çərşənbə 23 iyul 2025 - 18:56
Ayətullah Yəqubidən Qəzzaya təcili qida və dərman yardımı çağırışı

Hövzə / Ayətullah Şeyx Məhəmməd Yəqubi Qəzza xalqını aclıq və ölümdən xilas etmək üçün təcili tədbir görülməsini tələb edib və İraq hökuməti ilə İslam ölkələrini insan hüquqlarına ciddi şəkildə əməl etməyə çağırıb.

Hövzə Xəbər Agentliyinin Beynəlxalq şöbəsinin verdiyi məlumata əsasən, İraqın tanınmış alimlərindən olan Ayətullah Şeyx Məhəmməd Yəqubi yayımladığı bir bəyanatında, Qəzzənin dözümlü xalqına dərhal yardım olunmasına çağırış edib.

Bəyanatın tam mətni aşağıdakı kimidir:

Bismillahir-Rəhmanir-Rəhim

Xəbər agentlikləri bu gün səbirli və məzlum Qəzza xalqının düçar olduğu aclıq və qıtlıq fəlakətindən çox acı görüntülər yayımlayır. Elə görüntülər ki, hər bir vicdanlı və qeyrətli insanın qəlbini yandırır və hətta sərt daş belə  bu qüssədən yumşala bilər.

O vaxt Müaviyənin qoşunu Ənbar şəhərinə hücum edən zaman müsəlmanların himayəsində olan və müsəlman olmayan bir qadının zinət əşyalarını taladıqları xəbəri Əmirəl-möminin Əli (ə) eşidəndə Kufə məscidinin minbərinə çıxaraq qəlbi dərd və kədər içində belə buyurdu:
«Əgər bir müsəlman bu xəbəri eşidəndən sonra qəm və qüssədən dünyasını dəyişsə, qınanmağa layiq deyil, əksinə məncə belə bir ölümə layiqdir.» (1)

Belə isə möminlər necə ola bilər ki, insanlara edilən zülm qarşısında səssiz qalsınlar?

Biz İraq hökumətindən istəyirik ki, Misir dövləti ilə danışıqlara başlasın və Qəzza xalqının həyatını xilas edə biləcək zəruri ərzaq və dərman yardımının asanlıqla çatdırılması üçün şərait yaratsın.

İraq xalqı da bütün gücü ilə bu yardımları çatdırmaq və ehtiyaclı müsəlman qardaşlarına kömək etmək üçün ayağa qalxacaqdır.
“Allah sizinlədir və əsla əməllərinizin mükafatını zay etməz.” (Məhəmməd: 35)

“Özünüz üçün nə yaxşılıq göndərsəniz, onu Allahın dərgahında daha yaxşı və daha böyük mükafatla tapacaqsınız.” (Muzzəmmil: 20)

Məhəmməd Yəqubi – Nəcəf Şəhəri

25 Məhərrəm 1447 hicri-qəməri

21 iyul 2025

Nəhcül-Bəlağə, cild 1, səh. 69

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha