Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən,Beynəlxalq Elmi Hövzələrin Təbliğat İdarəsinin rektoru Höccətül-İslam vəl-müslimin Seyid Cəfər Musəvizadə Hövzə Xəbər Agentliyinin müxbiri ilə müsahibəsində İslam İnqilabının Ali Rəhbərinin Qum Elmi Hövzəsinin yenidən təsisinin yüz illiyi münasibətilə göndərdiyi son müraciətini “hövzələr üçün tarixi bir bəyannamə” adlandıraraq, bu dəyərli müraciətin məzmununa toxunaraq bildirib. Bu mübarək sənəddə Ali Rəhbərin ən mühüm tövsiyəsi, ruhaniyyətin qlobal miqyasda qarşısında dayanan misilsiz fürsətlərə diqqət yetirilməsidir.
Qum Elmi Hövzəsinin istibdad dövründə qurulmasından ilham almaq
O, məktubun başlanğıc hissəsinə toxunaraq əlavə edib: İnqilab Rəhbəri tarixi baxışla, Ayətullah əl üzma Şeyx Hacı Əbdül Kərim Hairi Yəzdi (r) tərəfindən Qum Elmi Hövzəsinin təsis olunduğu dövrdə İraq və digər ölkələrdə hökm sürən siyasi istibdad şəraitinə diqqət çəkiblər.
Ali Rəhbər vurğulayıb ki, o məşəqqətli və çətin dövrdə elmi hövzənin əsasının qoyulması, ruhanilərin uzaqgörənliyindən irəli gəlirdi.
Müasir dövrdə dini təbliğ üçün misilsiz imkanlar
Beynəlxalq Elmi Hövzələrin Təbliğat İdarəsinin rektoru deyib:
Bu gün dini təbliğçilərin müxtəlif dillərdə dünyanın dörd bir yanında fəal iştirakı sayəsində İslam maarifinin yayılması üçün istisna bir imkan yaranıb.
Bu tarixi fürsət heç bir halda əldən verilməməlidir.
Yeni təhdidlər və İlahi nurun aradan getməsi üçün yönəlmiş səylər
Höccətül-İslam vəl-müslimin Musəvizadə eyni zamanda düşmənlərin təhdidlərinə də toxunaraq bildirib:
Düşmənlər müasir kommunikasiya vasitələrindən istifadə etməklə, ardıcıl şəkildə “Allahın nurunu aradan aparmağa” çalışırlar.
Bu təhdidləri nəzərə almamaq mümkün deyil.
Elmi Hövzələrin qlobal rolunun həyata keçirilməsi yolları
O, elmi hövzələrin qloballaşma prosesində fəal iştirakı üçün ən mühüm amillərdən biri kimi zamanla ayaqlaşmanı və qlobal institutlarla konstruktiv əməkdaşlığı qeyd edərək deyib:
Zamanın tələblərinə uyğun hərəkət etmək, mövcud ehtiyaclara cavab verə bilən elmi biliklər əldə etmək, müasir və təsirli təbliğ metodlarından istifadə etmək, beynəlxalq qurumlarla konstruktiv əməkdaşlıq qurmaq, xüsusilə də müxtəlif dinlərlə o cümlədən xristianlıq kimi fəal dini mərkəzlərlə əlaqələr yaratmaq, elmi hövzənin qloballaşma prosesində mühüm rol oynaya bilər.
Bu dinlərarası əməkdaşlıq olduqca faydalı və təsirli ola bilər.
Ruhanilər gənclərlə yeni üsullarla əlaqə qurmalıdır
Höccətül-İslam vəl-müslimin Musəvizadə ruhaniyyətin qlobal səviyyədə gənclərlə əlaqəsinin xüsusi önəmindən danışaraq bildirib:
Gənclər İlahi saf maariflərin qəbulunda üstün bir təbəqədir. Gənc, düzgün qayğı ilə möhkəm bir ağaca çevrilən körpə bir ağac kimidir. Bu ağacın meyvələri bərəkətli olacaqdır.
Beynəlxalq Elmi Hövzələrin Təbliğat İdarəsinin rektoru nəsillər arasındakı fərqlərə işarə edərək əlavə edib:
Tələbələrlə gənclər arasındakı əlaqə çox yaxın və əvvəlki nəsillərin metodlarından fərqli olmalıdır.
Müasir rabitə vasitələrinin istifadəsi zəruridir
O, bu təsirli əlaqənin qurulması üçün müasir üsul və vasitələrdən istifadə edilməsinin vacibliyini vurğuladı:
Əgər biz bu əlaqəni reallaşdırmaq istəyiriksə, mütləq müasir üsul və vasitələrdən istifadə etməliyik.
Höccətül-İslam vəl-müslimin Musəvizadə çıxışının sonunda dedi:
Mənim tövsiyəm budur ki, əvvəlcə Ali Rəhbərin söylədikləri düzgün başa düşülüb aydınlaşdırılmalı, onların hansı mövzulara aid olduğu müəyyən edilməlidir. Daha sonra isə buna əsaslanaraq qısa və uzunmüddətli məqsədlər müəyyən edilən dəqiq planlaşdırma aparılmalıdır.
Beynəlxalq Elmi Hövzələrin Təbliğat İdarəsinin rektoru deyib:
Bu planlaşdırma hazırlandıqdan sonra inşallah gələcək üçün aydın bir perspektiv müəyyən edilməlidir ki, Ali Rəhbərin söylədikləri cəmiyyətdə gerçəkləşdirilsin və tətbiq olunsun.
Xəbərin sonu.
Rəyiniz