şənbə 20 sentyabr 2025 - 14:42
Yaradıcılıq vasitəsilə tövhidin əsl həqiqəti bütün bəşəriyyətə təqdim edilməlidir

Hövzə / Ölkə üzrə Elmi Hövzələrin rektoru deyib: Yaradıcılıq, xüsusilə də şeir vasitəsilə tövhidin əsl həqiqəti bəşəriyyətə təqdim edilməlidir.

Hövzə Xəbər Agentliyinin Yəzd şəhəri üzrə müxbirinin verdiyi məlumatına görə, ölkə üzrə Elmi Hövzələrin rektoru Ayətullah Əlirza Ərafi 18 sentyabr cümə axşamı axşamı Meybod şəhərində keçirilən V Beynəlxalq tövhid şeiri tədbirinin bağlanış mərasimində festivalın təşkilatçılarını yüksək qiymətləndirərək bildirdi: Bu tədbirin davamlılığı daha geniş proqramlaşdırma ilə müşayiət olunmalı, onun inkişafı üçün yeni tədbirlər düşünülməlidir. Həmçinin bu tədbirin beynəlxalq miqyasda genişlənməsinə ehtiyac vardır. Çünki əsl və xalis tövhid həqiqəti dünya ictimaiyyətinə təqdim olunduqda, şübhəsiz ki, onların baxış bucağı dəyişəcək. Müasir elmlər və texnologiyalar da tövhidlə bağlı olmalıdır. Təəssüf ki, bu məsələ bu gün cəmiyyətimizdə yetərincə yer almır.

Ali Mədəni İnqilab Şurasının üzvü əlavə etdi: Aləmdə saysız-hesabsız həqiqətlər vardır ki, gözlə görünmür, yalnız iman həqiqəti ilə dərk olunur. Elə bu həqiqət səbəb olmuşdur ki, siz şairlər bu konqresdə bir yerə toplaşaraq Allah naminə söz deyəsiniz. Çünki Allah bütün insanların varlığının dərinliklərində mövcuddur.

Ayətullah Ərafi sözlərinə davam edərək vurğuladı: Aləmdə ən üstün haqq Allah haqqıdır. Dünyada bütün haqların əsası ilahi haqdır. Çünki hər şey onun əlindədir. Ən yüksək şərəf isə Allaha ibadət edənlərə məxsusdur. İlahi elmlər arasında tövhidin dayağı olan ən mühüm elmlər, fəlsəfə və İslam tövhidi elmləridir ki, bunların zirvəsi İranda müşahidə olunur. İran ədəbiyyatı da zənginliyi və dərinliyi ilə düşüncənin ən yüksək məqamına çatmışdır.

Ölkə üzrə Elmi Hövzələrin rektoru bəyan etdi: Tövhidin əzəməti o qədər uca və incədir ki, hər yerdə ifadə olunmur, bu isə zərif ruh və incə fitrət tələb edir. Bütün bunlar İslam təfəkkürü və mədəniyyətində mövcud olmuş, İranda öz zirvəsinə çatmışdır. Tövhidin əsası isə mütləq şəkildə ilahi zikrdir. Tövhidin əsası budur və bu, hər kəsin işi deyil. Çünki ilahi zikr ilə müşayiət olunmadan heç bir tövhid təsviri icra edilə bilməz. Bütün təsbihlər də məhz tövhidin əzəmətini bəyan etmək üçündür.

Qum İslam Elmləri Hövzəsinin Müəllimlər Cəmiyyətinin üzvü bildirdi: İnsan, bütün sifətlərin onda təcəlli etdiyi yeganə kamil aynadır. Təbiətin cazibədar zahiri bizi tövhiddən uzaqlaşdırmamalıdır. Harada tövhid hakimdirsə, orada qəlblər bir-birinə yaxınlaşır, ictimai problemlərin çoxu həll olunur. Çünki baxışları ilahiləşdirir, insanı səbirli edir. Ən uca ləzzət də məhz mənəvi şövq və ilahi ruhdur.

O, vurğuladı: Tövhid şeiri tədbiri insanların diqqətini bu istiqamətə yönəltmək üçündür. Təəssüf ki, cəmiyyətimiz bu dəyərlərdən müəyyən qədər uzaq düşüb. Buna görə də şeirlər yeni baxış və yollarla əlaqələndirilməli, tövhid və Allah mövzulu ədəbi əsərlər cəmiyyətdə geniş yayılmalıdır.

Xəbərin sonu

Rəyiniz

You are replying to: .
captcha