bazar ertəsi 22 sentyabr 2025 - 15:01
İmamın təyin olunması yalnız Allah tərəfindən mümkündür.

Hövzə/ Hər bir şey üzərində mütləq hakimiyyət yalnız Allaha məxsusdur və itaət də ancaq Ona vacibdir. Elə buna görə də həmin hakimiyyət Allahın hikməti və məsləhəti əsasında layiq olduğu şəxsə verilə bilər; necə ki, Peyğəmbər ilahi seçimlə müəyyənləşmişdirsə, İmam da eyni ilə Allahın təyini ilə ümmətə rəhbər olur.

Hövzə Xəbər Agentliyi  | Şiə baxışına görə, İmam və Peyğəmbərin (s) canişini yalnız Allahın əmri və seçimi ilə müəyyənləşir və Peyğəmbər (s), Özündən sonrakı İmamı tanıdır. Buna görə də heç bir fərd və ya qrup bu məsələyə müdaxilə etmək haqqına malik deyil.

İmamın Allah tərəfindən təyin olunmasının zərurəti bir sıra dəlillərə əsaslanır, o cümlədən:

a) Quranda buyurulduğu kimi, mütləq hakimiyyət yalnız Allaha məxsusdur və bütün insanlar yalnız Ona itaət etməlidirlər. Aydındır ki, Allah bu hakimiyyəti öz hikməti və məsləhəti əsasında istədiyi şəxsə verə bilər. Deməli, necə ki, Peyğəmbər Allah tərəfindən seçilir, eləcə də İmam da ilahi təyinatla camaat üzərində vilayət və rəhbərlik əldə edir.

b) Bundan öncə qeyd olundu ki, İmam üçün zəruri xüsusiyyətlərdən bəziləri ismət (xətadan qorunmaqlıq), elm və s.-dir. Aşkar və gizli hər şeyi bilən Allahdan başqa, bu xüsusiyyətlərin ən yüksək dərəcəsinə malik şəxsi tanımaq və müəyyənləşdirmək heç kimin gücündə deyil.

Beləliklə Allah-Təala buyurur:

İbrahim peyğəmbərə (ə):
«إِنِّی جَاعِلُکَ لِلنَّاسِ إِمَامًا؛
“Mən səni insanlara imam və rəhbər qərar verdim.” (Bəqərə, 124)

Adəm peyğəmbərə (ə):
«إِنِّی جَاعِل فِی ٱلأَرۡضِ خَلِیفَةً؛ 
“Mən yer üzündə bir canişin qərar verəcəyəm.” (Bəqərə, 30)

Davud peyğəmbərə (ə):
«یَا دَاوُودُ إِنَّا جَعَلْنَاکَ خَلِیفَةً فِی الْأَرْضِ فَاحْکُمْ بَیْنَ النَّاسِ بِالْحَقِّ
“Ey Davud! Biz səni yer üzündə canişin etdik. O halda insanlar arasında haqq ilə hökm et.” (Sad, 26)

Məhəmməd peyğəmbərə (s):
«یَا أَیُّهَا النَّبِیُّ إِنَّا أَرْسَلْنَاکَ شَاهِدًا وَمُبَشِّرًا وَنَذِیرًا؛
“Ey Peyğəmbər! Biz səni şahid, müjdə verən və xəbərdar edən göndərdik.” (Əhzab, 45)

Habelə buyurur:
«وَجَعَلْنَا مِنْهُمْ أَئِمَّةً یَهْدُونَ بِأَمْرِنَا لَمَّا صَبَرُوا وَکَانُوا بِآیَاتِنَا یُوقِنُونَ؛
“Onların arasından elə imamlar təyin etdik ki, bizim əmrlə (insanlara) yol göstərirdilər; onlar səbir etdikləri və ayələrimizə yəqinliklə inandıqları üçün.” (Səcdə, 24)


Və sair…

Buna görə də rəhbər, İmam və xalqın öncüsünün təyini yalnız Allahın haqqıdır.

İmam Rza (ə) İmamın məqamı və xüsusiyyətləri barədə belə buyurur:
«... هَلْ یَعْرِفُونَ قَدْرَ الْإِمَامَةِ وَ مَحَلَّهَا مِنَ الْأُمَّةِ فَیَجُوزَ فِیهَا اخْتِیَارُهُمْ إِنَّ الْإِمَامَةَ أَجَلُّ قَدْراً وَ أَعْظَمُ شَأْناً وَ أَعْلَی مَکَاناً وَ أَمْنَعُ جَانِباً وَ أَبْعَدُ غَوْراً مِنْ أَنْ یَبْلُغَهَا النَّاسُ بِعُقُولِهِمْ أَوْ یَنَالُوهَا بِآرَائِهِمْ أَوْ یُقِیمُوا إِمَاماً بِاخْتِیَارِهِمْ.

"Xalq, İmamətin dəyərini və onun ümmət arasındakı mövqeyini anlayırmı ki, onu öz seçimi ilə müəyyən edə bilsin? Həqiqətən İmamət dəyərcə uca, şərəf baxımından böyük, mövqecə yüksək, möhkəmlikcə dayanıqlı və dərinliyi ilə insanların ağlı və fikri ilə çata bilməyəcəyi, öz seçimləri ilə təyin edə bilməyəcəyi bir mövqedir.
إِنَّ الْإِمَامَةَ أُسُّ الْإِسْلَامِ النَّامِی وَ فَرْعُهُ السَّامِی بِالْإِمَامِ تَمَامُ الصَّلَاةِ وَ الزَّکَاةِ وَ الصِّیَامِ وَ الْحَجِّ وَ الْجِهَادِ وَ تَوْفِیرُ الْفَیْ‌ءِ وَ الصَّدَقَاتِ وَ إِمْضَاءُ الْحُدُودِ وَ الْأَحْکَامِ وَ مَنْعُ الثُّغُورِ وَ الْأَطْرَافِ الْإِمَامُ یُحِلُّ حَلَالَ اللَّهِ وَ یُحَرِّمُ حَرَامَ اللَّهِ وَ یُقِیمُ حُدُودَ اللَّهِ وَ یَذُبُّ عَنْ دِینِ اللَّهِ وَ یَدْعُو إِلَی سَبِیلِ رَبِّهِ‌ بِالْحِکْمَةِ وَ الْمَوْعِظَةِ الْحَسَنَةِ وَ الْحُجَّةِ الْبَالِغَةِ.

İmamət, İslamın kökü və onun uca budağıdır; namazın, zəkatın, orucun, həccin və cihadın kamilliyi, qənimətlərin və sədəqələrin artırılması, şəriət hökmlərinin icrası, sərhədlərin qorunması və ümumiyyətlə, Allahın dininin müdafiəsi İmam vasitəsilə mümkündür. İmam, Allahın halalını halal, haramını haram edir, Allahın sərhədlərini qoruyur və hikmət, gözəl nəsihət və möhkəm dəlillərlə insanları Rəbbin yoluna dəvət edir.
الْإِمَامُ وَاحِدُ دَهْرِهِ لَا یُدَانِیهِ أَحَدٌ وَ لَا یُعَادِلُهُ عَالِمٌ وَ لَا یُوجَدُ مِنْهُ بَدَلٌ وَ لَا لَهُ مِثْلٌ وَ لَا نَظِیرٌ مَخْصُوصٌ بِالْفَضْلِ کُلِّهِ مِنْ غَیْرِ طَلَبٍ مِنْهُ لَهُ وَ لَا اکْتِسَابٍ بَلِ اخْتِصَاصٌ مِنَ الْمُفْضِلِ الْوَهَّابِ فَمَنْ ذَا الَّذِی یَبْلُغُ مَعْرِفَةَ الْإِمَامِ أَوْ یُمْکِنُهُ اخْتِیَارُهُ... .

İmam, öz zamanının yeganə şəxsidir; heç kim onunla bərabər deyildir, alimlər onunla müqayisə oluna bilməz, yerini tutan yoxdur, oxşarı və bənzəri yoxdur; bütün fəzilət və üstünlüklər ona özündən əldə etmədən, Allahın xüsusi lütfü və neməti ilə verilmişdir. Kimdir ki, İmamı tanıya bilsin və ya onu seçə bilsin?"

(Bax: Usulu Kafi, c. 1, s. 198)

Bu müzakirələrin ardı var....

Mənbə: Negine afərineş kitabı, müəyyən dəyişikliklərlə

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha