bazar ertəsi 28 iyul 2025 - 18:27
Ayətullah Behcətin dilindən mehriban və qayğıkeş ailə ocağının sirləri

Hövzə/ Ayətullah Behcət belə hesab edirdi ki, ailə mühitində qadın və kişi arasında tam mənəvi uyğunluq əldə etmək qeyri-mümkündür. Qayğıkeş və səmimi bir mühitin yaranması üçün səbir, dözüm, güzəşt, göz yummaq və mehribanlıq əsas prinsip olmalıdır.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, insanlar bəzən mehriban və səmimi bir ev üçün mürəkkəb formullar axtarırlar. Halbuki Ayətullah Behcət dərin bir baxışla həm sadə, həm də əsaslı bir yol göstərir: Səbir, güzəşt və mehribanlıq.

Ailə münasibətlərində kişi və qadın arasında olan əxlaqi uyğunluq və razılaşma hər baxımdan yüz faiz bir-birini tamamlaması, peyğəmbərlər və övliyalar istisna olmaqla mümkün deyil.

Əgər istəyiriksə, ev mühiti mehriban, səmimi və əhval-ruhiyyəli olsun gərək səbir, dözüm, güzəşt, göz yummaq və mehribanlıq həyatımızın əsas prinsipi olsun ki, ev mühiti mehribanlıq və nurla əhatə olunsun.

Əgər bunlar olmazsa qarşıdurmalar və bir sıra problemlər baş verəcək və ailə münaqişələrinin hamısı da buradan qaynaqlanır.

Mənbə: Behcətin hüzurunda, cild 1, səh. 300

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha