına təkidlə toxunaraq, təcavüzə qarşı İslam mövqelərini və müqavimətin vacibliyini izah etdi.
Quran ayəsinə əsasən təcavüzkarlara qarşı mübarizə aparmaq
O, Həcc surəsinin 39-cu ayəsinə işarə edib:
"Zülmə məruz qaldıqlarına görə vuruşanlara (kafirlərə qarşı Allah yolunda döyüşməyə) izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir!"
Bu mübarək ayə, ölkənin torpağını və müstəqilliyini müdafiə etməyin Qurana əsaslanan hüquqi və mənəvi əsasını göstərir. Bu, beynəlxalq hüquq normalarından daha üstün olub, İlahi vəhylə köklənən bir haqqdır.
Düşmənlərin yalan vədləri tənqid edildi
İslam Təbliğat Təşkilatının müavini əlavə edib:
İslam İnqilabının Ali Rəhbəri vurğuladığı kimi düşmənlər bu il də heç bir razılaşma və öhdəliyə sadiq olmadılar. Qurani-Kərimdə çox sayda ayə var ki, orada Allah-Təala saleh və mömin bəndələrinə yardım və qələbə vəd edir. Lakin bu onların yardıma layiq olmaları, yəni lazımlı şərtləri yerinə yetirmələri şərti ilə olacaqdır.
İran xalqı öz vəzifəsini bilir / Kütləvi yürüşlər milli birliyin göstəricisidir.
Dini məsələlər üzrə ekspert xalqın dəstəyinə toxunaraq bildirib:
Elə bu məsuliyyət anlayışı idi ki, İran xalqını təcavüzlərin ilk günlərindən etibarən bütün təhlükələrə və bir sıra həmvətənlərin şəhid olmasına baxmayaraq geniş şəkildə səhnədə iştirak etməyə və vəziyyəti qəhrəmanlıq ruhuna bürüməyə vadar etdi. Tehranda keçirilən son yürüyüşdə milyonlarla insanın iştirakı bir daha sübut etdi ki, bu xalqın mömin insanları İslam Respublikasının və silahlı qüvvələrinin arxasındadır.İman ruhu cəmiyyətə hakimdir.
Sərhədçilərə dua etmək, məscidlərin isə mənəvi dəstək mərkəzinə çevrilməsi tövsiyə olunur
İslam Təbliğat Təşkilatının müavini Höccətül-İslam vəl-müslimin Hərizavi hazırkı vəziyyətdə ümumi vəzifələrə toxunaraq bildirib:
Bütün xalqdan xahiş edirəm ki, İmam Səccad (ə) tərəfindən nəql olunan və “Səhifəyi Səccadiyyə”də yer alan məşhur sərhədçilər duasını mütləq oxusunlar. Eyni zamanda məscidlər İslam döyüşçülərinə mənəvi dəstək verən yerə çevrilməlidir.
O əlavə edib, bugünkü müharibə şəraiti keçmişdəki müdafiə dövründən fərqlidir. Lakin məscidlərin mənəvi cəbhə olaraq rolu dəyişməyib. Bu mənəvi səngərlər dolu və fəal saxlanılmalıdır.
Ümid edirik ki, məscidlər bu sahədə öncül rol oynayacaqlar.
İran xalqının hərbi vəziyyəti dərk etməsi qaçılmaz və zəruridir
O, sionist rejimin iyun ayının sonuna qədər ümumi səfərbərlik elan etməsinə toxunaraq vurğulayıb:
Bu vəziyyət düşmənin təxribatçı və təcavüzkar mahiyyətini açıq şəkildə göstərir. Buna görə də İran xalqının hərbi şəraiti düzgün və tam şəkildə dərk etməsi qaçınılmaz və zəruri bir məsələdir.
Milyonlarla insanın Qədir-Xum bayramı tədbirlərində iştirakı, deyilən şübhələrin və şəraitin yalan olmasının göstəricisidir
Höccətül-İslam vəl-müslimin Hərizavi son günlər keçirilən Qədir Xum bayramı mərasimlərində milyonlarla insanın geniş iştirakı ilə bağlı bildirib ki, bu xalqın dərin anlayışının və vəziyyəti düzgün dərk etməsinin bariz nümunəsidir.
O əlavə edib: Hazırda düşmən hökumət siyasətinin dəyişdirildiyinə dair müxtəlif şübhələr və təbliğatlar yaymağa çalışır. Halbuki həqiqət və reallıq bu iddiaların tam əksini göstərir.
Xəbərin sonu.
Rəyiniz