Hövzə Xəbər Agentliyinin Tehran üzrə müxbirinin verdiyi xəbərə görə, hövzə və universitet müəllimi Höccətül-İslam vəl-müslimin Nasir Rəfii “Allaha tərəf” adlı televiziya proqramında çıxış edərək, Həzrət Zeynəbi-Kübranın (s.ə) mövludu və Tibb bacıları günü münasibətilə təbriklərini bildirib və bu böyük xanımın şəxsiyyəti haqqında yazılmış bir neçə əsəri təqdim edib.
 O deyib: Həzrət Zeynəb (s.ə) barəsində üç fərqli baxış bucağından yazılmış üç çox dəyərli kitab mövcuddur. Birinci kitab xristian yazıçı Antuan Baraya məxsusdur. O, Suriya və Livandan olub və müsəlman olmamasına baxmayaraq, “Zeynəb ucalıq nidası” adlı kitab yazıb. Həmin müəllif məşhur “Hüseyn xristian düşüncəsində” kitabının da müəllifidir və qeyd edir ki, Həzrət Zeynəb (s.ə) haqqında olan əsəri üzərində 10 il işləyib.
O əlavə edib: İkinci kitab əhli-sünnə məzhəbinə mənsub olan misirli yazıçı xanım, doktor Ayişə bint Şatənin qələm məhsuludur və “Kərbəlanın qəhrəmanı Zeynəb” adı ilə nəşr olunub. Bu əsərlər göstərir ki, Həzrət Zeynəb (s.ə) dini və məzhəbi sərhədləri aşan, bəşəri və ümumdünya səviyyəsində parlayan bir şəxsiyyətdir.
Hövzə alimi sözünə davam edərək deyib: Üçüncü kitab mərhum Seyid Əlinəqi Feyzul-İslam tərəfindən qələmə alınıb o, Nəhcül-bəlağənin tərcüməsini də həyata keçirmiş şəxsdir. O, xəstəliyindən şəfa tapacağı təqdirdə Həzrət Zeynəb (s.ə) haqqında kitab yazmağı nəzir etmişdi və bu nəzirin nəticəsi “iki dünya xanımı Zeynəb” adlı dəyərli əsər olmuşdur.
 Bundan əlavə, mərhum Ayətullah Cəzairi də “Əl-xəsaisul-Zeynəbiyyə” adlı kitab yazmışdır. Onun sadə və axıcı tərcüməsi də mövcuddur və bu əsər Həzrət Zeynəbin (s.ə) 40 xüsusiyyətini özündə əks etdirir.
Höccətül-İslam vəl-müslimin Rəfii sözünün davamında Həzrət Zeynəbin (s.ə) şəxsiyyət xüsusiyyətlərinə toxunaraq bildirib:
 Həzrət Zeynəb (s.ə) müdrik, uzaqgörən, şücaətli və bəlağətli bir xanım idi. Lakin mənim fikrimcə, Kərbəla hadisəsində Həzrət Zeynəbin (s.ə) ən görkəmli xüsusiyyətlərindən biri ilahi bir mərkəzli idarəçiliyi olmuşdur.
 Qurani-Kərim buyurur: «Həqiqətən, “Rəbbimiz Allahdır” deyib, sonra da doğru yolda sabit qalanlar…»
 Bu, məhz Allaha təvəkkül üzərində qurulan idarəetmə möhkəmliyidir.
O əlavə edib: Çox insanlar müsibət və ağır itkilərlə üzləşəndə həyatlarının idarəsini itirirlər. Lakin Həzrət Zeynəb (s.ə) bütün o böyük bəlalara altı qardaşının, iki övladının və qardaşlarının övladlarının şəhadətinə baxmayaraq, heç vaxt öz yolundan dönmədi.
 Onun xütbələri, Kərbəladan Şama qədər olan hərəkəti, şəhid ailələrinə qayğısı, Əhli-beyt üçün matəm mərasimləri, gecə namazları və sədəqələri hamısı yerində, məqsədli və hesablanmış addımlar idi.
 Bu qüdrət yalnız ilahi bir mərkəzli idarəçilikdən qaynaqlanır; elə bir idarəçilik ki, zamanın zalımı Yezidin qarşısında qətiyyətlə dayandı və Kufə ilə Şamda, ən ağır şəraitdə, tarixi xütbələr irad etdi.
Hövzə və universitet müəllimi sözlərinin başqa bir hissəsində Cəfər ibn Əbu Talibin (ə) şəhadətinin ildönümünün yaxınlaşmasına toxunaraq deyib:
 “Çərşənbə günü Cəfər ibn Əbu Talibin (ə) şəhadətinin ildönümüdür. O, təxminən qırx yaşında ikən muvtə döyüşündə şəhid olmuşdur və qəbri hazırda İordaniyada yerləşir.
 O, İslamın ilk beynəlxalq təbliğatçısı və Həbəşistana ilk hicrət edən şəxs idi. Cəfər (ə) 15 il boyunca Məkkə və Mədinədən uzaqda qalaraq İslamın mesajını yaymaq üçün səylə çalışmışdır.
Höccətül-İslam vəl-müslimin Rəfii qeyd edib: Peyğəmbəri-Əkrəm (s) Cəfər (ə) barəsində belə buyurmuşdur:
“Onun xasiyyəti və əxlaqı mənə oxşayır.”
 Bu ifadə adətən Həzrət Əliəkbər (ə) haqqında nəql olunur, lakin Cəfər (ə) barəsində də söylənmişdir və bu, onun uca məqamının göstəricisidir.
 Bu bənzətmə təsadüfi və ya sadə bir söz deyil peyğəmbərin xasiyyət və əxlaqına bənzəmək, çox böyük və dərin bir mənəvi dərəcəni göstərir.
O çıxışını yekunlaşdıraraq müqəddəs ziyarətgahların və dini mərkəzlərin məsul şəxslərinə bu münasibətlə xüsusi proqramlar təşkil etməyi tövsiyə edib. O deyib:
 “Həzrət Məsumə (s.ə), Həzrət İmam Rza (ə) və Həzrət Şah Çiraq (ə) ziyarətgahlarının idarəçiləri və ölkə üzrə bütün məscidlərdən xahiş edirəm ki, çərşənbə günü Cəfər ibn Əbu Talibin (ə) xatirəsinə xüsusi proqramlar hazırlasınlar. Bu yolda addım atanlar bilsinlər ki, Əmirəl-möminin (ə) sevindiriblər. Çünki Həzrət Əli (ə) qardaşı Cəfəri çox sevirdi və onun şəhadətindən sonra buyurmuşdur: “Belim sındı.”
Xəbərin sonu
 
             
                
Rəyiniz