cümə 15 avqust 2025 - 15:37
اسلام هراسی-İslamofobia

Hövzə / Kanadadakı York Universitetinin apardığı bir sahə araşdırması göstərir ki, son iki il ərzində islamofobik cinayətlər və hərəkətlər xeyli artıb. Araşdırmada vurğulanır ki, bu artım İsrailin Kanadada İslam, ərəblər və fələstinlilərə qarşı apardığı təbliğatla bağlıdır.

Kanadada islamofobiya və anti-Fələstin fəaliyyətlərinə qarşı narahatlıq artır

Hövzə / Kanadadakı York Universitetinin apardığı bir sahə araşdırması göstərir ki, son iki il ərzində islamofobik cinayətlər və hərəkətlər xeyli artıb. Araşdırmada vurğulanır ki, bu artım İsrailin Kanadada İslam, ərəblər və fələstinlilərə qarşı apardığı təbliğatla bağlıdır.
Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, York Universitetinin tədqiqatçısı Dr. Nadiya Həsən hazırladığı məqalədə qeyd edir ki, islam düşmənləri bu atmosferdən sui-istifadə edərək sistematik şəkildə Fələstin tərəfdarlarının hər bir fəaliyyətini boğmağa çalışırlar.

O, Ottavada keçirdiyi mətbuat konfransında bildirib: “2023-cü ildən sonra Kanadada irqçilik və islamofobiya çox ciddi şəkildə güclənib. Strateji Dialoq İnstitutunun məlumatına görə, 29 oktyabr 2024-ə qədər bu mövzuda paylaşımlar və çıxışlar 422% artıb.”

Məlumata görə, ölkə üzrə çoxsaylı şikayətlər qeydə alınıb. Məsələn, Ottavada bir müsəlman qadın şikayət edərək bildirib ki, Fələstinə dəstək yürüşündə iştirak etdiyi zaman ona hücum edilib və zorla hicabı başından çıxarılıb.
York Universiteti bütün ali məktəblərə müraciət edərək tələbələr üçün azad və təhlükəsiz mühit yaradılmasını, onlar çıxışlarına və fikirləri ifadə etmələrinə görə təqib olunmamalarını tələb edib. Qeyd olunur ki, universitetlər elə bir şərait formalaşdırmalıdır ki, tələbələr Fələstin məsələsi ilə bağlı düşüncələrini qorxmadan ifadə edə bilsinlər.”

 Mənbə: 5Pillars

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha