Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata əsasən, Ümumdünya Müqavimət Alimləri Birliyinin sədri Şeyx Mahir Həmud çıxışında bildirib ki, hazırda Suriyada baş verən qanlı qarşıdurmalar, kütləvi qətliamlar, silahlar, hücumlar, geri çəkilmələr, tayfa çağırışları və digər bütün hadisələr Amerika himayəsi altında və onunla yanaşı sionist himayəsi altında həyata keçirilib və həyata keçirilir.
O dedi: Bu ümmətimizin yaşadığı ən acı mərhələlərdən biridir.Elə bir mərhələ ki, həqiqət itib, hədəflər bir-birinə qarışıb və ümmətimiz Allahın bizim üçün nəzərdə tutduğu ali dəyərlərdən getdikcə daha çox uzaqlaşır.
Şeyx Həmud əlavə edib: Suriya hökumətinin Əhməd Şaranın (Colani) əlinə keçməsi bölgəmiz üçün çəkilmiş Amerika planları çərçivəsində, Türkiyə, Qətər və yaxın ölkələrin köməklikləri ilə baş tutdu. Bu ilk növbədə türklərlə amerikalılar arasında bağlanmış bir razılaşmanın nəticəsi idi.
Müqavimət Alimlər Birliyinin sədri qeyd edib: Cəbəlül-Ərəb bölgəsindən bəzi şəxslərin hələ Cermana hadisələrindən əvvəl İsrailin dəstəyini istədiklərini bəyan etmələri, İsrailin Suriyadakı hazırkı məsələyə erkən müdaxiləsinin göstəricisidir. İsrailin sürətli müdaxiləsi, ümumi təhdidlər və xüsusilə Müdafiə Nazirliyi də daxil olmaqla Dəməşqin bombalanması, İsrailin məqsədinin iddia etdiyi kimi yalnız druzları qorumaqdan qat-qat böyük olduğunu açıq şəkildə göstərir.
O əlavə edib: Bu ünsürlər sağlam İslam mədəniyyəti ilə tərbiyə olunmayıblar. Onların əksəriyyəti İŞİD, Nüsrə Cəbhəsi və digər oxşar qrupların formalaşdırdığı zəhərli mühitdən çıxıblar. Bu digər bir qrup üçün də müəyyən mənada keçərlidir. Belə böyük bir ehtimalla qarşı-qarşıya qalanda isə hər kəs bir növ şahmat taxtasında sionistlər tərəfindən istədikləri kimi yönəldilən və qarşılıqlı hərəkətlərlə idarə olunan fiqurlara çevrilir.
Livanlı əhli-sünnü alimi bəyan edib: İsrailin məqsədi yalnız druzları qorumaqdan ibarət deyil. Əsas məqsəd, xüsusilə də ABŞ kimi müttəfiqlərinə mesaj göndərməkdir ki, bölgənin xəritəsini müəyyən edən və güclərin balansını tətbiq edən məhz bu rejimdir.
O vurğulayıb: Amerika Birləşmiş Ştatlarının sionist rejimin maraqlarına nə qədər sadiq qalmasından asılı olmayaraq, İsrail hələ də öz maraqlarını, Suriyanın bölünməsini zəruri sayan şəkildə müəyyənləşdirməkdə həm müttəfiqindən və dəstəkçisindən həm də digər bütün tərəflərdən daha irəlidədir. İsrailin qurucusu David Ben-Qurionun hələ dövlətin təsis edildiyi vaxtdan bəri ifadə etdiyi baxışlara əsaslanır. O, iddia edilən İsrail təhlükəsizliyini təmin etmək üçün bölünməsi zəruri olan iki ölkəni, Suriya və İraqı konkret olaraq göstərmişdir.
Şeyx Həmud yekun olaraq deyib: Bu parçalanma Dəməşqdə, əlaqələrindən asılı olmayaraq güclü mərkəzi hökumətin olmamasını tələb edir. Nəticədə İsrail cürət edib ABŞ-ın tələbləri ilə belə ziddiyyət təşkil edən bu təcavüzkar hücumları həyata keçirdi.
Xəbərin sonu
Rəyiniz