bazar ertəsi 27 oktyabr 2025 - 17:10
Biz Həzrəti Zeynəbi (s.ə) sevirik?

Hövzə/ Əgər həqiqətən Həzrəti Zeynəbə (s.ə) sevgimiz varsa, onda onun kimi iffətli, namuslu, cəsarətli və haqqı müdafiə edən olmalıyıq. İnsanın inkişaf etməsi üçün nümunəyə ehtiyac vardır.Quran peyğəmbərləri nümunə kimi təqdim etmişdir. Biz gözəl şəkildə həzrəti Zəhra (s.ə) və həzrəti Zeynəb (s.ə) kimi həqiqi nümunələri gənc nəsilə və dünyaya tanıtmalıyıq.

Hövzə Xəbər Agentliyinin verdiyi  məlumata əsasən, mərhum Əllamə Misbah Yəzdi öz çıxışlarının birində 'Həzrəti Zeynəb (s.ə) kimi olaq’ mövzusuna toxunmuşdur. Bu fikir siz dəyərli oxuculara təqdim olunur.

Əgər düzgün danışırıqsa, iffət və namusdan xəbərimiz olmasa Həzrəti Zeynəbə (s.ə) sevgimiz ola bilərmi?

Necə ola bilər ki, biz Həzrəti Zeynəbi (s.ə) sevək, amma haqqı müdafiə etmək zamanı gəldikdə hər şeyimizdən keçməyək və cəsarət göstərməyək?!

Əgər biz onu seviriksə, gərək ona bənzəyək.

İnsanın davranışında və yol seçməsində nümunənin rolunu nəzərə alsaq, bu mövzu o qədər mühümdür ki, bəzi psixoloqlar insanın kamilləşməsini nümunəyə sahib olmaqla əlaqələndirirlər.

Qurani-Kərim bir çox nümunələri, o cümlədən Peyğəmbəri (s), Həzrət İbrahimi və digər peyğəmbərləri tanıtmış və onlardan nümunə götürməyin vacibliyini vurğulamışdır.

Gənc nəsilə, dəyərləri nümunələr vasitəsilə təqdim etməliyik

Əzadarlıq, teatr, hekayə yazımı və bu kimi bədii vasitələrdən istifadə etməklə bu nümunələr gənclərə tanıdılmalıdır.

Qurani-Kərim yaxşı və pis nümunələri demişdir. O cümlədən nümunənin rolu və başqalarına təqlid çox mühümdür.Çünki insanın davranışının formalaşması mütləq bir nümunəyə ehtiyac duyur.

Bu görünüş və davranışların çoxu filmlərdə təqdim olunan nümunələrdən qaynaqlanır və biz də öz istədiyimiz nümunələri bədii yollarla xalqa tanıtmalıyıq.

Əgər İslamda nümunə götürmək üçün iki şəxs seçməli olsaq, birincisi Həzrəti Zəhra (s.ə), ikincisi isə Həzrəti Zeynəb (s.ə) olar.

İslamın 1400 illik tarixi və İslam İnqilabının otuz ili ərzində bu iki əzəmətli xanımın haqqı layiqincə yerinə yetirilməmiş və İslam cəmiyyəti onların şəxsiyyətini yetərincə dərk etməmişdir.

Biz həzrəti Zeynəbi (s.ə) və həzrəti Zəhranı (s.ə) tək nümunə kimi götürməli deyilik, həmçinin bu iki şəxsiyyəti dünyada nümunə olaraq təqdim etməliyik.

Mənbə: Xütbə 21 / 02 / 2000

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha