Hövzə Xəbər Agentliyi | İslam Respublikasının banisinin vəfatının otuz altıncı ildönümü ərəfəsində İmam Xomeyninin (r) düşüncələrinin yenidən nəzərdən keçirilməsi ikiqat əhəmiyyət kəsb edir. Bu gün cəmiyyətimizdə İslamın iki fərqli yozumu bir-biri ilə rəqabət aparır. Biri “Mərhəmətli İslam” adı ilə tanınan baxış, digəri isə “Siyasi İslam” adlandırılan yanaşmadır. Hər iki cərəyan İmamın düşüncə mirasının həqiqi davamçısı olduğunu iddia edir. Amma hansının həqiqətə daha yaxın olduğunu soruşmaq yerinə düşər.
İmam Xomeyninin (r) irsi
İmam Xomeyni (r) XX əsrin ən böyük inqilabının lideri kimi İslamı həyatın bütün sahələrini əhatə edən kamil bir məktəb kimi təqdim edirdi. O, İslamın siyasi bir din olduğunu dəfələrlə vurğulamaqla, dinlə siyasətin ayrılığı fikrini qəti şəkildə rədd etmişdir.
Lakin bu gün bəzi cərəyanlar İslamın qeyri-siyasi yozumunu təqdim etməyə çalışırlar.Bununla da İmamın fikri irsini təhrif edirlər.
Mərhəmətli İslam; Yeni yaranan bir yozum
Mərhəmətli İslam tərəfdarları dözümlülük və fərdi mənəviyyat kimi anlayışlara əsaslanaraq İslamın siyasi olmayan bir simasını təqdim etməyə çalışırlar. Onlar aşağıdakı şüarlarla çıxış edirlər:
Din rəhbərlik üçündür hakimiyyət üçün deyil;
İslam mərhəmət dinidir, zorakılıq deyil;
Fərdi mənəviyyat sosial fəaliyyətlərdən önəmlidir.
Onlar hətta İmam Xomeynini (r) də təcrid olunmuş, mistik və siyasi olmayan bir şəxsiyyət kimi göstərməyə cəhd edirlər. Halbuki İmamın əsərlərinə baxdıqda onun hər zaman dinlə siyasətin ayrılmaz olduğunu açıq şəkildə vurğulayıb.
Siyasi İslam – İmamın yolunun davamı
Buna qarşılıq olaraq, Siyasi İslam İmam Xomeyni (r) və böyük şiə alimlərinin düşüncəsinə əsaslanaraq belə hesab edir ki:
1. İslam, cəmiyyətin idarə olunması üçün hərtərəfli bir proqram təqdim edir;
2. İctimai ədalət yalnız İslam hökuməti vasitəsilə reallaşa bilər;
3. Müsəlmanların müstəqilliyi və izzəti İslam dövləti qurmaqla mümkündür;
4. Zülm və istibdada qarşı mübarizə İslamın əsas prinsiplərindəndir.
Niyə siyasi İslam imamın həqiqi irsidir?
1. İmamın düşüncə və əməli ilə uyğunluğu
İmam Xomeyni (r) yalnız nəzəriyyədə deyil, əməli baxımdan da siyasi İslamın təşviqedicisi olmuşdur. İslam dövləti qurmaq, istibdada qarşı mübarizə aparmaq və məzlumları müdafiə etmək onun İslama olan siyasi baxışının açıq göstəriciləridir.
2. Sosial ədalətin gerçəkləşdirilməsi
İmam daim cəmiyyətdə ədalətin tətbiqinin zəruriliyini vurğulayırdı. Onun baxışına görə, ədalət təkcə əxlaqi bir anlayış deyil, ictimai həyatın bütün sahələrində həyata keçməlidir.
3. Müsəlmanların müstəqilliyi və izzəti
İmamın baxışında, müsəlmanların izzət və azadlığı yalnız siyasi İslama qayıdışla mümkündür. O, dinlə siyasətin ayrılmasını İslam cəmiyyətlərini zəiflətmək məqsədi daşıyan bir müstəmləkə planı kimi dəyərləndirirdi.
4. İslam ümmətinin birliyi
İmam “vahid ümmət” anlayışına əsaslanaraq, müsəlmanların zülmə qarşı birliyini daima önə çəkirdi.Bu birliyin təmin olunması yalnız siyasi İslamın kölgəsində mümkün ola bilər.
Bugünkü çağırışlar
Mövcud şəraitdə siyasi İslam bir sıra ciddi çağırışlarla üz-üzədir və bunlara diqqətlə yanaşmaq zəruridir:
Yeni nəsil üçün İslamın əsas prinsiplərinin düzgün izahı;
Müasir dövrün şübhə və suallarına cavab vermək;
Uğurlu bir dini idarəçilik modeli təqdim etmək;
İxtisaslı və məsuliyyətli kadrların hazırlanması.
Gələcək üçün həll yolları
İmamın irsini qorumaq və gücləndirmək üçün aşağıdakı addımlar atılmalıdır:
1. Siyasi İslamın əsasları müasir dildə izah olunmalıdır;
2. Yeni yaranan şübhələrə əsaslı və inandırıcı cavablar verilməlidir;
3. Uğurlu dini idarəçilik modeli təqdim edilməlidir;
4. Siyasi İslamın praktikada səmərəliliyi nümayiş etdirilməlidir.
Son Nöqtə
İmam Xomeyninin (r) vəfatının ildönümündə bir məsələni unutmamaq vacibdir: Onun həqiqi irsi siyasi İslamdır.Elə bir İslam ki, həm mənəviyyat, həm də ictimai proqram təqdim edir.
Həm axirətə nəzərə alır həm də dünyanı.
Həm mərhəmətlidir, həm də qətiyyətlidir;
Həm fərdi, həm də ictimai xarakter daşıyır.
İmam Xomeyni (r) İslamı dərindən anlayaraq, İslam ümmətinin qarşısına bu gün hər zamankından daha çox ehtiyac duyduğumuz bir yol açdı. Bizim vəzifəmiz bu qiymətli irsi qorumaq və onu düzgün şəkildə gələcək nəsillərə çatdırmaqdır. Diqqətli olmaq lazımdır ki, mərhəmətli İslam şüarları bizi düz İslam yolundan yayındırmasın.
İmam Xomeyni (r) baxışında İslam, öz öhdəliklərini yerinə yetirən və zülmə qarşı çıxan insanların dinidir. Bu baxış siyasi İslam ilə mərhəmətli İslam arasındakı əsas fərqi aydın şəkildə göstərir. Həqiqi İslam, zülmə qarşı çıxır və ədalətin həyata keçirilməsi üçün çalışır.
Ərəbil Afaq nəşriyyatının baş redaktoru Höccətül-İslam Əlirza Məktəbdar
Rəyiniz