Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata əsasən, millət vəkili və "Ən-nəsr əməl" hərəkatının sədri Məlhəm əl-Hucəiri, Dohada HƏMAS rəhbərliyinə qarşı törədilmiş qorxaq və cinayətkar sionist təcavüzünü pislədi.
O, bəyanatında deyib: Sionist işğalçı rejim bu addımı ABŞ və Qərbin tam dəstəyi ilə atıb.
Məlhəm əl-Hucəiri, əlavə etdi: Bu təcavüz bir daha təsdiq etdi ki, İsrail ümmətin və bəşəriyyətin düşməni təslimçi sülhə və normallaşmaya can atan xain və geri qalmış ərəb və İslam rejimlərini nə dəyərli sayır, nə də onlara önəm verir. Regionun ən böyük hərbi bazasına sahib olan Qətər belə, düşmənlə xüsusi münasibətlərindən və onunla normallaşmadan amanda qalmadı.
O, vurğuladı: Qoy bu İsrail ilə razılaşan, ondan asılı və təslim olan rejimlər üçün bir dərs olsun ki, bunların heç biri onları sionistlərin ekspansionist təhdidlərindən qorumaq gücünə malik deyil. Heç bir təminat, heç bir qırmızı xətt və heç bir məhdudiyyət yoxdur ki, sionistlərin cinayət və təcavüzlərini dayandırsın.
Livan millət vəkili dedi: Biz Qətərə qarşı sionist təcavüzünü pislədiyimiz halda, xain və geri qalmış rejimlərdən tələb edirik ki, sionist, Amerika və Qərb müstəmləkəçi bandası qarşısında baş əyməkdən əl çəksinlər.
O, sonda qeyd etdi: Biz onlardan tələb edirik ki, Fələstin, Livan və Yəməndə müqavimətə qarşı sui-qəsdlərini dayandırsınlar. Suriya, Liviya, İraq və Sudanda müharibələrin və fitnələrin maliyyələşdirilməsindən əl çəksinlər və vahid ərəb kimliyinin məhv olması bahasına məzhəb və etnik əsaslı dövlətlər və rejimlər yaratmaqdan çəkinsinlər.
Xəbərin sonu
Rəyiniz