Hövzə Xəbər Agentliyinin tərcümə qurupunun verdiyi məlumata görə, Sidneydə Fələstin tərəfdarlarının mitinq çağırışı yayıldıqda, bir çoxları düşündü ki, yalnız az sayda insan bu qədər cəsarətli olar və İsrail hökumətinə təzyiq göstərilməsini tələb edər ki, soyqırım və qan tökməyə son qoyulsun. Lakin mitinq günü Fələstin tərəfdarlarının möhtəşəm iştirakı bütün bu təsəvvür və hesablamaları tamamilə dəyişdi.
Yeni Cənubi Uels polisi ilkin hesablamalara əsasən mitinqə təxminən 90,000 nəfərin qatıldığını bildirdi. Lakin tədbirin təşkilatçılarından birinin sözçüsü açıqladı ki, polis onlara təqribən 100,000 nəfərin iştirak etdiyini bildirib. Bununla belə, təşkilatçılar sahədə apardıqları statistik müşahidələrə əsaslanaraq bildiriblər ki, əsl iştirakçı sayı 300,000 nəfərə daha yaxın olub.
Mitinqdən və kütləvi yürüşdən sonra Yeni Cənubi Uels ştatının polis rəis müavini və onun köməkçisi belə bir açıqlama verdilər: Bu, həyatımız boyu gördüyümüz ən böyük nümayiş idi və son 35 ildə Sidneydə misli görünməmiş bir hadisədir.
Avstraliya Milli Muzeyinin açıqlamasına görə, 250,000-dən çox insan fasiləsiz şəkildə və ardıcıl axınla Harbour Körpüsündən keçərək yürüşə qatılıb. Bu axın təxminən altı saat davam edib.
Avstraliyanın sabiq baş naziri Bob Carr bu tədbirdə iştirak edənlərin sayının necə qiymətləndirildiyi ilə bağlı suala cavabında bildirdi:
Əsas məsələ rəqəmlər deyil əsas olan odur ki, biz böyük bir ictimai uğura imza atdıq. Bu, Sidney polisi ilə əməkdaşlıq nəticəsində və İsrailin cinayətlərindən dəhşətə gələn, bu zorakılığa qarşı çıxmaq istəyən minlərlə vətəndaşın birliyinin bəhrəsidir.
Mənbə: The Guardian qazeti (Britaniya)
Rəyiniz