Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən,Höccətül-İslam vəl-müslimin Seyid Mehdi Mirbaqiri Peyğəmbər Əkrəmin (s) vəfatı və İmam Həsən Müctəbanın (ə) şəhadəti gecəsi münasibətilə Xanım Məsumənin (s.ə) müqəddəs hərəminin əzadarlıq məclisində belə bəyan etdi:
“Uca Allah bizə minnət qoyaraq İslam Peyğəmbərini (s) öz tərəfindən göndərmişdir ki, bizi hidayət etsin və tövhid məqamına çatdırsın.
O bildirdi ki, Allah öz Peyğəmbərini (s) göndərdikdə insan ümid edir ki, pərdə və hicablar aradan qalxsın və insan Allah Təalanın hüzuruna çıxa bilsin.
O deyib: Allahla görüş məqsəd cismi görüş deyil, amma bir çox rəvayətə görə əgər insan tək Allaha inanarsa pərdələr aradan qalxır və insan Allahı, onun siması olan ilahi höccətlərin aynasında görə bilər.
Xanım Məsumənin (s.ə) müqəddəs hərəminin xətibi bildirib ki, insanın Allahı İmamın vasitəsilə dərk etmə məqamı yalnız sınaqdan çıxmış qullara xasdır.
O əlavə etdi: Mərifətə çatmaq qəlbin işidir. Allah insanın qəlbini sınağa çəkir və təmizləndikdə, ilahi mərifət nurunun o qəlbə nazil olması ilə insan Allahın mərifətinə çatır.
O bildirdi ki, Allah istəsə, bir qulunu hidayət etsin ona geniş qəlb verəcək ki, İslamın həqiqətini dərk etsin və Allaha və ilahi əmrlərə təslim olsun.
O əlavə etdi: Həzrətdən geniş qəlb barədə soruşulduqda həzrət buyurdu ki, möminin qəlbinə nazil olan ilahi nur, ona geniş qəlb verir və bunun üç əlaməti vardır:
1. Dünyanı dəyərsiz və kiçik bilib qəlbini ondan ayırır,
2. Axirət aləminə meyl edir,
3. Ölüm zamanı çatmadan əvvəl dünyadan getməyə hazır olur.
Höccətül-İslam vəl-müslimin Mirbaqiri bildirib ki, hər ümmətin qabiliyyəti həmin ümmətin Peyğəmbərinin qabiliyyəti qədərdir. O deyib: Bizim Peyğəmbərimizin qabiliyyəti o qədər böyükdür ki, böyük ilahi nurular ona təqdim edilmişdir. Bu bir həqiqətdir. Əgər biz Allahla görüşmək istəyiriksə, bunu yalnız Peyğəmbərin mövcudluğunun aynasında edə bilərik və peyğəmbəri nə qədər çox tanısaq, Allaha bir o qədər də yaxın olacağıq.
Peyğəmbərlə (s) birgə hərəkət etmək düşmənçilikləri dostluq və qardaşlığa çevirir
O əlavə edib: Peyğəmbərin (s) vəhyi ilahi nemətdir; Əgər biz Peyğəmbərlə (s) bir yolda olsaq, düşmənçiliklər dostluğa və qardaşlığa çevrilir, cəhənnəm cənnətə çevrilir və ilahi nemətlər üzərimizə nazil olur. Allah buyurmuşdur ki, əgər bu nemətlərin davam etməsini istəyirsinizsə, Allahın ipinə yapışmalısınız; bu ip İmam və Qurandır. Əgər İmam və Qurana uyğun hərəkət etsək, bu nemət davam edəcək.
Xanım Məsumənin (s.ə) müqəddəs hərəminin xətibi bildirib ki, Allah peyğəmbərlik nemətinə qarşı bizə müəyyən vəzifələr qoymuşdur. O əlavə edib: Bizim vəzifələrimizdən biri yalnız bir Allah qarşısında təslim olmaq, ona ibadət etmək və bütün həyatımızı Allahın qulluğu və ibadəti ilə yaşamaqdır.
O qeyd edib: Din yalnız şəxsi sahə üçündür deyənlər və cəmiyyət, iqtisadiyyat və dövlət qurmaq məsələlərində istədikləri kimi yaşamalıdır deyənlər əslində tövhid anlayışını düzgün başa düşməyiblər.
Höccətül-İslam vəl-müslimin Mirbaqiri deyib: Əgər bir ümmət və ya cəmiyyət Allah istəyən kimi yaşamaq istəyirsə, böyük bir saleh əməl etməlidir. O saleh əməl İmamın vilayətini qəbul etməkdir və bütün varlığı ilə İmamla birlikdə hərəkət etməkdir, yəni Müaviyənin süfrəsində oturub, sonra İmamın namazını qılmaq deyil.
Zalımların vilayətini qəbul etmək, Peyğəmbər (s) nemətinə qarşı nankorluqdur
O bildirib ki, Həzrət bizi tövhidə və Allahla görüşə dəvət etmişdir və əgər biz həzrətin vilayətindən bir zərrə belə uzaqlaşsaq və başqasının vilayətini qəbul etsək,bir qədər də Allahla görüşdən uzaqlaşmış olarıq. O etiraf etdi ki, əgər insan dünyanın zalımlarının vilayətinə tabe olsa,bu peyğəmbərlik nemətinə qarşı nankorluqdur; Buna görə də bir zərrə belə zalımların vilayətinə tabe olmamalıyıq. Əgər ictimai həyatımızı onların vilayəti altında qursaq və sadəcə namaz qılıb, oruc tutsaq, bu tövhid sayılmır.
Xanım Məsumənin (s.ə) Müqəddəs Hərəminin xətibi peyğəmbərlik nemətinə qarşı digər vəzifələrimizdən birini tam təslim olmaq kimi qiymətləndirdi və əlavə etdi: Allaha inanan insan heç bir mövzuda Allahın peyğəmbərinə qarşı çıxmayan kimsədir. Allah buyurur ki, mömin bəndəm o bəndədir ki,hər bir işdə peyğəmbərin hökmünü qəbul edər, hətta daxilində belə peyğəmbərin hökmünə qarşı narazılıq hissini keçirtməz. Beləliklə, Allaha inanan insan peyğəmbərə tam təslim olur.
İslam ümməti Əmirəl-möminin Əli ibn Əbu Talibin (ə) vilayətini qəbul etməyincə möminin sayıla bilməz
O bildirib ki, peyğəmbərin Qədir-Xum hadisəsində verdiyi ən böyük tapşırıq Əli ibn Əbu Talibin (ə) vilayət məsələsidir. O əlavə edib: İslam ümməti Əmirəl-möminin Əli ibn Əbu Talibin (ə) vilayətini qəbul etməyənə və qəlblərində ona qarşı məhəbbət olmayana qədər mömin sayıla bilməz.
Höccətül-İslam vəl-müslimin Mirbaqiri bildirib ki, Peyğəmbər (s) qeybin daşıyıcısıdır və uca Allah bizdən istəyir ki, Peyğəmbərə (s) tabe olaq.
O əlavə etdi: Əgər kimsə Peyğəmbərə (s) tabe olarsa, Peyğəmbərin cinsmindən olur və rəvayətdə gəlir ki, əgər şiələr bizə tabe olarsa, bizdən olmuş olurlar. Bu sözün mənası budur ki, tabeçilik insanın içində peyğəmbərin qüvvələrinin axmasına səbəb olur və beləliklə biz imama birləşmiş oluruq.
Xanım Məsumənin (s.ə) müqəddəs hərəminin xətibi bildirib ki, Peyğəmbərə (s) salavat göndərmək bizim digər vəzifələrimizdəndir. O deyib: Peyğəmbərə (s) salavat göndərmək insana cismi paklıq, gözəl əxlaq, mənəviyyat bəxş edər və günahları isə silər. Rəvayətdə gəlir ki, kimsə Peyğəmbərə (s) salavat göndərməsə, biz ondan uzağıq.
O əlavə edib ki, salavat göndərmək əslində həzrətin ali məqamlarını etiraf etmək və peyğəmbərə qarşı hörmət və təvazökarlığın əlamətidir.
Peyğəmbərə (s) qarşı hörmət və təvazökarlıq, həqiqətdə Allaha qarşı edilmiş hörmət və təvazökarlıq sayılır. Başqa sözlə desək bu özü elə Allaha olunan ibadətdir.
Rəyiniz