cümə 13 iyun 2025 - 22:59
Sionist rejimin törətdiyi dəhşətli cinayətə cavab olaraq Elmi Hövzələrin idarəetmə mərkəzinin bəyanatı: Sionistləri ağır cəza gözləyir.

Elmi Hövzələrin idarəetmə mərkəzi sionist rejimin cinayətkar təcavüzünü qətiyyətlə pisləyərək, silahlı qüvvələrin bu qəsbkar rejimə qarşı sərt və məhvedici cəzasını həyata keçirməsini dəstəklədiyini bildirir və bir qrup vətəndaşın, genralların və nüvə alimlərinin şəhid olması münasibətilə bu ağır itkini Ali Rəhbərə, böyük təqlid mərcələrinə və İran xalqına dərin hüznlə başsağlığı verir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Elmi Hövzələrin idarəetmə mərkəzi, sionist rejimin təxribat xarakterli hücumu haqqında yayımladığı bəyanatın mətnini aşağıda oxuya bilərsiniz.

بسم الله الرحمن الرحیم
إِنَّا مِنَ الْمُجْرِمِینَ مُنْتَقِمُونَ

“Bağışlayan və Mehriban olan Allahın adı ilə”
Biz, əlbəttə, günahkarlardan intiqam alarıq. 
(Səcdə surəsi 22-ci ayə)

Cinayətkar sionist rejimin acizliyindən və çıxılmaz vəziyyətindən qaynaqlanan təxribat xarakterli hücumu göstərdi ki, bu uşaq qatili rejim Qərb ölkələrinin silahları və ABŞ hökumətinin tam dəstəyi ilə daha da azğınlaşıb və bölgə xalqlarına qarşı cinayətlərini ən yüksək həddə çatdıraraq, rüsvayçı həyatının son mərhələsindədir.

Sionist rejiminin informasiya məlumatlarını əldə edən İran İslam Respublikasının fədakar və ayıq-sayıq kəşfiyyat qüvvələri bu rejimi əsəbiləşdirib və onların qərarvermə mexanizmini pozmuşdur.

Bu hücum nəticəsində bir qrup həmvətənimizin, genrallarımızın və nüvə sahəsində fəaliyyət göstərən alimlərin şəhid olması münasibətilə, Elmi Hövzələrin idarəetmə mərkəzi bu ağır hadisə ilə bağlı Ali Rəhbərə, böyük təqlid mərcələrinə və əziz İran xalqına dərin hüznlə başsağlığı verir.

Elmi Hövzələrin idarəetmə mərkəzi

13 iyun 2025

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha