Hövzə Xəbər Agentliyinin məlumatına görə, idrak savaşında əsas mübarizə silah və ya torpaq uğrunda deyil, xalqın qavrayışı və etimadı uğrunda gedir. Bu kontekstdə mütəxəssislər bildirirlər ki, əgər hekayə həqiqətdən uzaqlaşarsa, ən yaxşı vasitələrlə belə cəmiyyətin zehnini fəth etmək mümkün olmaz. Odur ki, idrak savaşında düşmənin məqsədi reallığı yox etmək deyil, reallığı yenidən yazmaqdır. Başqa sözlə desək, düşmən həqiqəti gizlətmir, onu parçalara ayıraraq üzərinə yönəlmiş, natamam bir təsvir yaradır.
Media fəalı Meysəm Ramazanəli bu barədə bildirir: Bu sahədə müdafiə inkar və senzura yolu ilə deyil, tam və etibarlı həqiqətin yenidən qurulması sayəsində mümkündür. Razı salma (inqilab) maarifləndirmə və aydınladıcı işə əsaslanır ki, bu da məsum İmamların (ə) maarifi ilə uzlaşır. Eyni zamanda İslam İnqilabının rəhbərlərinin o cümlədən İmam Xomeyninin (r) və Ali Rəhbərin üslubu da bu hərəkatın başlanğıcından bu günə qədər məhz belə olmuşdur.
Media hekayətində etibarlılığın zəruriliyi
O həmçinin vacib bir məqama işarə edərək deyir: Allah Rəsulunun (s) gətirdiyi həqiqi İslam bu medianı yalnız təbliğ vasitəsi saymır, həmdə onu bir etibar, əmanət hesab edir. Bu məntiqə görə ictimai etimad təkcə dürüstlüyün nəticəsi deyil, hekayətdəki əmanətkarlığın bəhrəsidir. Buna görə vurğulanmalıdır ki, etibarlı media hətta reallıq acı olsa belə qorxu deyil, etimad yaradır.
O davam edir: Həqiqi inandırma ağıllı doğru danışmadan çıxır yəni həm həqiqəti söyləyən, həm də sosial mənafeləri qoruyan bir hekayət. Son illərdə media meydanımızın bir hissəsi “gizlətməyə əsaslanan böhran idarəçiliyi” ilə üzləşibdir. Əksər halda hesab edilir ki, natamam mətnlər, seçməli statistika və səthi psixoloji əməliyyatlarla cəmiyyəti sakit saxlamaq olar, halbuki təcrübə göstərir ki, bu üsullar yalnız ictimai etimada ziyan vurur və böhran anında etimad kapitalını məhv edir.
İnandırma meydanının idrak savaşındakı əhəmiyyətini unutmayaq
Bu media fəalı əlavə edir: Müstəqil ekspertlərin bir neçə illərdir peşəkar və özəl toplantılarda xəbərdarlıq edirlər ki, “qismən hekayət düşmənin hekayətini tamamlayır.” Media axını aydınlatma yerinə rəqəm və zahiri göstəricilərdə rəqabətə düşəndə, inandırma meydanını başqalarına təhvil verir.
O bildirir: Vacib olan odur ki, ictimai etimadı reklam düzülüşü ilə bərpa etmək mümkün deyil. Bunu etibarlı rəvayətlər, dürüst analizlər və tam, insanpərvər hekayətlərlə təmin etmək lazımdır. Mənim fikrimcə, şəhid Seyid Həsən Nəsrullah məktəbi bu yolun mümkünlüyünün yalnız bir nümunəsidir: Dürüst, analitik və insan ləyaqətinə əsaslanan bir hekayət.
O əlavə edir: Hər halda nəzərə almaq lazımdır ki, idrak savaşını aldatma ilə qazanmaq mümkün deyil. Onu bütövlükdə, dərin və inandırıcı həqiqətlə qazanmaq lazımdır. Yalnız bu halda daxili hekayət yenidən sakitlik və qüvvət mənbəyinə çevriləcək.
Xalqın reallığa dair təsəvvürünü dəyişdirməyə yönəlmiş mübarizə
Xanımlar üçün dini təhsil tədqiqatçısı Nərgiz Şükürzadə bu gün düşmənlə ən əsas mübarizə meydanının idrak savaşı olduğunu bildirərək deyir: Hər şeydən əvvəl diqqət yetirilməlidir ki, idrak savaşı insanların zehninə, qavrayışına və ələ alınmasına yönəlmiş bir savaşdır. Bu həyati döyüşdə düşmən çalışır ki, xalqın reallığa dair təsəvvürünü dəyişdirsin və məqsədi budur ki, bir güllə belə atmadan kütləvi davranışı öz məqsədlərinə uyğun istiqamətləndirsinlər. Əlbəttə ki, bu savaşın vasitələri media, sosial şəbəkələr, seçməli məlumatlar və xüsusən də hekayət yaratmaqdır.
O əlavə edir: Bu tərifdən çıxış edərək bilməliyik ki, düşmən idrak savaşında yalnız onda müvəffəq olur ki, xalq ilə hakimiyyət arasında uçurum dərinləşsin. Buna görə də İslam İnqilabının Ali Rəhbəri bu məsələyə yüksək həssaslıq göstərmiş və daim vurğulamışdır ki, xalq və məsul şəxslər arasında dərin və dəqiq bir əlaqə qurulmalıdır ki, düşmən onların sıraları arasında ayrı-seçkilik və parçalanma yarada bilməsin.
O həmçinin deyir: Düşmənin idrak və qavrayış planını neytrallaşdırmaq üçün gərək xalq və gənclərlə düzgün dialoq aparaq, problemləri inkar etməyək, onlarla açıq və səmimi şəkildə üzləşək və eyni zamanda müxtəlif məsələlərdə düşmənin hekayət qurmasına nəzarət edək.
Fikirlərin və davranışların dəyişdirilməsi — idrak savaşının hədəfi
Şükürzadə bildirir ki, idrak savaşı insan zehninin döyüş meydanına çevrildiyi bir sahədir: Bu növ savaşda məqsəd yalnız fikir məzmununu dəyişdirmək deyil, insanların düşüncə tərzini və davranışlarını dəyişdirməkdir. Əgər idrak savaşı məqsədinə çatarsa, fərdi və kollektiv inancları və davranışları elə istiqamətləndirə bilər ki, onlar hücumçunun taktik və ya strategik məqsədlərinə xidmət etsin.
O əlavə edir: Hətta məsələnin kəskin və ifrat halında idrak savaşı cəmiyyəti içəridən dağıtmaq və uçuruma aparmaq qabiliyyətinə malikdir.Belə ki, kollektiv müqavimət iradəsi məhv olur. Belə şəraitdə düşmən zor və ya birbaşa tələbat olmadan cəmiyyəti itaətkar və məğlub edə bilər.
Rəyiniz