Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumatına əsasən, Bəhreynin bir qrup görkəmli alimləri Ayətullah Seyid Abdullah Əl-Ğurayfinin rəsmi instagram səhifəsində yayımlanan bəyanatda sionist qüvvələrin Qəzzaya qarşı törətdiyi amansız mühasirəni və bunun nəticəsində bölgə əhalisinin şiddətli aclığa məruz qalmasını kəskin şəkildə pisləyiblər.
Bəyanatda belə deyilir: Biz zülmkar sionistlər tərəfindən Qəzzanın mühasirəyə alınmasını və oradakı uşaqların, qadınların və yaşlıların aclığa məruz qoyulmasını ən sərt ifadələrlə pisləyirik. Həmçinin məzlumların fəryadına cavab verməyən və zülmü aradan qaldırmayan, səssizlik və qəflət içində olan İslam ümmətinin mövcud vəziyyətindən dərin narahatlıq və nifrət hissini ifadə edirik.
Görkəmli alimlər vurğulayıblar: İslam ümməti və beynəlxalq ictimaiyyət mənəvi və hüquqi baxımdan bu ədalətsiz mühasirəyə son qoymaq və Qəzza xalqına yardım etmək məsuliyyətini daşıyırlar.
Bu bəyanat 21 iyul 2025-ci il bazar ertəsi gününə təsadüf edən tarixdə yayımlanmış və aşağıdakı dəyərli alimlər tərəfindən imzalanmışdır.
Ayətullah Seyid Abdullah Əl-Ğurayfi
Höccətül-İslam vəl-müslimin Şeyx Məhəmməd Saleh Ər-Rəbiyi
Höccətül-İslam vəl-müslimin Şeyx Mahmud əl-Ali
Höccətül-İslam vəl-müslimin Şeyx Məhəmməd Sanqur
Xəbərin sonu
Rəyiniz