cümə axşamı 10 iyul 2025 - 18:37
Müsəlman qadın tarixin kölgə və kənarında qalmayıb

Hövzə/ Kuhidəşt şəhərində yerləşən Qadınlara məxsus ilahiyyat hövzəsinin müdiri belə dedi: Müsəlman qadın tarixdə nə kölgəyə çəkilib, nə də kənarda qalıb.

Hövzə Xəbər Agentliyinin Xürrəmabad bölgəsindən verdiyi məlumata əsasən, Kuhidəşt Fatimeyi-Zəhra (s.ə) Qadınlara məxsus ilahiyyat hövzəsinin müdiri Səmanə Əmrayi çərşənbə günü axşam Ruməşkan şəhərində naməlum şəhidin məzarında keçirilən Zeynəbiyyun iclasında vilayətə sadiq qadınlar və qızlar, müəllimlər, tələbələr, ilahiyyat şagirdləri və əhalinin müxtəlif təbəqələrinin iştirakı ilə çıxış edərək Həzrət Zeynəbin (s.ə) adını və xatirəsini ehtiramla yad etdi. Kərbəlada və sonrakı hadisələrdəki bənzərsiz roluna toxundu və dedi:
Bu gün biz, İslamın böyük xanımı Həzrət Zeynəbi-Kübranın (s.ə) xatirəsini anmaq üçün toplaşmışıq. Ona və Əhli-Beyt (ə.s) ailəsinin nurlu yoluna bağlılığımızı bəyan edir, bu cəsur xanım və onun böyük qardaşının (İmam Hüseyn) şəfaətini Allahdan diləyirik.

O qeyd edib: “Hamımız bilirik ki, Aşura hadisəsində qan qılınca qalib gəldi və bu qələbənin böyük bir hissəsi Həzrət Zeynəbin (s.ə) bəsirəti və şücaəti sayəsində mümkün oldu.”
Kuhidəşt Fatimeyi-Zəhra (s.ə) Qadınlara məxsus ilahiyyat hövzəsinin müdiri əlavə edərək dedi ki, Zeynəbin (s.ə) Kərbəladakı və Aşura hadisəsindən sonrakı varlığı göstərdi ki, müsəlman qadın tarixdə kölgədə və kənarda qalmayıb. O vurğulayıb: “Bu mövcudluq, tarixin ən çətin anlarında belə istiqamətləndirməyə və təsir gücünə sahibdir.”

Əmrayi vurğulayaraq deyib, Həzrət Zeynəbin (s.ə) vəzifəsi yalnız Hicri Qəməri tarixinin 61-ci ilinin Aşurası ilə məhdudlaşmır. O belə əlavə edib: "Həzrət Zeynəbin (s.ə) mesajı çatdırmaq və həqiqətləri açıqlamaq uğrundakı mübarizəsi bu gün, on dörd əsrdən çox vaxt keçməsinə baxmayaraq hələ də canlıdır, ibrətamizdir və ilhamverici olaraq davam edir.

O belə deyib:
Zeynəbi-Kübra (s.ə) ruhi sakitliyi, misilsiz zəka və uzaqgörənliyi ilə Aşura mesajını qəriblik və əsarət şəraitində əbədiyyətə yazdı və onu tarix üçün daimi etdi.

Kuhidəşt şəhərinin Qadınlara məxsus ilahiyyat hövzəsinin müdiri Həzrət Zeynəbin (s.ə) Kufə bazarında söylədiyi tarixi xütbəyə işarə edərək əlavə etdi:
“Həmin xütbə o dövrün İslam cəmiyyətinin vəziyyətinə dair mənalı və dərin bir təhlil idi və ifşaedici bir üslubla Kufə xalqının nifaqını və ikiüzlülüyünü üzə çıxardı.

Əmrayi deyib:
Həzrət Zeynəb (s.ə) Kufə xalqına xitab edərək buyurdu: “Siz iman iddiası edirsiniz, amma fitnə ilə üzləşəndə onun qarşısını almaqda aciz qaldınız.Bəsirətsizlik və sükutunuzla həqiqəti basdırdınız.”

O, qadınların və qızların Aşura mesajının çatdırılmasındakı rolunu son dərəcə mühüm hesab edərək dedi:
"Həzrət Zeynəb (s.ə) tarix boyu bütün qadınlara öyrətdi ki, böyük maarif və ictimai meydanlarda fəal iştirak etsinlər, təbyin cihadı (aşkar mübarizə) və bəsirətlə düşmənlərin həqiqətləri təhrif etməsinə imkan verməsinlər və Aşura ilə İslamın doğru hekayəsini cəmiyyətə çatdırsınlar."

Kuhidəşt şəhərinin Qadınlara məxsus ilahiyyat hövzəsinin müdiri, Həzrət Zeynəbin (s.ə) hərəkətinin üç mühüm xüsusiyyətə sahib olduğunu bildirərək əlavə etdi:
 "Aşuradan öncə vəziyyəti dəqiq dərk etmək, hadisə günü müdrik və uzaqgörən şəkildə davranmaq, və Aşuradan sonra əsarət dövründə qətiyyətli və ifşaedici şəkildə çıxış etmək bunlar Kərbəla hadisəsindən sonra Aşura hərəkatının üç əsas xüsusiyyətidir.

Əmrayi bildirdi:
Bu üç böyük xüsusiyyət Həzrət Zeynəbin (s.ə) şəxsiyyətini daim yaşamasına və nümunəvi bir obraz olmasına səbəb oldu.

O qeyd edib:
Hətta tanınmış şəxsiyyətlər, səhabələr və o dövrün böyük islam alimləri öz dövrlərinin həqiqətini anlamaqda şübhə və çaşqınlıq içərisində qaldılar. Lakin Həzrət Zeynəb (s.ə) İlahi bəsirətlə doğru yolu seçdi və imamına dəstək oldu. Bu böyük fədakarlıq səbəb oldu ki, İlahi vəzifəsini yerinə yetirmək üçün ailəsindən və həyat yoldaşından ayrı düşdü və hər şeyi haqq yolunda fəda etdi.

Kuhidəşt şəhərinin Qadınlara məxsus ilahiyyat hövzəsinin müdiri qeyd edib:
Aşuradan sonra və əsarət dövründə Həzrət Zeynəb (s.ə) ağıl və tədbirlə hərəkət edərək düşmənin Aşura həqiqətini təhrif etməsinə imkan vermədi və onun saf və orijinal rəvayəti o dövrün ictimai fikri üzərində üstünlük qazandı.

Əmrayi sonda ümidvar olduğunu bildirdi ki, imanlı və inqilabçı qızlar və analar, cəmiyyətin ən təsirli təbəqəsi olaraq bu gün Həzrət Zeynəbdən (s.ə) ilhamlanaraq, təbyin cihadı və cihad-rəvayət (həqiqətlərin açıqlanması və doğru hekayənin yayılması uğrunda mübarizə) öncülləri olsunlar və Həzrət Zeynəb (s.ə) kimi canlarını fəda edərək İnqilab Rəhbərinə, İslam aləminin başçısı və rəhbərlərinə sadiq qalsınlar.

Xəbərin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha