Hövzə Xəbər Agentliyinin Ərdəbil vilayəti üzrə müxbirinin verdiyi məlumatına görə, Ayətullah Ərafi vilayət səfəri çərçivəsində Ərdəbil vilayətində dini təhsil alan tələbələrin, ruhanilərin və təbliğçilərin toplantısında çıxış edərək bildirmişdir: Ali Rəhbərin Qum Elmi Hövzəsinin yenidən təsis olunmasının yüz illiyi münasibətilə göndərdiyi müraciətdə "öncül və nümunəvi hövzə" haqqında on iki əsas mövzu və yanaşma qeyd edilmişdir. Mən bu mövzulardan bir neçəsinə toxunmaq istəyirəm.”
O, çıxışının davamında əlavə edib: “Ali Rəhbər tərəfindən vurğulanan İslam düşüncəsində sivilizasiya yönümlü baxış barədə danışmazdan öncə, bu yanaşmaya gətirib çıxaran bir müqəddiməni izah etmək istərdim. Bu ruhaniliyin kimliyinin ilk analitik məzmunu və yönümüdür ki, həmin müraciətdən təxminən on kimlik başlığı altında əldə edilə bilər.
İslam maarifinə üç fərqli baxış
Xubriqan Məclisinin Riyasət Heyətinin sədr müavini bildirib: Bizim İslam maarifinə o cümlədən kəlam, fiqh, əxlaq, təfsir və rəvayət kimi düşüncələrə baxışımız barədə üç fərqli baxış var.
 Birinci, ‘ifrat’ yanaşmadır ki, bu baxışa görə İslamın bu elmi sistemləri o cümlədən kəlam, hədis, təfsir və fiqh bir-biri ilə əlaqəsiz, dağınıq bilgilər toplusudur və ya yalnız öz çərçivəsində müəyyən sistemə malikdir. Bu yanaşma İslamı və onun elmlərini insan sivilizasiyasının kənarında, həyatın yalnız bir hissəsində mövcud olan bir əlavə kimi qəbul edir.”
O, davam edərək deyib: “Belə düşüncə, yəni məntiqsiz və maarifsiz baxış, tariximizdə çox yayılmışdır və bu gün də bəzi hövzə alimləri və mütəfəkkirlər arasında mövcuddur. Onlar fiqh, kəlam, təfsir və hədis elmlərini bəşəri sivilizasiyaya yalnız kənardan təsir edən, onu müşayiət edən elementlər kimi dəyərləndirirlər. Bu, sivilizasiya yönümlü baxış deyil.”
Ayətullah Ərafi əlavə edib: “Bununla yanaşı, digər bir ifrat və yanlış baxış da mövcuddur. O da budur ki, bəziləri düşünürlər: Bizim malik olduğumuz dini elmlər və maarif insanın təbii aləmi, onun qanun və qaydalarını öyrənməsinə ehtiyacı aradan qaldırır və elmi inkişafı əvəz edə bilər. Bu fikir də səhvdir.”
Elmi hövzə mərkəzlərinin rektoru vurğulayıb: “Doğru düşüncə yəni bu iki ifratın arasında yer alan üçüncü yanaşmadır. Bu ‘öncül və nümunəvi hövzə’ mövzusunda Ali Rəhbərin müraciətinin əsas sütunlarından biridir.
 Bu üçüncü nəzəriyyəyə görə, İslamın maarifi yəni əqidə əsaslarından tutmuş fiqh sisteminə, əxlaq və digər elmi sahələrə qədər bir-biri ilə əlaqəli, sistemli və canlı vahid bir sistemdir. Bu sistem həm dəyişməz prinsiplərə, həm də zamanla inkişaf və çeviklik qabiliyyətinə malikdir. O, insan həyatının bütün sahələrinə yön verən bir kölgə kimi təsir göstərir. Bu İmam Xomeyninin (r) 62–63 il öncə Feyziyyə mədrəsəsində səsləndirdiyi böyük idealdır.”
O, əlavə edib: “Sonrakı illərdə bu fikir Əllamə Təbatəbai, şəhid Mütəhhəri və digər böyük mütəfəkkirlərin nəzərlərində daha da inkişaf etdirildi və bu gün İslam elmlərinin sərhədlərinin genişlənməsi də məhz bu elm və müasir bir baxışa əsaslanır. Hövzədə təxminən dörd yüz ixtisas və mövzu bu yanaşma üzərində formalaşdırılıb, beş il ərzində min nəfər bu mövzuda çalışıb və hazırda bu sahələrin yüzdən çoxu Qumda və digər vilayətlərdə icra olunmaqdadır. Bu İslamın sivilizasiya yönümlü düşüncəsinin bariz nümunəsidir.”
Elmi Hövzələr üzrə Ali Şuranın üzvü qeyd edib: “Son illərdə hazırlanmış sənədlərin və islahat layihələrinin əsas ruhunu da məhz bu geniş və müasir baxış təşkil edir. Məhz bu məqamdır ki, Ali Rəhbər də öz müraciətində ona xüsusi diqqət yetirmişdir.”
Bizim təbliğ fəaliyyətimiz elm və dəlil əsasına söykənir
Elmi Hövzə mərkəzlərinin rektoru sözügedən müraciətin növbəti istiqamətinə toxunaraq qeyd etmişdir:
 “Digər əsas mövzu o cümlədən elmi hövzənin və biliklərin mərkəzi olmasıdır. Hövzə özü elm və tədqiqat məkanıdır. İllər ərzində müşahidə etmişik ki, vəhabilik kimi cərəyanların təbliğçiləri çox sadə anlayışlar və ilkin biliklər əsasında fəaliyyət göstərirlər. Halbuki, bizim təbliğimiz elm və dəlil üzərində qurulmuşdur. Bu elmi əsas hövzənin böyük qürur mənbəyidir.”
Ayətullah Ərafi bəyan edib: “Bizim dalğalı və dinamik fiqh irsimiz, eləcə də apardığımız genişmiqyaslı tədqiqatlar, böyük elmi tərəqqinin nümunəsidir. Mərhum Mühəqqiq Ərdəbili öz möhtəşəm əsərləri ilə fiqh tariximizin şah əsərlərindən birini yaratmışdır. Eləcə də Molla Sədranın iki əsas nəzəriyyəsi, onun dərin fəlsəfi irsi, həm nəzəri, həm əməli irfanın incəlikləri və elmi mübahisələrin zənginliyi, hövzə tarixində mühüm səhifələr açmışdır.”
O, əlavə edib: “Bizdə əlbəttə elmi irsin işlənməsi və təqdim olunması sahəsində müəyyən çatışmazlıqlar mövcuddur. Elə bu ‘öncül və nümunəvi hövzə’ mövzusunda, Ali Rəhbər bir tərəfdən hövzənin üstünlüklərini sadalayır, digər tərəfdən isə buyurur ki, hövzə bu günün bütün ehtiyaclarına cavab verə bilmir və doğrudan da belədir.
 Birincisi, müasir dünya son dərəcə mürəkkəb bir dünyadır. İkincisi, İslam İnqilabının özü bəşər həyatında yeni bir mərhələ açmış və geniş nəzəri ehtiyaclar yaratmışdır.”
Elmi hövzə mərkəzlərinin rektoru sözünə davam edib: “Üçüncüsü, öz cəmiyyətimizin ehtiyacları, dördüncüsü isə İslam Respublikasının tələbləri o cümlədən bu yeni bir ictimai-siyasi hadisədir. Hövzənin əldə etdiyi uğurlar çoxdur, lakin əgər diqqətimizi yalnız öz nailiyyətlərimizə yönəldib, cəmiyyətin, dünyanın, inqilabın və sistemin ehtiyaclarına göz yumsaq, o zaman Ali Rəhbərin buyurduğu kimi, görəcəyik ki, hələ görüləsi çox işimiz var. Bununla belə, heç bir maneə qarşısında ümidsizliyə qapılmamalı, fəaliyyətimizi davam etdirməliyik. Hövzənin əsası elm və bilik üzərində qurulmuşdur və bu barədə Ali Rəhbərin müraciətində mühüm məqamlar qeyd olunmuşdur.”
Ayətullah Ərafi, Ali Rəhbərin tarixi əhəmiyyət daşıyan müraciətinin üçüncü istiqamətini izah edərək demişdir: “Üçüncü istiqamət hövzəyə tarixi baxışdır və bu yanaşma zəruridir. Mən mesajı oxumağa başlayanda gördüm ki, mətn tarixi mövzu ilə başlayır. Mesaja bu baxış bucağından nəzər salsaq görərik ki, Ali Rəhbər bir neçə yerdə hövzənin və ruhaniliyin tarixindən, dünya tarixindən və müasir vəziyyətdən bəhs edir.”
O əlavə edib: “Bu müraciətin hər bir hissəsində tarix mövcuddur. Mən mətnlərin tərtibi üzrə mərkəzə göstəriş vermişəm ki, tələbələr üçün uyğun dərs mətnləri hazırlansın. Orada dünya tarixi, xüsusilə müasir dövr vurğulanmalıdır ki, tələbə başa düşsün: Dünya necə inkişaf etmiş və bu gün hansı mərhələdə dayanmışdır.”
Ayətullah Ərafi qeyd edib: “Birincisi dünya tarixi xüsusilə son dövrlər, ikincisi son iki əsrdə İslam dünyasının tarixi, üçüncüsü ruhaniliyin və hövzənin xüsusilə son iki əsrdəki tarixinin araşdırılması, dördüncüsü Müasir İranın tarixi, beşincisi isə İslam İnqilabının tarixi öyrənilməlidir.
 Bu tarixi yönümlü yanaşmanın nümunəsidir. Əgər siz alimlərin, böyük şəxsiyyətlərin və hövzə inkişafının tarixini vərəqləsəniz, mənəvi ruh və enerji əldə edərsiniz. Bu Ali Rəhbərin müraciətində vurğulanan üçüncü əsas istiqamətdir.”
Hövzə və ruhaniliyin düşüncə sisteminin təbiəti – siyasi düşüncə və fəaliyyət
Elmi hövzənin müəllimi müraciətdə qeyd olunan digər istiqamətləri izah edərək bildirmişdir: Dördüncü istiqamət mənəvi və əxlaqi kimlikdir ki, bu da cihad ruhu ilə bağlıdır. Maraqlıdır ki, Ali Rəhbər bu hissədə təlim və tərbiyəni mədəni cəbhədə çalışan mücahidlərin formalaşdırılması kimi izah etmişdir.
 Beşinci istiqamət isə sosial fəallıq və xalqın xidmətində ictimai rol ifa etməkdir. Bu məfhum müraciətin müxtəlif hissələrində əks olunmuşdur.
 Altıncı istiqamət isə düzgün və aydın mənada siyasi kimlikdir. Hövzədə siyasi baxışa qarşı çıxanlar, əslində, özləri siyasi düşüncəyə malikdirlər. Hövzə və ruhaniliyin intellektual sisteminin təbiəti siyasət düşüncəsi və siyasət fəaliyyəti üzərində qurulmuşdur. Bu həm düşüncə, həm də əməl baxımından siyasidir. Əlbəttə, söhbət düzgün siyasətdən yəni xalqın xidmətində olan və xalqla qarşılıqlı əlaqə əsasında həyata keçirilən siyasətdən gedir.
Hövzə, İnqilab və Ali Rəhbər ilə bağladığımız əhd
Elmi hövzə mərkəzlərinin rektoru ölkə miqyasında çıxış edərək demişdir: Biz bu illər ərzində hövzə, inqilab, Ali Rəhbər və böyük alimlərimiz qarşısında belə bir əhd bağlamışıq ki, bütün gücümüzü hövzənin inkişafı, ucalığı və çiçəklənməsi yolunda sərf edək. Böyük addımların atılması üçün əsaslar qoyulmuşdur.”
O qeyd etmişdir: “İlk işimiz hövzənin strateji sənədlər bazasını formalaşdırmaq olmuşdur. Gələcək üçün baxış, prinsiplər və nizamnamələrdən ibarət iyirmi əsas sənəd hazırlanmışdır.
 İkinci mərhələdə beşillik proqram tərtib edilmişdir ki, bu il həmin proqramın icrası başa çatır və mühüm fəaliyyət istiqamətləri onda nəzərdə tutulmuşdur.
 Üçüncü olaraq, bu sənədlər çərçivəsində ən azı yüz mühüm islahat və inkişaf layihəsi, alimlərin rəyləri və tənqidlərindən yararlanmaqla hazırlanmış və icrasına başlanılmışdır.”
Xəbərin sonu
 
             
                
Rəyiniz